Məhkəmə qərarları › İş №2(011)-1344/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1344/2023

29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1344/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiası, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən yaşayış evinə dair hesablanmış 4622,40 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi ev (abonent kodu: **********00069) ünvanı üzrə hal-hazırda faktiki olaraq abonent istifadəsi iddiaçıya məxsusdur. Bir müddət öncə Cavabdeh nümayəndələri həmin evdə qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməsini bəhanə edərək iddiaçının evinə cərimə yazmışlar. Halbuki iddiaçının evində sayğaca heç bir kənar müdaxilə olmamışdır. Sübut kimi ona heçnə təqdim edilməmiş yalnız abonentin saldosu və aktın surəti verilmişdir. Həmin evdə yaşadıqları müddətdə kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, sizin sayğacda problem olub və siz bununla bağlı borc ödəməlisiz. Qaz İdarəsinin əməkdaşları qaz sayğacının zədələndiyini və bu səbəbdəndə əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Halbuki, sayğacı dəyişdirərək, başqa yəni, akt üzrə borc hesablanmış sayğacı iddiaçının evinə quraşdırılmışdır. Həmin sayğacla bağlı aktların və sair sənədlərin surətlərini tələb etsə də iddiaçıya həmin sənədlər təqdim edilməmişdir. Bu səbəbdəndə əlavə sərfıyyat haqqı kimi borcun silinməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4602,40 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynalxalq Bankı hesabına (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faktiki yaşadığı Abşeron rayonunun Masazır qəsəbəsi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmadan öncə, daha dəqiqliklə 11/2022 və 12/2022-ci il tarixlərində «təbii qazdan istifadə qaydalarını pozmaqla təbii qazdan qanunsuz istifadə etdiyi üçün» barəsində 02 dəfə akt tərtib edilmiş və Cavabdeh İB-yə ümumilikdə 4622,40 manat məbləğində maddi zərər vurmuş olduğu müəyyən edilmişdir. İddiaçı daha sonradan YENİ İL bayramı ərəfəsində Cavabdeh İB-yə müraciət etmiş, xx.xx.2023-cü il tarixində onunla təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, faktiki yaşadığı ünvana **********00069 nömrəli abonent hesabı verilmiş, həmin abonent hesabında xx.xx.2023-cü il tarixinə mövcud olan 4622,40 manat məbləğində borc üzrə 20 manat ödəniş etdikdən sonra geridə qalan 4602,40 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X2 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, “Mənzildə lipa sayğacdan keçməklə qeydiyyatsız qazdan istifadə edilmişdir” və həmin sərfiyyata görə 4622.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə ilkin iddia üzrə iddiaçı xx.xx.2023-cü il tarixdə imzaladığı ərizə ilə 4622.40 qəpik məbləğində borcu olduğunu və həmin borcdan 20 manat ödəniş etdiyini qeyd etmişdir. Bundan başqa məhkəmə iclasında da iddia ərizəsində göstərilənlərə zidd izahat vermişdir. Belə ki, o, köhnə sayğac çıxarıldıqdan sonra yeni sayğac quraşdırılana qədər təbii qazdan istifadə etdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir. Belə olan halda, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Odur ki, ilkin iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacından qeyri-qanuni istifadə etməsi halı həm Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla və İddiaçı məhkəmə iclasında verdiyi təkzibedici ifadələri ilə sübuta yetirildiyindən iddiaçının Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 4622,40 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı 4602,40 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təbii qazdan sayğacdan kənar istifadə etdiyi müəyyən edildiyindən Cavabdeh dəymiş ziyanı tələb etməkdə haqlıdır. Ona görə də qarşılıqlı iddia təmin edilərək, 4602,40 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdehnə ödənilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə dövlət rüsumunun tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, 66.02 (altmış altı manat, iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh İB-nın Azərbaycan Beynalxalq Bankı hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən yaşayış evinə dair hesablanmış 4622,40 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə ilkin iddiası rədd edilsin. 4602,40 (dörd min altı yüz iki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilsin. 66.02 (altmış altı manat, iki qəpik )manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar