Məhkəmə qərarları › İş №2(011)-1232/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1232/2023

19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1232/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 2 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Uzun müddətdir ki, iddiaçı faktiki olaraq ailəsi ilə həmin ünvanda yaşayır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi rayon Mühafızə polis bölməsində işləmişdir. İddiaçı eyni zamanda İ-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Vətən uğrunda Laçın rayonu ərazisində döyüşmüş və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür. ünvan 2 nömrəli fərdi yaşayış evində iddiaçı tərəfindən istifadə olunan təbii qazın həcminin ölçülməsi üçün olan qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal yeşik olmadan, ictimai istifadə ərazisi olan Koroğlu küçəsində quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. 26 iyul 2022-ci il tarixdə iddiaçı evdə olmadığı zaman Cavabdeh əməkdaşları əvvəlki (istifadəsi kartla olan) qaz sayğacını çıxardaraq onu digəri ilə əvəz etmişlər. Həmin tədbirlər barədə iddiaçıya hər hansı sənəd və ya məlumat verilməmişdir. Hazır ki, iddia ərizəsinə əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli AKT surətinin baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd bölməsində göstərilir ki, MSK 29/1710-02910-1 saylı rəyə əsasən sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Dəymiş ziyan hesablansın və ödənilsin. Son günlərdə qaz ödəmə kartına pul yüklərkən, qaz kartında pulun silinməsini başa düşmüşdür. 13 dekabr 2022-ci il tarixdə “Azəriqaz" İstehsalat Birliyindən istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna 1036.8 manat borcu olması barədə sms gəlmişdir. Belə ki, “Azəriqaz,” X1 Qaz İdarəsinə gedərək səbəbini araşdırdıqda iddiaçıya həmin yuxarıda göstərdiyi aktın surəti verilərək 1036.8 manat cərimə olunmağı və qaz kartına pul yüklədikdə onun 50 faizi tutulub silinməsi barədə məlumat verildi. Sonradan iddiaçıya təqdim olunan aktda soyadı və adı qeyd olunsa da, iddiaçının iştirakı və imzası yoxdur. İddiaçının vətəndaşlıq hüquqları pozularaq, iştirakı olmadan əsassız akt tərtib edilmişdir. Cavabdeh yuxarıda istinad olunan sənədlərin oxunması mümkün olan nüsxələrini və ya təsdiq olunmuş surətlərini iddiaçıya verməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli AKT və digər sənədlər etibarsız hesab edilsin, həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 1036,80 manat borcu vardır. İş materiallarında olan X2 əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 sentyabr 2022-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid-7, ev 27 nömrəli fərdi yaşayış evində yerləşən sayğac laboratoriyaya göndərilmiş, MSK 29/1710-02910-1 saylı qaz sayğacının yoxlanılması barədə akta əsasən “Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır” kimi qeyd edilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 sentyabr 2022-ci il tarixli aktda “Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır.” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 1036,80 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 nömrəli fərdi yaşayış evinə dair hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə aid qaz sərfinə görə istehlakçı İddiaçı (Abonent kodu: **********30000) hesablanmış 1036,80 (bir min otuz altı manat, səksən qəpik) manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar