Məhkəmə qərarları › İş №2(011)-1276/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1276/2022

31.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1276/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, mərhum anası X5 10 yanvar 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir. Anasının vəfatından bir il yarım keçəndən sonra, xx.xx.2019-cu ildə Cavabdeh Bakı RQŞD-nin nümayəndələri Xancanov Elçin və Fətullayev Zamin və guya istehlakçının nümayəndəsi mərhum anası Səbirə Əliyevanın iştirakları ilə ******* saylı Akt tərtib etmiş və göstərmişlər ki, guya abonent sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə edir. Həmin akta da özləri imza etmiş, mərhum anası Səbirə Əliyevanın əvəzinə isə «imtina» sözünü yazmışlar. Halbuki, mərhum anası qeyd etdiyi kimi 10 yanvar 2018-ci ildə vəfat etmişdir. Həmçinin, 16 fevral 2018-ci ildə Cavabdeh İB-nin Bakı RQSDnin rəisi X2 ilə onun arasında T/17368 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə bağlanmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixli akt tərtib edilənədək abonent kimi ödənişləri öz qaydası ilə getmiş və təqribən 30-40 manat orta hesabla pul ödənilmişdir. Belə olan halda, xx.xx.2019-cu ildə ******* nömrəli aktla onların guya sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etməyə görə 324 kub metr cərimələnmələrinin heç bir hüquqi əsası yoxdur. Foto şəklidən göründüyü kimi, sayğac yerində salamat vəziyyətdədir, ona qarşı heç bir qanunsuzluq edilməmiş, sayğacdan kənarda guya qazılmış yerin olması qanunsuz istifadədən xəbər verməsi barədə reallıqdan kənar fərziyyə ilə cərimə yazılması tam qanunsuzdur. Göründüyü kimi, sayğac küçədə quraşdırılıb. Belə olan halda, belə bir ağılsız addımı heç kim atmaz. Həmin gün Cavabdeh İB-nin Bakı RQŞD-nin iki nəfər əməkdaşı onların xəbərləri olmadan həmin qanunsuz aktı tərtib edib getmiş, sonra da 324 kub metr onlara qanunsuz cərimə yazmış, cərimənin yazılmasından bir ay sonra isə bir il ərzində ayda depozitə qoyduğu pulun 80 faizini, kartını dəyişəndən sonra, son bir ildə ayda ödənilən məbləğin 70 faizini bu qanunsuz borca tuturlar. Beləliklə də ondan qanunsuz olaraq bu vaxtadək təkcə xx.xx.2019-cu ildə ödənilmiş 100 manatın 70 manatı, xx.xx.2019-cu ildə ödənilmiş 100 manatın 70 manatı, xx.xx.2019-cu ildə ödənilmiş 50 manatın 35 manatı, 2019-cu ilin 16 dekabrında ödənilmiş 50 manatın 35 manatı, xx.xx.2020-ci ildə ödənilmiş 100 manatın 70 manatı, 2020-ci ilin fevralında ödənilən 100 manatın 70 manatı, xx.xx.2020-də ödənilmiş məbləğdən 70 manat, 2020-ci ilin mayında ödənilmiş cəmi 60 manatın 42 manatı, 2020-ci ilin iyun ayında ödənilmiş 50 manatın 35 manatı, xx.xx.2020-də ödənilmiş 60 manatın 42 manatı, xx.xx.2020-də ödənilmiş 70 manatın 49 manatı, xx.xx.2020-ci ildə ödənilmiş 100 manatın 70 manatı, xx.xx.2021-ci ildə ödənilmiş 150 manatın 105 manatı, xx.xx.2021- ci ildə ödənilmiş 120 manatın 84 manatı, xx.xx.2021 -ci ildə ödənilmiş 100 manatın 70 manatı, xx.xx.2021-də ödənilmiş məbləğdən 70 manat beləliklə, bu günədək ödəniş qəbzləri saxlanılan cəmi məbləğ 882 manat qanunsuz ödəniş edilmişdir. Cavabdehin yerli qaz istismar sahəsinin nəzarətçiləri qaydalara uyğun olaraq ayda bir dəfədən az olmayaraq sayğaca baxış keçirir və onun göstəricisini qeydə alırlar. Cavabdeh 2019-cu ilin iyun ayında verdiyi qazın dəyərini hesablayarkən və ya bundan əvvəlki aylarda sayğaca baxış keçirdikləri, verdiyi qazın dəyərini hesabladıqları zaman qaz sayğacı minimal sərfiyyatda xəta normaya uyğun deyil haqda xəbərdarlıq etməliydi. Digər tərəfdən, sayğaca müdaxilə olmuşdursa belə halın olmasını da həmin vaxtlar müəyyən edə bilərdi. Halbuki, 2019-cu ilin 12 iyununda mübahisəli sayğaca baxış keçirməklə, abonent tərəfindən 5 manat pul ödənilməsi, bunun 3.5 manatının borca silindiyi qeyd edilib. Əgər hər hansı qanunsuz qoşulma olsa idi yəqin ki, bu həmin vaxt aşkar olunardı. Heç bir normativ hüquqi akta əsaslanmadan, eləcə də, tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilənin şərtlərinə zidd olaraq cavabdeh tərəfindən birtərəfli qaydada hesablanmış məbləğlər əsasında ona 324 kub.metr borc hesablanmışdır. Qaz idarəsinin bir qrup məmurları vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuzluqlar etməklə onun barəsində əsassız borc məbləğləri hesablamaqla qaz itkisini bu yolla əsaslandırmaq niyyətində olmuş və şablon xarakterli akt tərtib etməklə ona maddi ziyan yetirməkdən çəkinməmişlər. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh Bakı RQŞD-nin əməkdaşları Elçin Xancanov və Zamin Fətullayevin tərtib etdikləri təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın qanunsuz hesab edilməsi və Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş tələbə əsasən 324 m3 qaz itkisinə görə hesablanmış borcun ona məxsus abunə hesabından silinməsi və əsassız olaraq ona ödətdirilmiş 882 manat məbləğində pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 iyun 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “abonent sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/2936 saylı, 28 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 89 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 824274 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 04 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan “eManat” ödəniş portalından verilmiş qəbzlərdən görünür ki, X3 məxsus ünvana aid edilmiş ödənişlərdən müxtəlif tarixlərdə ümumilikdə 882 manat pul vəsaiti borca görə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 iyun 2019-cu il tarixli, ******* nömrəli aktın surətində “abonent sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2936 saylı, 28 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 89 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sübutetmə yükü cavabdeh tərəfin üzərində olduğu halda cavabdeh tərəf iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini mötəbər sübutlarla təsdiq edə bilmədiyinə görə iddia əsaslı olduğu üçün təmin edilməli, SOCAR Cavabdeh İB-si tərəfindən tərtib olunmuş 28 iyun 2019-cu il tarixli, ******* nömrəli akt ləğv edilməli, iddiaçının faktiki yaşadığı evə dair hesablanmış borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 882 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X1 04 yanvar 2018-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh İB tərəfindən tərtib edilmiş 28 iyun 2019-cu il tarixli, ******* nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00030) dair 324 m3 qaz itkisinə görə hesablanmış borcu silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 882 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar