Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1341/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 25.12.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları 2019-cu ilin iyun ayında yaşadığı ünvan 1 ünvanında 1002AQ**********9 nömrəli sayğaca baxış keçirərək onun elektron tablosunun söndüyünü müəyyən etmiş və sayğacı G-4 STS **********6 nömrəli yeni sayğacla əvəz etmiş, bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli 10.06.2019-cu il tarixli akt tərtib edilmişdir. 25.12.2019-cu il tarixində Departamentin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək 10.06.2019-cu il tarixində quraşdırılmış **********6 nömrəli sayğacın klapanının işlək olmadığını, sayğacın elementinin bitmiş olduğunu, müvəqqəti element quraşdırıldığını qeyd etmişlər. Aktda qeyd olunan məlumatlar əsassız olunduğuna görə onu imzalamaqdan imtina etmişdir. Hadisədən 2 il sonra təqdim olunmuş 20.09.2021-ci il tarixli bildiriş- xəbərdarlıqda onun əvvəlki dövrlər üzrə 209,60 manat məbləğində borcu yarandığı qeyd edilmişdir. Borc məbləğinin nə vaxt və hansı səbəbdən yarandığını öyrənmək üçün Bakı Regional Satış Departamentinə ərizə ilə müraciət etdmiş, Departamenin 24.09.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, çıxarılan qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının 13.11.2019-cu il tarixli MSK 29/1710-01879 saylı aktına əsasən, sayğacın klapanı işlək deyil, yaddaş arxivi oxundu. 26.05.2019-cu il tarixində ALARM-1 rejimi aşkar olundu.25.12.2019-cu il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 2160,0 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Qaz sayğacına tərəfindən müdaxilə olunmamışdır. Belə ki, üzərində plombu olan sayğacın daxilindəki klapana və elementə müdaxilə etmək mümkün deyil. İstifadədə olan sayğac Departamentin əməkdaşları tərəfindən yenisi ilə əvəzləndiyi ana qədər onun plombu saz vəziyyətdə üzərində olmuş, məhz bu səbəbdən müvafiq aktlarda sayğacın plombu ilə əlaqədar hər hansı nöqsan öz əksini tapmamışdır. Bundan əlavə, plomblu sayğacda elementin qabaqcadan dəyişdirilmiş olması onu deməyə əsas verir ki, həmin sayğac quraşdırılmamışdan əvvəl qüsurlu olmuş, ona əvvəldən müdaxilə edilərək elementi dəyişdirilmişdir. Təqdim olunan sənədlərdə istehlakçı kimi təqsirinə dəlalət edən hər hansı sübut öz əksini tapmamışdır. Əksinə, qaz sayğacının plomblanmış olması və plomblu sayğacın daxilinə müdaxilə oluna bilməməsi, qapalı sayğacın klapanının işlək olmaması yaxud sıradan çıxması onun təqsirini istisna edir, cavabdeh tərəfindən hesablanmış 216 manat borc məbləğinin isə tamamilə əsassız və qanunsuz olduğunu sübuta yetirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmış, ziyanın məbləğinin 216 manat olması müəyyən edilmişdir. İddiaçı həmin məbləği Azəriqaz İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanı abonent kodu **********01000 olmaqla abonent kimi İddiaçı adına qeydiyyata alınmışdır. “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə” ******* nömrəli 10.06.2019-cu il tarixli aktdan görünür ki, yuxarıda qeyd edilən ünvan üzrə 1002AQ**********9 nömrəli sayğaca baxış keçirərək onun elektron tablosunun söndüyü müəyyən edilmiş və G-4 STS **********6 nömrəli yeni sayğacla əvəzlənmişdir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 25.12.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın klapanının işlək olmadığı, sayğacın elementinin bitmiş olduğu, müvəqqəti element quraşdırıldığı müəyyən olunmuşdur. Bakı Regional Qazın Satışı Departamentinin İstismar İdarəsi tərəfindən tərtib edilmiş 25.12.2019-cu il tarixli tələbnamədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2160 m3 qaz itkisinə görə dəymiş zərərin tələb edilməsi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 25.12.2019-cu il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********01000) hesablanmış qaz sərfiyyatına görə 216 (iki yüz on altı) manat borcun silinməsi cavabdeh X2 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1341/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1341/2022
29.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver