Məhkəmə qərarları › İş №2(011)-1258/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1258/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1258/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – lizinq obyekti olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA039512 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh xx.xx.2017-ci il tarixli AL-1743 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 1051,03 manat gecikdirilmiş əsas, 29,23 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 133,45 manat dəbbə pulu, cəmi 1213,71 manat borcun və ödənilmiş 32,14 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1743 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA039512 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X5 illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,95 manat, ümumilikdə isə 18429,20 manat məbləğində pulu “Azevrocar" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18429,20 manatın 13800 manatı əsas məbləğ təşkil edir. xx.xx.2017-ci il tarixdə X5, X2 və İddiaçı MMC arasında AL-1743(1) saylı ‘'Öhdəliklərin ötürülməsi" müqaviləsi bağlamış, AL-1743 saylı “Daxili Lizinq" müqaviləsi üzrə S.Süleymanov bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2018-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında AL-1743(2) saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış, AL-1743 saylı “Daxili Lizinq" müqaviləsi üzrə N.Mədətzadə bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2020-ci il tarixdə X3, Cavabdeh və “Azevrocar“ MMC arasında CAR-1743 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1743 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş, lizinq obyekti olan “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh AL-1743 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə ümumilikdə 1213,71 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13,9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesanlanmaqla cərimə ödəyir.Həmin müqavilənin və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmin müqavilənin 6.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 7.1.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 15-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-1743 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan X5 arasında bağlanmış müqaviləyə əsasən lizinq verən müqavilənin predmeti olan “Ravon Nexia R3” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə 48 ay müddətinə bağlanmış, lizinq ödənişlərinin ümumi məbləği isə 13800 manat müəyyən edilmişdir. Lizinq alan lizinq obyektini lizinq verənin tələbi ilə geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə X5, X2 və İddiaçı MMC arasında bağlanmış AL-1743(1) saylı “Öhdəliklərin ötürürülməsi” barədə müqaviləsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli AL-1743 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci tarixdə X2, X3 və İddiaçı MMC arasında bağlanmış AL-1743(2) saylı “Öhdəliklərin ötürürülməsi” barədə müqavilənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli AL-1743 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış CAR-1743 saylı “Öhdəliklərin ötürürülməsi” barədə müqavilənin surətindən görünür görünür ki, xx.xx.2017-ci il tarixli AL-1743 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit olaraq 383,95 manat, ümumilikdə isə 18429 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktının surətindən görünür ki, “Ravon Nexia R3” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nə 1051,03 manat əsas, 29,23 manat mükafat və həmin günə hesablanmış 133,45 manat dəbbə pulu, cəmi 1213,71 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi və lizinq obyektinin qaytarılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Qeyd edilən Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Yenə həmin Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdehnın istifadəsinə və sahibliyinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas, mükafat və cərimə borcu yaranmışdır. Odur ki, iddia qeyd edilən hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, iddia tələbi lizinq obyektinin qaytarılması və borcun ödənilməsi hissəsində təmin edilməlidir. Odur ki, lizinq obyekti olan avtomobil lizinq alandan geri alınaraq, lizinq verənə təhvil verilməlidir. Məhkəmə həmçinin iddianın 32,14 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 32,14 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1051,03 (min əlli bir manat üç qəpik) manat əsas borc, 29,23 (iyirmi doqquz manat iyirmi üç qəpik) manat mükafat, 133,45 (yüz otuz üç manat qırx beş qəpik) manat cərimə borcu və 32,14 (otuz iki manat on dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1245,85 (min iki yüz qırx beş manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-nə ödənilsin. Lizinq obyekti olan “Ravon Nexia R3” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh geri alınaraq, İddiaçı MMC-nə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar