Məhkəmə qərarları › İş №2(011)-1258/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1258/2023

20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1258/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh İB-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi, həmin aktdan irəli gələn 3.505,12 manat borcun iddiaçının hesab kodundan silinməsi və qeyri-qanuni hesablanmış borca görə tutulmuş 268,79 manat pulun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq ünvan 2 ünvanında yaşayır. 30 sentyabr 2021-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 2 ünvanına iddiaçının iştirakı ilə küçədə G-4 itron-smart tipli, 1102AQ**********2 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, həmin ünvana **********00000 nömrəli abonent kodu verilmiş, lakin sonralar məlum olmuşdur ki, həmin kod Jəfərov Mirnəcəf adlı şəxsə məxsusdur. Bundan əlavə, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş, iddiaçı ilə cavabdeh arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmamışdır. 12 may 2012-ci il tarixdə iddiaçının hesabına əsassız olaraq 271.80 manat qeyri-qanuni borc yazılmışdır. 28 iyun 2020-ci il tarixdə Cavabdeh İB tərəfindən ünvan 2 ünvanına iddiaçının və ailə üzvlərinin iştirakı olmadan G-4 itron-smart tipli, 1102AQ**********2 nömrəli sayğac çıxarılmış və Zenner G4 mexaniki, **********5 nömrəli sayğacla əvəz edilmiş, plomb vurulmuş, lakin yenə də akt tərtib edilməmiş və qazın alğı-satqısı barədə müqavilə bağlanmamışdır. 30 dekabr 2020-ci il tarixdə Cavabdeh İB tərəfindən həmin ünvanda sayğaca baxış keçirilərkən guya sayğacdan kənar, qeyri-qanuni təbii qazdan istifadə faktı aşkar olunmuş, foto-video çəkilmiş, dəymiş ziyana görə abonentin koduna 2.656,80 manat borc yazılmışdır. Birlik tərəfindən tərtib edilmiş tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd edilsə də bu günə kimi həmin xətt qonşu tərəfindən istifadə edilməkdədir. Kənar xətdən istifadə edən qonşunun sayğacının olmaması səbəbindən borc iddiaçının abonə koduna hesablanmışdır. O, heç vaxt sayğaca və küçədəki qaz xəttinə müdaxilə etməmiş və heç bir əlavə xətt qoşmamışdır. Tərtib edilmiş aktdan iddiaçının məlumatı olmamışdır. Cavabdeh tərəfindən 30 dekabr 2020-ci il tarixdə akt tərtib edilmiş, akta əsasən qaz xəttinə sayğacdan kənar qoşulma faktı sübut edilmədən iddiaçının hesabına 3.505,12 manat borc yazılmışdır. Cavabdehin təqdim etdiyi fotoşəkillər və video görüntüləri iddiaçıya yox, onun qonşusunun yaşadığı ünvana aiddir. Bundan əlavə, sayğac və qaz xətti iddiaçının yaşadığı evin həyətində deyil, küçədə yerləşir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3.505,12 manat məbləğində borc pulun və Cavabdeh İB tərəfindən ödənilmiş 55,10 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Mirnəcəf Cəfərov adlı şəxsdən almışdır. Mirnəcəf Cəfərov fərdi yaşayış evini İddiaçı satana kimi o evdə qazdan qanunsuz istifadə etmiş, barəsində 2 dəfə akt tərtib edilmiş, ümumilikdə 3.477,60 manat məbləğində Cavabdeh İByə maddi ziyan vurmuşdur. Bundan əlavə, Mirnəcəf Cəfərovun qaz sayğacı üzrə istehlak etdiyi, lakin dəyərini ödəmədiyi qaz sərfi məbləği üzrə debitor borcu olduğu üçün “X1”na uyğun olaraq ona məxsus ünvana verilən təbii qazın axımı dayandırılmış, dəymiş zərərin əvəzinin və debitor borcun qanunvericiliyə uyğun olaraq ödənilməsi tələb edilmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Mirnəcəf Cəfərov adlı şəxsdən aldıqdan sonra onunla 09 dekabr 2022-ci il tarixdə qazın alğı-satqısına dair müqavilə bağlanmış, həmin ünvana İddiaçı iştirakı ilə yeni smart sayğac quraşdırılmış, həmin ünvan üçün qeydiyyata alınmış, **********00001 nömrəli abonent hesabı onun adına keçirilmiş və smart qaz kartı verilmişdir. İddiaçı həmin tarixdə abonent hesabında mövcud olan 3.515,12 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İddiaçı borcu qəbul etdikdən sonra ona verilmiş smart qaz kartı aktivləşdirilmişdir. İddiaçı həmin borcdan ödənilməmiş 3.505,12 manat borcu qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2020-ci ilə 3.477,60 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tədqiq olunmuş iş materiallarına münasibətdə qeyd edir ki, iddiaçının cərimə borcunun silinməsini tələb etdiyi ünvanda yerləşən ev uzun illərdir ki, onun istfadəsindədir. Cavabdeh tərəf verdiyi ərizədə evin sonradan iddiaçı tərəfindən əldə edilməsinə istinad edilsə də bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Tədqiq edilmiş iş materiallarından görünür ki, iddiaçıya aid ünvanda yerləşən evə quraşdırılmış sayğaca abonent kodu verilmiş, lakin kod İddiaçı adına deyil, Cəfərov Mirnəcəf adlı şəxsin adına olmuşdur. Buna dəlalət edən xx.xx.2022-ci il tarixli gasrep elektron sistemindən əldə edilmiş abonent saldosudur və Cavabdeh İB tərəfindən tərtib olunmuş təbiii X1 haqqında akt, eyni zamanda dəymiş ziyanın bərpasına dair tələbnamədir. X3 sistemindən çıxarılmış abonent saldosundan görünür ki, 09 dekabr 2022-ci ildə iddiaçıya məxsus ünvan üzrə yeni sayğac quraşdırılmış və bundan sonra kod iddiaçının adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf məhkəməyə yetərli dəlillər təqdim edə bilməmişdir. Belə ki, saldodan görünür ki, iddiaçıya yazılmış cərimə məbləğləri 02 fevral 2020-ci il və 12 dekabr 2020-ci ili əhatə edir. Sənədlərdən müəyyən olunduğu kimi istinad olunan dövr üzrə abonent kodu iddiaçının adına olmamışdır. Beləliklə, yazılmış cərimə borcunun məhz iddiaçıya aid olması və istinad olunan ünvan üzrə məhz iddiaçının xəttə qanunsuz olaraq qoşulması halı məhkəmədə sübuta yetirilməmişdir. Buna dəlalət edən əlavə fakt da ekspert rəyindən ibarətdir ki, aparılmış tədqiqat nəticəsində iddiaçıya məxsus ünvanda yerləşən qaz xəttinin üzərində hər hansı kənar qoşulma izləri aşkar edilməmişdir. İddiaçıya aid abonent saldosundan görünür ki, cərimə borcu olaraq ona 3.477,60 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı isə abonə hesabından 3.505,12 manatın silinməsini xahiş etmişdir. Məhkəmə araşdırma zamanı cərimə borcunun 3.477,60 manat olmasına istinad edərək məhz bu məbləğin silinməsini qanuni hesab edir. Məhkəmə iddia tələbinin 268.79 manat məbləğində pulun qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, abonent kodu və saldonun iddiaçının adına keçirildiyi dövrdən sonra iddiaçıdan borca görə tutmanın aparılmasını aşkar etmək mümkün olmamışdır. Odur ki, iddia tələbi bu hissədə əsassız olduğundan, rədd edilməlidir. Yuxarıda istinad olunanlara əsasən qarşılıqlı iddia ərizəsi də qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə tutulması tələb olunan 3.505,12 manat məbləğdən 3.477,60 manatın cərimə borcu olduğu və iddiaçıya aidiyyatı olmadığı müəyyən edildiyindən yerdə qalan 27.52 manatın cavabdehin debitor borcu olması qənaətinə gələrək məhkəmə məhz bu məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qənaətinə gəlir. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə istinad olunan borcun etirafı ilə bağlı verdiyi ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, nə qədər ki, Cavabdeh İB təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirdiyinə görə və vətəndaşların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus olmadığından vətəndaşlar bir növ Cavabdeh İB-dən asılı vəziyyətdə olurlar. İstinad olunanlara əsasən məhkəmə iddiaçının verdiyi ərizəni etibarlı hesab etmir. Beləliklə, məhkəmə keçirdiyi araşdırma nəticəsində belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, iddiaçının hesabına əsassız olaraq hesablanmış 3.477,60 manat borc silinməli, qalan 27.52 manat borcun iddiaçının debitor borcu olduğu müəyyən edilməli, iddia tələbləri qalan hissədə rədd edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə məhkəmə xərclərinə də öz qətnaməsində qiymət verməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən və iddianın qiyməti 1.000 manatdan çox olduğundan Cavabdeh İB-nin ödədiyi 55.10 manat dövlət rüsumunun 54.77 manatı onun özünə aid edilməli, həmin məbləğin qalan hissəsi olan 0.33 manatı İddiaçı alınaraq Cavabdeh İB-yə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 manat Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı **********00000 saylı abonent hesabına hesablanmış 3.477,60 manat borcun ona aidiyyatı olmadığı müəyyən edilsin. İddiaçı **********00000 saylı abonent hesabından 3.477,60 (üç min dörd yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. İddiaçı Cavabdeh İB-yə 27.52 (iyirmi yeddi manat əlli iki qəpik) manat məbləğində debitor borcu olduğu müəyyən edilsin. İlkin və qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi olaraq 54.77 (əlli dörd qəpik yetmiş yeddi qəpik) manat Cavabdeh İB-nin özünə aid edilsin, həmçinin iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altmış beş) manat Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 0.33 manat İddiaçı alınaraq Cavabdeh İB-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar