Məhkəmə qərarları › İş №2(011)-1342/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1342/2022

13.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1342/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Dəmiryol küçəsi, ev 1, mənzil 3 ünvanına qanunsuz yazılmış 450 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəməyə vəsatətlə müraciət edərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi borc məbləği onun Sumqayıt şəhərində yerləşən ünvanına aiddir. O, Bakı Regional qazın satışı Departamentinin nümayəndəsidir. Bu işdə Sumqayıt Regional Qaz İdarəsinin nümayəndəsi iştirak etməlidir. Bu səbəbdən mülki işi Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İddia ərizəsini və iş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, mülki-prosessual qanunvericilik hazırki iddianın istehlak müqaviləsinin bağlandığı yer üzrə məhkəmə icraatının mümkünlüyünü istisna etmədiyindən, İddiaçı ünvan 4 ünvanında yaşadığından, İddiaçı ilə Cavabdeh İB arasında istehlak müqaviləsi həmin şəhərin ərazisində bağlandığından və icra edildiyindən, eyni zamanda iddiaçı Bakı şəhərində keçirilən məhkəmə iclaslarında iştirak edə bilmədiyindən və cavabdehin nümayəndəsi Bakı şəhəri regionları üzrə işlərdə səlahiyyətli olduğundan, vəsatət təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənləri əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1 və 39.1-ci və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi X1 vəsatəti təmin edilsin İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair 2(011)-1342/2022 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar