Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1313/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X9, İddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və 6 saylı Asan xidmət mərkəzinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X6 vərəsəlik işi üzrə 484/2022 saylı , Reyestr 2V-253 № qeydi ilə 07 aprel 2023-cü il tarixində Cavabdeh2 adına verilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin və onun əsasında verilmiş Çıxarışın etibarsız edilməsi barədə Qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. X18 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı İddiaçı tərəfindən atası X6 vərəsəlik işi üzrə 484/2022 saylı , Reyestr 2V-253 № ilə qeydi ilə 07 aprel 2023-cü il tarixində Cavabdeh2 adına verilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə iddia tələbi üzrə X9 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli Sürən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı və X18 iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, X6 vərəsəlik işi üzrə 484/2022 saylı , Reyestr 2V-253 № qeydi ilə 07 aprel 2023-cü il tarixində Cavabdeh2 adına verilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi və miras əmlkada paylarının müəyyən edilməsi barədə Qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının atası X11 xx.xx.2022-ci ildə vəfat etmiş, X5 adına avtomobil , daşınmaz əmlak mənzil, Şadlıq evi və.s. olmuşdur, X11 vəfat edəndən sonra Notariat kontorunda Vərəsəlik işi açılmış və onlar beş bacı-qardaş hamısı qanuni vərəsə kimi qeydiyyatdan keçmişlər, o zaman qardaşları Cavabdeh2 İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 bildirmişdir ki , atalarında qalmış miras əmlakın onun, yəni Cavabdeh2 adına bir vərəsəlik şəhadətnaməsi yazılsın və o da öz növbəsində ata mülkünü sataraq onların hər birinə 100.000 (yüz min) manat pul ödəyəcəkdir. Ona görə onlar razılaşmış və Notariat ofisində ərizə yazaraq Cavabdeh2 xeyrinə miras paydan imtina barədə ərizə yazmışlar, eyni zaman da qardaşları Cavabdeh2 öz xətti ilə yazaraq bildirmişdir ki, “Mən Cavabdeh2 bildirirəm ki, X1 son vəsiyyətinə görə Ordubad k/m Satılandan sonra İddiaçı , Cavabdeh3, X23ma hər birinə, 100.000 (yüz min manat) verilsin. Öz imzamla Atamın son vəsiyyətini təsdiqləyirik) İmzamızla, İddiaçı , Cavabdeh3, X15, X26 və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. Tarix 12 sentyabr 2023”, hazırda Notariat Ofisindən alınmış sənədlərdən müəyyən edilir ki, atalarının miras əmlakı üzrə 484/2022 saylı , Reyestr 2V-253 №-li Vərəsəlik işi üzrə iki ədəd Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Belə ki, 07 aprel 2023-cü il tarixli Vərəsəlik hüququ haqqında Şəhadətnamə üzrə miras əmlakın 4/5 hissəsi Cavabdeh2 və 08 aprel 2023-cü il tarixli Vərəsəlik hüququ haqqında Şəhadətnamə üzrə 1/5 hissə X7 adına sənədləşdirilmişdir. Onlar qardaşları Namiqin və Nadirin onları dilə tutaraq miras əmlakdan Namiqin xeyrinə imtina barədə sözlərinə və Cavabdeh2 bizə verdiyi sözə və yazılı qəbzə inanmışlar, lakin artıq bir neçə müddətdir ki, gözləyirlər, hazırda məlum olmuşdur ki, Namiq onlara verdiyi sözün üstündə durmur və qısa müddətdə onlara verilməli paylarını ödəmək istəmir, bu barədə dəfələrlə aparılan söhbətlərin nəticəsi olmamışdır, qardaşı Namiq miras əmlakdan onlara pay verməsi adı ilə aldatmışdır, ona görə aldatma adı ilə Miras əmlakın sənədləşdirilməsi və verilmiş Şəhadətnamə Etibarsız hesab edilməlidir, müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır, saxtakarlıq olmasaydı mövcud Qanun üzrə Vərərsəlik Şəhadətnaməsi verilməyəcəkdir və onların hər birinin miras əmlakdan payları müəyyən ediləcəkdir. Beş bacı-qardaşın hamısının vərəsəlik və miras kütləsində payları vardır, cavabdehlərin qanunsuz və saxta əməlləri nəticəsində iddiaçıya çatası əmlakından məhrum edilmişdir, cavabdehlərin hərəkətləri qanunsuz və əsasız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər iddiaçıya məxsus mənzili öz adına sənədləşdirməklə qanunsuzluğa yol vermişdir. Ona görə də, cavabdehlərin hərəkətləri qanunsuzdur və onun adına verilmiş Qanun üzrə Vərəsəlik hüquqi haqqında Şəhadətnamə ləğv edilməli və onun vərəsəlik hüququ bərpa edilməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsinin izahatına uyğun izahat verib əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.1972-ci İldə Bakı şəhərində anadan olmuşdur, atası X8 və anası X13 olmuşdur. Valideynlərinin birgə nikahından iki övladı – o və bacısı X19 vardır, həmçinin atası, anası ilə nikahda ola-ola başqa bir qadınla yaşamış və həmin qadından bir övladı olmuşdur. Sonradan atası X8 1980-cı ildə anası ilə rəsmi ayrılmış və qeyri-rəsmi yaşadığı və bir övladı olan Cəfərova Rəhilə adlı qadınla ailə qurmiş və onların birgə nikahından daha iki övladları, 1980-cı ildə Cavabdeh3 və 1986-cı il təvəllüdlü Cavabdeh2 olmuş, beləliklə də, atası X6 hər iki nikahdan 5 övladı olmuşdur: İddiaçı, X19, Cavabdeh2, X20, X16 anası X17 30.09.20 19-cu ildə və atası X11 xx.xx.2022-ci ildə vəfat etmiş, X5 adına avtomobil, daşınmaz əmlak mənzil, Şadlıq evi və.s. olmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Aygün İbadova, iddiaçı və onun vəkilinümayəndəsinin izahatları ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mübahisə etdiyi evdə o yaşayıb, ona görə də bacısı və qardaşları onun xeyrinə miras paylarından imtina etmişlər, lakin bu imtina hər hansı şərt qoyulmadan verilib, o ki qaldı əl yazısına, onu qardaş-bacısı mirasdan imitna etdiyi üçün yazmayıb, bu yəni atasından qalmış "xxxx" Kiçik Müəssisəsi satıldıqdan sonra Aygün və Elşənin hər birinə 100 000 manat məmləğin ödənilməsi atasının vəsiyyəti olmuşdur, o ancaq atasının vəsiyyətini yerinə yetirmək məqsədilə bu əlyazmanı imzalamışlar, orada da göstərilib ki, bu atasının son vəsiyyəti olmuşdur, bunu ona görə etmişdir ki, qardaşı və bacısı arxayın və əmin olsun ki, həmin satış həyata keçirilən kimi o, atasının vəsiyyətinə əsasən onlara çatası pulu onlara verəcək, o, atasından qalan vəsiyyəti icra eləməkdən yayınmır, İddiaçı və X12 hərəsinə 100 min manat pul verməyə razıdır, "xxxx" Kçik Müəssisəsi satıldıqdan sonra atası nə deyibsə hərfi-hərfinə eləməyi öz üzərinə götürür, lakin müəssisənin olduğu torpaq onların yox, dövlətin torpağıdır, ona görə də hazırda həmin müəssisəni sata bilmir, sənədləşmə işlərini həll edib, "xxxx" Kçik Müəssisəsini satan kimi qardaşı və bacısına çatası pulu verəcəkdir. Sonda Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin evdəki miras payından o özü də imtina etmişdir, ona görə imitina etmişlər ki, həmin evdə qardaşı yaşamışdır və indi də orda yaşayır, o ev onun haqqıdır, qardaşı Namiq atalarının vəsiyyətinə uyğun olaraq "xxxx" Kçik Müəssisəsi satıldıqdan sonra Aygün və Elşənin hər birinə 100 000 maantın verilməsinə dair öz sənədi imzlamışdır, həmin sənədi o, Namiq, Elşən və Aygün imzalamışlar, o da həmin müəssisə satıldıqdan sonra qardaşı və bacısına paylarını verəcəklər. Sonda Cavabdeh3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndə-vəkilinin, üçüncü şəxsin, cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, 79 saylı mənzil tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 261146 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan **********478 nömrəli ərizədən görünür ki, X18, X5 xx.xx.2022ci il tarixli vəfatı ilə əlaqədar X4 qalan miras əmlakın ona çatası payından xx.xx.2022-ci il tarixdə Cavabdeh2 xeyrinə imtina etmişdir. AR MM-nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan **********479 nömrəli ərizədən görünür ki, Cavabdeh3, X5 xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar X4 qalan miras əmlakın ona çatası payından xx.xx.2022-ci il tarixdə Cavabdeh2 xeyrinə imtina etmişdir. AR MM-nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan **********477 nömrəli ərizədən görünür ki, İddiaçı, X5 xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar X4 qalan miras əmlakın ona çatası payından xx.xx.2022-ci il tarixdə Cavabdeh2 xeyrinə imtina etmişdir. AR MM-nin 1268-ci maddəsi ona izah olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X16 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 79 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 1/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 79 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 4/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh3, Cavabdeh2, Aygün İbadova tərəfindən imzalanmış əlyazma mətndən görünür ki, aşağıdakı məzmunda yazı qeyd edilməklə imzalanmışdır: “Mən Cavabdeh2 ,Bildirirəm ki, X1 son vəsiyyətinə görə Ordubad k/m Satılandan sonra İddiaçı , Cavabdeh3 , X14 hər birinə , 100.000 (yüz min manat verilsin. Öz imzamla X28 son vəsiyyətini təsdiqləyirik ) İmzamızla , İddiaçı , Cavabdeh3 , X21 , X26 və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. Tarix 12 sentyabr 2023” İş materiallarında olan İddiaçı tərəfindən 6 saylı Bakı ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, İddiaçı **********477 nömrəli xx.xx.2022-ci il tarixli ərizəni yazarkən hüquqlarını tam başa düşmədiyini, hal-hazırda etdiyi hərəkətin gələcəkdə olacaq prosedurlarından peşman olduğunu və bu səbəbdən qeyd etdiyi ərizəsinin ləğv edilməsi barədə köməklik göstərilməsi, ona çatası payın bərpa olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 6 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 304/2023 nömrəli məktubundan görünür ki, İddiaçı “X4 miras qalmış əmlakdan imtina ilə bağlı xx.xx.2022-ci il tarixli ərizənin ləğv edilməsinə dair” müraciətin nəticəsi kimi bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı X24 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, , X18, Cavabdeh3, Cavabdeh2, İddiaçı və X2 Əmirşah Qəribxan oğlunun övladlarıdır, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür, mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, 79 saylı mənzilə dair mərhum X5 mülkiyyət hüququ müvafiq dövlət reyesterində qeydiyyata alınmışdır, həmin mənzil miras əmlakdır və X5 xx.xx.2022-ci il tarixdə ölməsi ilə miras açılmışdır, X18, Cavabdeh3, Cavabdeh2, İddiaçı və X16 miras qoyanın övladları olmaqla birinci növbəli vərəsələr olmuşlar, miras açıldıqdan sonra xx.xx.2022-ci tarixdə X18, Cavabdeh3 və İddiaçı, X4 qalan miras əmlakın onlara çatası payından Cavabdeh2 xeyrinə imtina ediblər, mirasın qəbulundan imtina qanunvericiliklə müəyyən edilmiş üç aylıq müddət ərzində verilmişdir, bundan sonra 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş Vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, 79 saylı mənzil üzərində Cavabdeh2 - 4/5 hissədə, X7 – 1/5 hissədə payı müəyyən olunmuşdur. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixli imtina ərizəsinin ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmiş, 6 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat ofisi xx.xx.2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməyəcəyi göstərilmişdir, İddiaçı “imtina ərizəsinin ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun xx.xx.2023-cü il tarixli ərizəsi ilə “imtina ərizəsinin ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır, İddiaçı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bununla belə, iddiaçılar tərəfindən mirasdan imtinanın müəyyən edilmiş müddət ərzində verilməsi və ya bu müddətin ötürülməsinin üzrlü halları, miras paydan imtinaya dair ərizənin müəyyən şərtdən asılı olaraq verilməsi, Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi üçün əsaslar, o cümlədən Miras paydan imtina haqqında ərizələrin aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, hazırkı tələb mirasın qəbulundan imtinanın mübahisələndirilməsi ilə həmin imtina əsasında verilmiş Vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi barədədir, iddiaçı bundan ötrü müvafiq əsas olduğunu xx.xx.2023-cü il tarixdə bilmiş, həmin tarixdə eyni məzmunlu müraciət ilə Notariat kontoruna müraciət etmişdir, iddia tələbi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir, qanunvericiliyin tələbinə əsasən, mirasın qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər ki, həmin müddət də kəsici müddətdir, lakin iddiaçı qeyd olunan müddəti ötürməklə iddia tələbini vermiş, həmçinin ərizədə müddətin ötürülməsinin üzrlü səbəbləri və ona dair sübutlar göstərilməmişdir. ikincisi, Cavabdeh2 4/5 hissədə payının olmasına dair vərəsəlik haqqında şəhadətnamə imtina ərizələri əsasında verilmişdir, iddiaçılar vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair halları əsaslandırmamış, eyni zamanda miras paydan imtinaya dair ərizələrin müəyyən şərtdən asılı olması da təsdiq edilməmişdir, iddiaçılar cavabdehin mirasdan imtinanın əvəzi kimi iddiaçılara 100 000 manat verəcəyinə dair razılaşmanın yerinə yetirilməməsinə istinad etsə də, həmin razılaşmanın mətnindən razılaşmanın, yəni "xxxx" Kiçik Müəssisəsi satıldıqdan sonra Aygün İbadovaya və İddiaçı 100 000 manat veriləcəyinin imtinanın əvəzi kimi deyil, atalarının vəsiyyəti kimi nəzərdə tutulması və imtinanın verilməsi tarixindən (xx.xx.2022) sonra imzalandığı (xx.xx.2023) görünür, eyni zamanda həmin razıaşmada qeyd olunan "xxxx" Kiçik Müəssisəsi də satımamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 “X6 vərəsəlik işi üzrə 484/2022 saylı , Reyestr 2V-253 № qeydi ilə 07 aprel 2023-cü il tarixində Cavabdeh2 adına verilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi və miras əmlkada paylarının müəyyən edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1313/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1313/2024
29.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver