Məhkəmə qərarları › İş №2(011)-130/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-130/2024

22.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-130/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 5/6 (yeni qaydalarla: ünvan 1 ünvanında olan fərdi yaşayış evinin mülkiyyətçisidir.

2. Sözügedən fərdi yaşayış evi bir neçə qonşu evlərin əhatəsində yerləşir. İddiaçının qonşusu Cavabdeh həyətyanı torpaq sahəsinə daş hasar çəkərkən qanunsuz olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin ərasisinə daxil olaraq iki metr torpaq sahəsini zəbt etmiş və yaşadığı evin qarşısındakı üç pəncərənin qabağını kəsmişdir. Cavabdeh çəkdiyi daş hasarla sözügedən evin arasındakı məsafə 40 santimetrdir.

3. Belə olan halda İddiaçı mülkiyyət hüquqları qonşusu Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçı Cavabdeh ilə bir neçə dəfə söhbət edərək inşa etdirdiyi daş hasarı iki metr arxaya çəkilməsini xahiş etmişdir. Lakin Cavabdeh təklifi qəbul etməmişdir.

İddiaçının tələbi:

4. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 5/6 (yeni qaydalarla:ünvan 1 ünvanında yerləşın fərdi yaşayış evinin qarşısında Cavabdeh qanunsuz inşa etdirdiyi daş hasarın onun öz vəsaiti hesabına sökülərək iki metr arxaya çəkilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı öz izahatında bildirmişdir ki, onlar Rusiya Federasiyasında yaşayırlar, Azərbaycana qayıdanda görmüşdürlər ki, cavabdeh pəncərənin qabağına divar çəkmişdir və 2 metr onların torpaq sahəsinə keçmişdir. O, danışıqlar zamanı da həmin ərazinin özünün yeri olduğunu bildirmişdir. Həmçinin onların torpaq sahəsinin də, evin də hər bir sənədinin qaydasında olduğunu demişdir.

7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında öz izahatında bildirmişdir ki, həmin mübahisəli ərazi ona aiddir, iddiaçı onun xəbəri olmadan çertyoj çəkdirmişdir. O, həmin çertyojun çəkilişində iştirak etməmişdir. Həmin ərazidə ona məxsus torpaq sahəsinin eni 4,5 metr uzunluğu 40 metrdir, həmin 40 metrdən 12 metri iddaçı tərəfindən zəbt edilmişdir. Hal-hazırda iddiaçının evinin damının suyu da onun həyətinə axmaqdadır, bununla bağlı da iddiaçını məlumatlandırmış, lakin heç nə dəyişməmişdir. Eyni zamanda o, bildirmişdir ki, iddiaçı onun arvadının bacısı oğludur, qohumudur. Həmçinin, cavabdeh qeyd etmişdir ki, evin bütün sənədləri onun arvadının adına rəsmiləşdirilmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 5F (yeni qaydalarla:ünvan 1 ünvanında inşa edilmiş daş hasarın öz vəsaiti hesabına iki metr arxaya çəkilməsini təmin etməyini xahiş etmiş, əks təqdirdə məsələnin həllinin məhkəmə müstəvisində həll olunacağı bildirilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 5/6 (yeni qaydalarla:ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

10. 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 5850/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin İddiaçı adına (vətəndaşlığı olmayan) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.

11. Xətai rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 251 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamdan çıxarışa əsasən, Şirin Mirzəyev küçəsi 3/2 saylı ünvanda yerləşən mövcud fırdi yaşayış evi vərəndaş X1 adına rəsmiləşdirilməsi və razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq hüquqi qeydiyyata alınması qərara alınmışdır.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Ş.Mirzəyev küçəsi, ev 3B (yeni qaydalarla:ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur.

13. Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixli Texniki Pasportu.

14. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli, 3- 16-16/2-10/5499 nömrəli məhkəmə mühəndis-texniki, tikinti texniki ekspertiza rəyinə əsasən, 1-ci sual üzrə, rəyin təqdiqat hissəsində göstərilənlərə əsasən, DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X2 məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə dair Texniki Pasport sənədinin tərtib edildiyi və mübahisə predmeti olan daş hasarın həmin Texniki Pasport sənədində öz əksini tapddığını nızırı alaraq , Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi 5/6 yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Şirin Mirzəyev küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh tərəfindən qanunsuz olaraq hasar inşa edilmədiyi müəyyən edilmişdir. 2-ci sual üzrə, Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi 5/6 yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Şirin Mirzəyev küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş daş hasar DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X2 məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport bsənədində öz əksini tapdığını nəzərə alaraq, bu sual üzrə tədqiqat aparılmamışdır. 3-cü sual üzrə, cavabdeh tərəfindən inşa edilmiş və Texniki Pasportda öz əksini tapmış daş hasarın iddiaçıya məxsus fərdi yaşayış evinin üç ədəd pəncərəsinin qarşısını kəsdiyi müəyyən etmişdir.

15. Digər sənədlər və fotoşəkillər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

21. Belə ki, prosessual qanunvericiliyin mənasına görə, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Hazırki mülki iş üzrə cavabdehin iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt olub-olmadığı qeyri-müəyyəndir.

22. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

23. İddiaçı tərəfindən, sökülməsi tələb olunan tikilinin məhz cavabdeh tərəfindən inşa edildiyi, onun mülkiyyətində olan əmlaka artırma edildiyi barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Mülki iş matereiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Ş.Mirzəyev küçəsi, ev 3B (yeni qaydalarla:ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. İddiaçı isə cavabdeh qismində Cavabdeh seçmiş, tələbini ona qarşı yönləndirmişdir. (§12)

24. Məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə cavab verməli olan şəxs olmadığından iddia tələbi rədd edilməlidir.

25. Eyni zamanda iddia tələbinə cavab verməli olan şəxsi müəyyənləşdirərək ona qarşı müvafiq iddia tələbini irəli sürmək hüququnun olduğu iddiaçıya izah edilməlidir.

Məhkəmə xərcləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

3. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar