Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1242/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh "Cavabdeh2" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kreditin təminatı olaraq yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 90, 5 saylı mənzil üzrə keçirilmiş hərracın yekunları barədə xx.xx.2010-cu il tarixli, 16/02 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, təmsil etdiyi şəxsin mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 90, 5 saylı mənzil müvəkillinin həyat yoldaşı Cavabdeh1 götürdüyü kreditin təminatı qismində Cavabdeh2 ASC tərəfindən ipoteka ilə yüklü edilmiş, tələbin ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-29/2010 saylı, xx.xx.2010-cu il tarixli İcra vərəqəsinə əsasən Məhkəmə qərarı icraya yönəlmişdir, Cavabdeh4 tərəfindən mənzilin açıq hərracdan satılması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə xx.xx.2009-cu il tarixdə, xx/xx-6983 saylı sifariş verilmiş, bundan sonrakı hərəkətlər barəsində və ipoteka ilə yüklü edilmiş mənzillə bağlı hərracın nəticələrindən iddiaçının məlumatı olmamışdır, hərracın keçirilməsi və artıq tərəflər arasında yekun protokolun bağlanması barədə isə xx.xx.2019-cu il tarixdə İcra şöbəsinin əməkdaşlarının mülkiyyətində olan mənzilə gəldikdən sonra bilmiş, daha sonra məlum olmuşdur ki, iddiaçının həyat yoldaşı bütün əməliyyatları, o cümlədən, iddiaçının mülkiyyətində olan mənzilin ipoteka yüklü edilməsi ilə bağlı prosesləri o dövrdə verdiyi və vaxtı keçmiş etibarnamə əsasında həyata keçirmişdir, Cavabdeh4 tərəfindən verilən məlumata əsasən, bir neçə dəfə hərrac həyata keçirilsə də, hərracın keçirilməsində iddiaçı iştirak etmədiyindən hərraclar baş tutmamış, nəticə də iddiaçının mülkiyyətində olan mənzil daha aşağı qiymətə 25500 manata tələbkara təklif olunmuş, tələbkarın məktubu əsasında xx.xx.2010-cu il tarixli, 16/02 saylı hərracın yekunları barədə protokol tərtib edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Ə.Mehtiyev, həmçinin izahatında əlavə olaraq biidirdi ki, iddiaçı hərracların keçirilməsi ilə əlaqədar bildirişləri ipoteka ilə yüklü edilmiş əmlakların mülkiyytətçisi kimi əldə etməmişdir, ona görə də, ipoteka qoyana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi formal xarakter daşımır və əhəmiyyətli dərəcədə qanun pozuntusudur. Sonda iddiaçının nümayəndəsi və vəkili Ə.H.Mehtiyev iddia tələbinin təmin edilməsini xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Arslan Mikayılov öz izahatında bildirdi ki, iddiaçı guya “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Mərkəzi MMC tərəfindən qanunverciliyin tələblərinin pozulmasını, hərracın keçirilməsi və protokolun bağlanması barədə məlumatın ona yalnız Cavabdeh4 əməkdaşlarının xx.xx.2019-cu il tarixdə mənzilə gəldikdən bildirilməsini əsas gətirərək, imzalandığı vaxtdan on ilə yaxın müddət keçdikdən sonra hərracın yekunları barədə 16/02 saylı, xx.xx.2010-cu il tarixli protokolun etibarsız hesab edilməsi tələbi ilə müraciət etməsi iddianın əsassız olduğunu sübut edir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-857/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 ASC-nin, cavabdehlər X3, Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evinin, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılması barədə mülki işə dair icra vərəqəsi üzrə Bakı şəhəri Xətai rayonu İcra Şöbəsinin icraata xitam verilməsi barədə təqdimatı təmin edilmiş, məhhəmə qərarın əsaslandırıcı hissəsində “ həmin mənzil 25500 manata “xxxxxxxxxxxxxxx” ASC-yə satılıb, İddiaçı qızına xx.xx.2011-ci il tarixli məhkəmə iclası barədə bildiriş və 8(011)-857/2011 saylı qərardad sifarişli xəbərnamə ilə təqdim olunmuşdur, elə bu fakt sübut edir ki, iddiaçı protokolun imzalanması barədə məlumatlı olmuş, 10 ilə yaxın müddət keçdikdən sonra icra sənədləri üzrə hərəkətləri aparılmasına mane olmaq məqsədi ilə protokolu mübahisələndirmək qərarına gəlmişdir, iddiaçı iddia müddətini ötürmüşdür. Sonda A.E.Mikayılov iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Bakı şəhəri Cavabdeh4 icra məmuru Vüsal Umarov öz izahatında bildirdi ki, icra vərəqəsi üzrə bütün icra hərəkətləri yerinə yetirilmiş, mənzildə yaşayan şəxslər köçürülmüş, həmin əmlak Cavabdeh2 ASC-yə təhvil verilmişdir, icra vərəqəsi tam icra olunmuşdur, icra başa çatdığına görə icraata xitam verilmişdir, İddiaçı icra vərəqəsi ilə bağlı 2010-cu ildən məlumatlı olmuşdur, 2011-ci ildə həmin icara sənədinin könüllü icra edilməsi üçün İcra şöbəsindən vaxt istəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-857/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-29/2010 saylı qətnaməsi ilə, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, R.Hüseynov küçəsi 11A ünvanda yerləşən fərdi yaşayış evinin, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 90 saylı evin, 5 saylı mənzilin və X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 225 saylı mağazanın məcburi qaydada boşaldılması və müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Həmin Qərardaddan görünür ki, qətnamə üzrə icra sənədi icra edildiyindən Bakı şəhəri Xətai rayonu İcra şöbəsinin təqdimatına əsasən həmin mülki işə dair icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı-sifarişçi Xətai Rayon Məhkəmə İcraçıları Şöbəsinin böyük məhkəmə icraçısı X4 ilə alıcı (tələbkar) Cavabdeh2 ASC arasında bağlanmış müqaviləyə əsasən alıcı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2010-cu il tarixdə keçirilən hərracda 16/02№-li protokola əsasən Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi ev 90 ünvanda yerləşən ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 39.75 kv.m olan , 5 saylı mənzili hərracdan satış qiyməti ilə 22500 manata satın alır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 16/02 saylı Hərrac protokolunun surətindən görünür ki, Cavabdeh2 ASC Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi ev 90 ünvanda yerləşən ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 39.75 kv.m olan , 5 saylı mənzili hərracdan satış qiyməti ilə 22500 manata almışdır. İş materiallarnda olan 3129/2010-1-23 saylı İcra işinə xx.xx.2020-ci il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 90 saylı evin, 5 saylı mənzilinə dair cavabdehin mülkiyyət hüququna, istifadə edən şəxslərin sahiblik və istifadə hüquqlarına xitam verilmiş, yaşayış sahəsində rəsmi qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxarılmış, ipoteka predmetləri açıq hərracda satılmış, əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehlərə verilmişdir, məhkəmənin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə həmin mənzilin boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsi nümayəndənin xeyrinə tutulan vəsait hissəsində dəyişdirilmiş, Cavabdeh1 1000 manat məbləğində nümayəndənin xeyrinə pul tutulmuş, qalan hissədə qiyabi qətnmə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin Protokoldan görünür ki, həmin mənzilin məcburi boşaldılması barədə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilmədiyindən, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1629/2010 saylı, xx.xx.2010-cu il tarixli Qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən xx.xx.2010-cu il tarixdə kassasiya şikayəti verilmişdir, şikayətdə ona məxsus olan əmlakın iddiaçı tərəfindən hərracda satılaraq götürülməsi qeyd edilmiş, qətnamənin ləğv edilməsi məhkəmədən xahiş olunmuş, şikayət hazırkı iş üzrə iddiaçı və onun vəkili F.Səfərov tərəfindən imzalanmışdır. Həmçinin həmin Protokoldan görünür ki, xx.xx.2011-ci il tarixdə İddiaçı iştirakı ilə, İcra şöbəsinin əməkdaşlarının icra yerinə gəlməsi və mənzilə baxış keçirilməsi, icra sənədinin cavabdehlərə izah və elan edilməsi, cavabdehlər Cavabdeh1 və İddiaçı tərəfindən mənzili könüllü surətdə boşaldılması üçün 5 gün vaxt istəməklə bağlı icra şöbəsinin əməkdaşlarına müraciət etmələri, həmin mənzilin müraciət edənlər tərəfindən könüllü surətdə boşaldılması barədə öhdəlik götürmələri ilə bağlı Akt tərtib edilmiş, həmin Aktın doğruluğu İddiaçı tərəfindən imzalanmaqla da təsdiq edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 90, nənzil 5 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2010-cu il tarixdə keçirilmiş hərracın nəticəsində 25500 manata Cavabdeh2 ASC-yə satılmış, xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsi ilə satılmış mənzilin məcburi qaydada boşaldılması qət edilmiş, qətnamə icraya yönəlmiş, icra hərəkətləri başa çatdığından icra işi üzrə icraata xitam verilmişdir, İddiaçı mənzilin hərracdan satılmasından vaxtında məlumatlı olmuşdur. Bununla belə, mübahisəli əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia müddətinin tətbiq barədə, Cavabdeh2 ASC tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edir ki, əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi isə mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hərracın keçirilməsi barədə 2010-cu ildən məlumatlı olmaqla, mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənzilin hərracdan satılması icra məmurunun müvafiq qərarı əsasında hərrac təşkilatı tərəfindən həyata keçirilmişdir, qərarın qəbul olunması və hərracın keçirilməsi qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir, hərracın keçirilməsi zamanı hər hansı bir pozuntusu halı aşkar ounmamışdır, qeyd edilənlər isə iddia tələbinin əsassız olması barədə nəticəyə gəlmək üçün kifayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29.3-cü maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Konstitusiyanın 129-cu maddəsinin birinci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 14.2.4-cü maddəsiinə əsasən, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, 90 saylı ünvanda yerləşən 5 saylı mənzilə dair keçirilmiş xx.xx.2010-cu il tarixli, 16/02 saylı protokolun etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X11 Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. X11 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsinə qarşı Cavabdeh2 ASC-nin xeyrinə kreditinin təminatı olaraq yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, ev 90 ünvanında yerləşən 5 saylı mənzil üzrə keçirilmiş xx.xx.2010-cu il tarixli, 16/02 saylı protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri XətaiRayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1242/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1242/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver