Məhkəmə qərarları › İş №2(011)-1260/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1260/2023

14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1260/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpası məqsədi ilə hesablanmış 3571,20 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında əsasən ilin isti vaxtlarında öz ailə üzvlərimlə birlikdə yaşayır. Yaşadığı müddət ərzində o, vaxtı-vaxtında həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Cavabdeh İBnin əməkdaşları iddiaçının məlumatı olmadan həmin ünvana baxış keçirtmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də 30 noyabr 2021-ci il, 30 dekabr 2021-ci il, 31 yanvar 2022-ci il, 28 fevral 2022-ci il, 31 mart 2022-ci il və 31 may 2022-ci il tarixlərində akt tərtib etmiş, iddiaçıya itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ümumilikdə 3571,20 manat məbləğində borc yazılmışdır. İddiaçıya məxsus yuxarıda qeyd edilən ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları iddiaçıdan məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışdırlar. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana aid deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkillər iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş rəylərdə iddiaçıya məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə guya iddiaçıya məxsus ünvanda “PQ-2”, "QSQ” və “kombinin” olması qeyd olunmuşdur. PQ-2 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 0,6 kub metr, “QSQ”nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, kombinin saatlıq qaz sərfıyyatı 3,5 kub metr, orta günlük iş rejimi bütün cihazlar üçün 24 saat olmaqla hesabat 90 gün üçün aparılmışdır. Həmin komissiya tərəfindən verilmiş 30 dekabr 2021-ci il, 31 yanvar 2022-ci il, 28 fevral 2022-ci il və 31 mart 2022-ci il tarixli rəylərdə isə iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvanda guya PQ-3 tipli qaz peçinin və QSQ-nin və kombinin olması qeyd edilmiş, PQ-3 tipli qaz plitəsinin saatlıq qaz sərfıyyatı 0,8 kub metr, “QSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, kombinin saatlı qaz sərfıyyatı 2,6 kub metr, büün cihazlar üçün orta günlük iş rejimi 24 saat olmaqla hesabat 30 günlük müddət üçün aparılmışdır. Eyni Komissiyanın 31 may 2022-ci il tarixli rəyində həmin ünvanda PQ-3 tipli qaz peçinin və kmbinin olması qeyd edilmiş, PQ-3 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 0,8 kub metr, kombinin saatlı qaz sərfıyyatı 2,6 kub metr olmaqla cihazların orta günlük iş rejimi 24 saat, hesabat 30 gün üçün aparılmışdır. Göründüyü kimi Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən verilmiş rəylər bir biri ilə ziddiyyət təşkil edir. Belə ki, rəylərin birində sözügedən ünvanda PQ-2 qaz cihazının olması, digərlərində PQ-3 qaz cihazının olması, rəylərin 5-ində həmin ünvanda QSQ adlı qaz cihazının olması, digərində isə yalnız Kombi və PQ-3 tipli qaz cihazının olmasının qeyd edilməsi bunu bir daha sübut edir. Bundan başqa 30 noybr 2021ci il tarixli rəydə kombinin saatlıq qaz sərfıyyatı 3,5 kub metr, digər rəylərdə isə 2,6 kub metr kimi qeyd edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Birliyin əməkdaşları sözügedən ünvana baxış keçirtmədən öz fərziyyələrinə uyğun akt tərtib etmişdirlər. Rəylərdə göstərilən qaz cihazlarının saatlıq qaz sərfıyyatmm eyni cihaz üçün ayrı- ayrı rəylərdə fərqli qeyd edilməsi də hesablamanın qanuni normalara uyğun deyil formal mülahizələr əsasında aparılmasını təsdiq edir. İddiaçı sözügedən ünvanda əsasən yay mövsümü ərəfəsində yaşadığı üçün “QSQ”-nin və Kombinin sözügedən ünvanda quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 (aktlarda PQ-3 və PQ-2 kimi qeyd olunmuşdur) tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitiminutka) mövcuddur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfıyyat hesablamış və mənə əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları mənə məxsus ünvana baxış keçirtmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemi mövcud olmadığı halda buna görə sərfıyyatm hesablanması, bu sərfıyyata görə məndən hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. Bundan başqa Birliyin əməkdaşlarından ibarət komissiyanın rəylərində qeyd olunan cihazların 24 saat fasiləsiz işləməsi qeyd olunmuşdur. Hər hansı bir qaz cihazının 90 gün müddətində fasiləsiz işləməsi mümkün deyildir. Bu həmin cihazlarla bağlı istehsalçı tərəfindən verilmiş təlimatda da qadağan edilir. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan üzrə Cavabdeh əməkdaşları tərəfindən 30 noyabr 2021-ci il ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli ******* nömrəli və 31 may 2022-ci il tarixli ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” tərtib edilmiş həmin aktda qeyd edilmişdir ki, “sayğacdan qeyri-qanuni istifadə aşkar edildi”. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3571,2 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/493 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3571,2 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3571,2 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 55,71 manat məbləğində dövlət rüsumu və 65 manat məbləğində ekspertiza xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********00061) hesablanmış 3571,2 (üç min beş yüz yetmiş bir manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. 55,71 (əlli beş manat, yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu və 65(altmış beş ) manat ekspertiza xərci Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar