Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1301/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ”Orxan-93” k/m fərdi ev abonent kodu: **********00000) cərimə kimi yazılmış olan 3493,33 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı Şölə Hacıyeva iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2313,02 manat borcun silinməsi, 820,18 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Şölə Hacıyeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ”Orxan-93” k/m fərdi ev (abonent kodu: **********00000) fərd yaşayış evində yerləşən sayğac onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən AKT tərtib edilmişdir. Akt qeyd edilmişdir ki, guya o, sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmişdir. Halbuki, nə o, nə də ki onun ailə üzvləri tərəfindən belə şey olmamışdır. Buna görə ona manat cərimə yazılmışdır. Həmin cərimədən apardığı ödənişlər vasitəsilə cavabdeh tərəfindən hal-hazıradək ümumilikdə 820,18 manat ödəniş tutulmuş, hazırda 2313,02 manat borcu qalmışdır. Yazılmış borc qanunsuz və əsassız olduğuna görə, 2313,02 manatın silinməsini və ondan tutulmuş 820,18 manatın geri qaytarılmasını istəyir. X5 iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “...sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “...sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “...mənzildə sayğacdan kənar qeyri-qanuni qaz istifadə olunur” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1008 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “abonent sayğacdan kənar təbii qazdan istifadə edir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 666 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “abonent sayğacdan kənar təbii qazdan istifadə edir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1458 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1530 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1098 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 324 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “...mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 666 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “...mənzildə sayğacdan kənar xətt istifadə edilib” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 576 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “mənzildə sayğacdan kənar təbii qaz istifadə olunur” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1008 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı **********00000 abonent kodu üzrə “..mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Nərimanov rayonu, Ə.Qayıbov, “Orxan-93 k/m”, ev 82 ünvanı üzrə **********00000 abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 666 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, X3 məxsus Bakı, Nərimanov, Ə.Qayıbov, “Orxan-93” k/m, ev 82 ünvanı üzrə **********00000 saylı abonent hesabına Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üzrə 712,40 manat, 07/2018 tarixi üzrə 532,80 manat, 08/2018 və 09/2018 tarixləri üzrə 201,60 manat, 10/2018 tarixi üzrə 66,60 manat, 11/2018 tarixi üzrə 57,60 manat, 12/2018 və 01/2019 tarixləri üzrə 66,60 manat, 02/2019 tarixi üzrə 145,80 manat, 03/2019 tarixi üzrə 153 manat, 04/2019 tarixi üzrə 109,80 manat, 05/2019, 06/2019, 07/2019, 08/2019, 09/2019 tarixləri üzrə 32,4 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Gasrep sənədindən görünür ki, ünvan 2 ünvan üzrə abonent kodu **********00000, cari borc 2313,02 manat, borca görə cəmi tutulma 820,18 manat olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/160 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat nəticəsi kimi “tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi və sayğacdan kənar qaz xətti aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi” göstərilmişdir. Ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə trasoloji ekspertizasının dəyəri 65 manat təşkil etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı, Nərimanov, Ə.Qayıbov, “Orxan-93” k/m, ev 82 ünvanındayerləşən yaşayış evinə quraşdırılmış **********00000 abonent kodlu qaz sayğacı iddiaçı X2 adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması əsasları ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin - iddiaçının **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üzrə 712,40 manat, 07/2018 tarixi üzrə 532,80 manat, 08/2018 və 09/2018 tarixləri üzrə 201,60 manat, 10/2018 tarixi üzrə 66,60 manat, 11/2018 tarixi üzrə 57,60 manat, 12/2018 və 01/2019 tarixləri üzrə 66,60 manat, 02/2019 tarixi üzrə 145,80 manat, 03/2019 tarixi üzrə 153 manat, 04/2019 tarixi üzrə 109,80 manat, 05/2019, 06/2019, 07/2019, 08/2019, 09/2019 tarixləri üzrə 32,4 manat borc yazılmışdır, iddiaçının abonent hesabından borca görə 820,18 manat tutulmuşdur, hazırda borc 2313,02 manat təşkil edir, hazırda qalıq borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, Aktlar əsasında 08/2018 və 09/2018 tarixləri üzrə 201,60 manat, 10/2018 tarixi üzrə 66,60 manat, 11/2018 tarixi üzrə 57,60 manat, 12/2018 və 01/2019 tarixləri üzrə 66,60 manat, 02/2019 tarixi üzrə 145,80 manat, 03/2019 tarixi üzrə 153 manat, 04/2019 tarixi üzrə 109,80 manat, 05/2019, 06/2019, 07/2019, 08/2019, 09/2019 tarixləri üzrə 32,4 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən, həmçinin 01/2018 tarixi üzrə 712,40 manat, 07/2018 tarixi üzrə 532,80 manat borc yazılmasına əsas verən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, AKT əsasında “Qalıq və aktlar” qrafasında 08/2018 və 09/2018 tarixləri üzrə 201,60 manat, 10/2018 tarixi üzrə 66,60 manat, 11/2018 tarixi üzrə 57,60 manat, 12/2018 və 01/2019 tarixləri üzrə 66,60 manat, 02/2019 tarixi üzrə 145,80 manat, 03/2019 tarixi üzrə 153 manat, 04/2019 tarixi üzrə 109,80 manat, 05/2019, 06/2019, 07/2019, 08/2019, 09/2019 tarixləri üzrə 32,4 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, “Qalıq və aktlar” qrafasında 01/2018 tarixi üzrə 712,40 manat, 07/2018 tarixi üzrə 532,80 manat borc yazılmasına əsas verən hər hansı sübut iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmişdir, üçüncüsü, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, dördüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 2313,02 manat borcun hesabdan silinməsi və əsassız olaraq tutulmuş 820,18 maantın geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2313,02 manat məbləğində borc silinməli, əsassız olaraq tutulmuş 820,18 manat geri qaytarılmalıdır. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi (3133,2 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 51,33 manat məbləğində dövlət rüsumu və məhkəmətrasaloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 65 manat cavabdehə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X2 **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2313 (iki min üç yüz on üç) manat 02 (iki) qəpik məbləğində borc silinsin. X2 **********00000 saylı abonent kodu üzrə tutulmuş 820 (səkkiz yüz iyirmi) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti geri qaytarılsın. Cavabdehndən 51 (əlli bir) manat 33 (otuz üç) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Cavabdehndən məhkəmə-trasaloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1301/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1301/2024
05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver