Məhkəmə qərarları › İş №2(011)-1257/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1257/2023

17.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1257/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində ilkin iddiası və Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən tərtib edilmiş ******* və ******* nömrəli aktların ləğv edilməsi, aktlara əsasən hesablanmış 4392,00 manat borcun iddiaçının hesab kodundan silinməsi, qeyri-qanuni hesablanmış borca görə tutulmuş 37,19 manatın iddiaçıya geri qaytarılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddianı müdafiə edərək məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İlkin iddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı atası ilə bir həyətdə yaşayırlar. Hərəsinin özünə məxsus qaz sayğacı var. Qonşunun sayğacını atasının sayğacı ilə səhv saldıqlarına görə iddiaçı və iddiaçının atasında Cavabdeh İB tərəfindən cərimə hesablanmışdır. Nə iddiaçı, nə də onun atası kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməmişdirlər. Qarşılıqlı iddia tələbi və dəlilləri Qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz" İB cavabdeh X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək məhkəmədən cavabdehdən 4148,60 manat məbləğində borc pul və Cavabdeh İB tərəfindən ödənilmiş 61,50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh İB-nə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qarşılıqlı iddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qanunsuz qaz xətti çəkdiyi üçün barəsində 2 dəfə akt tərtib edilmiş və ümumilikdə 3542,40 manat məbləğində Cavabdeh İB-nə maddi zərər vurulmuşdur. Bundan əlavə İddiaçı qaz sayğacı üzrə istehlak etdiyi, lakin dəyərini ödəmədiyi qaz sərfi məbləği üzrə debitor borcun olduğu üçün “Qazdan istifadə qaydaları”na uyğun olaraq ona məxsus ünvana verilən təbii qazın axımı dayaşdırılmış, dəymiş zərərin əvəzinin və debitor borcun qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. İşin halları - İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir (xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar) - İddiaçı **********00001 kodlu abonent hesabı üzrə 2023-cü ilin noyabr ayına 4088,00 manat borc mövcuddur. 885,6 manat məbləğində borc akta əsasən 2020-ci ilin fevral ayı üzrə hesablanmış, daha sonra 2020-ci ilin noyabr ayında silinmişdir, 2656,80 manat məbləğində borc isə akta əsasən 2020-ci ilin dekabr ayı üzrə hesablanmışdır. 2021-ci ilin may ayı üzrə abonentə mənşəyi məlum olmayan 849,60 manat məbləğində borc hesablanmışdır. 2020-2022-ci illər üzrə istifadə edilmiş qazın dəyəri 713 manat təşkil etmişdir. Abonent tərəfindən təbii qaza görə 2020-ci ilin fevral ayından cəmi 263,7 manat məbləğində ödəniş edilmiş (GASREP saldosu)x, bundan 36 manat borca görə tutulmuşdur (**********00001 kodlu abonent saldoları). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 3/786 nömrəli ekspert rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə tədqiqata təqdim edilmiş borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borcunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: ““Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

5. Qazın dəyərinin ödəmə şərtləri

5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia qismən əsaslıdır və qismən təmin edilməlidir, qarşılıqlı iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində qeyri-qanuni kənar xətt vasitəsilə təbii qazdan istifadə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qaz paylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia qismən təmin edilərək, təbii qazdan qeyri-qanuni istifadə edildiyi əsası ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar ləğv edilməli, xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2656,80 manat borc məbləğindən, 2620,8 manat məbləğində borc silinməli, borca görə iddiaçıdan tutulmuş 36 manat məbləğində pul vəsaiti isə Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir. xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən 885,6 manat məbləğində borcun Cavabdeh İB tərəfindən abonent hesabından silindiyi nəzərə alınaraq, iddia həmin borcun silinməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya 2021-ci ilin may ayı üzrə hesablanmış 849,60 manat məbləğində borc da qanunsuzdur və silinməlidir. Belə ki, abonent saldosundan göründüyü kimi 2021-ci ilin may ayı üzrə abonent 45 m3 qaz sərf etmiş, bunun dəyəri isə 4,5 manat təşkil etmişdir. Sayğacın elektron və mexaniki göstəricələri arasında hər hansı fərq abonent saldosunda əks edilməmişdir. Buna baxmayaraq, Cavabdeh İB tərəfindən qeyd edilən ay üzrə iddiaçıya 849,60 manat məbləğində borc hesablanmışdır. Halbuki, istehlakçıya verilən qazın dəyəri yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Belə olan halda, iddiaçıya 2021-ci ilin may ayı üzrə 849,60 manat məbləğində borcun hesablanması qanunsuz olduğuna görə həmin borc məbləği silinməlidir. Məhkəmə qarşılıqlı iddiaya hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilərək istehlakçı tərəfindən istifadə edilmiş və dəyəri ödənilməmiş təbii qaza görə, 449,3 manat (713 manat - 263,7 manat) məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməlidir. Qalan hissədə borc məhkəmə tərəfindən qanunsuz hesab edildiyinə görə qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, ilkin iddia üzrə iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh İB-nin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları ləğv edilsin. Cavabdeh İB tərəfindən abonent İddiaçı (abonent kodu: **********00001) hesablanmış 3470,4 (üç min dörd yüz yetmiş manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 36 (otuz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 449,30 (dörd yüz qırx doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh İB-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova İş № 2(011)-1257/2023

Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Bakı şəhəri Xətai Rayon Məhkəməsi

15 noyabr 2023-cü il Bakı şəhəri

Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində ilkin iddiası və Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq qət etdi:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları ləğv edilsin. Cavabdeh İB tərəfindən abonent İddiaçı (abonent kodu: **********00001) hesablanmış 3470,4 (üç min dörd yüz yetmiş manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 36 (otuz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 426,330 (dörd yüz iyirmi altı manat üç yüz otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh İB-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar