Məhkəmə qərarları › İş №2(011)-1194/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1194/2023

15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1194/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul vəsaitinin geri ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı –tərəfindən ödənilmiş 216 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh qarşı- ‘‘borcun silinməsi" barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında hakim X1 tərəfindən baxılmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6745/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair (abonent kodu: **********00000) İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat məbləğidə borcun silinməsi qət edilmişdir. İş məhkəmə icraatında olarkən, “İTRON” tipli, “G-4” markalı qaz sayğacı Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azəriqaz" İstehsalat Birliyi tərəfindən dəyişdirilmişdir. Müvəqqəti təminat tədbiri barədə ərizəni onlara təqdim etsədə, onlar buna məhəl qoymamış və “İTRON” tipli, “G-4” markalı qaz sayğacını yenisi ilə əvəz etmişdilər. Yeni sayğac yerləşdirildikdən sonra 216 (iki yüz on altı) manat məbləğində borcun sistemdə mövcud olduğunu iddiaçıya bildirilmiş və bu səbəbdən də həmin borc aradan qaldırılmadan karta pul vurulmasının və qazın verilməsinin bərpa olunmasının qeyrimümkün olduğu Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən vurğulanmışdır. Məlum məsəlidir ki, mövsimi olaraq havalar soyuduğundan qaz ilə təchiz olunmadan yaşamaq çətindir. Bununla yanaşı məlum məsələdir ki, bir çox ehtiyacların ödənilməsində qazın mühüm rolu olduğundan və ödəniləcək olan məbləğin borcun silinməsi ilə əlaqədar olaraq iddiaçıya qaytarılacağını düşündüyündən 220(iki yüz iyirmi) manat məbləğində pul vəsaiti ödəmişdir. Göstərilən halları və eləcə də Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6745/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, 216 (iki yüz on altı)manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasını xahiş edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı cərimə borcuna görə 216 manat borc tutulmuşdur. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə 220 manat ödəniş etmişdir. İş materiallarında olan 2(011)-6745/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia təmin olunmuş, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair (abonent kodu: **********00000 olan) İddiaçı hesablanmış 216 manat məbləğində borcun silinməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının abonent kodundan xx.xx.2022-ci il qətnaməsinə əsasən 216 manat məbləğində pul vəsaitinin silinməsi qət edilmişdir, iddiaçı isə xx.xx.2022-ci il tarixdə 220 manat məbləğində pul vəsaitini Azəriqaz İB-nin xeyrinə ödəmişdir. Odur ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 216 manat məbləğində pul geri qaytarılmalıdır. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB-dən 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar