Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-135/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi və maneənin aradan qaldırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evinin arxasında avtomobil yolunun üzərində qaraj kimi istifadə etmək məqsədi ilə inşa etdiyi daş hasarın onun öz hesabına sökülməsi və həmin daş hasarın üzərində qoyulmuş su çəninin götürülməsi ilə yolun gediş-gəliş hissəsinin bərpa edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə faktiki olaraq ünvan 1 ünvanında fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsində inşa etdiyi 235 kv.m. sahəsi olan evdə yaşayır. Həmin ev onun mülkiyyət hüququ əsasında 6 oktyabr 2022 -ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmişdir. Onun yaşadığı evlə Cavabdeh1 yaşadığı ev qonşuluqda yerləşir. Hər iki tərəfin yaşadıqları evin ətrafındakı həyətyanı sahə daş hasarla əhatələnmişdir. Cavabdeh evinin arxasında avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj tikməklə avtomobillərin, xüsusən də iddiaçının evinə daxil olan avtomobillərin sərbəst keçidinə maneə yaratmışdır. Belə ki, qarajın əhatə olunduğu daş hasarla onunla üzbəüz olan elektrik dirəyi arasındakı məsafə 3,5 m təşkil edir və abtomobillər bu ərazidən keçərkən maneələrlə üzləşirlər, yolun həmin hissəsində bir avtomobil ancaq çətinliklə keçə bilir və digərləri həmin avtomobilin keçməsini gözləmək məcburiyyətində qalırlar. Cavabdeh avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj inşa edərkən iddiaçı və digər qonşular ona etirazlarını bildirsələr də cavabdeh buna məhəl qoymamış və hətta hasarı çəkərək üzərinə də su çəni qoymuşdur. Sözügedən ərazidə yanğın hadisəsi və yaxud başqa fövqəladə hal yaranarsa oraya avtomobillərin girişi və çıxışı üçün daha ciddi problemlərin yaranması qaçılmazdır. Cavabdeh avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj inşa etməklə və həmin daş hasarın üzərinə su çəni qoymaqla bütün bunları tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan və tikinti norma və qaydalarını pozmaqla özbaşına etmiş və həmin ərazidə yaşayan sakinlərin, yoldan ötənlərin, o cümlədən iddiaçının ailə üzvlərinin narahatçılığına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il 40 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması qaydası” na müvafiq olaraq elektrik dirəkləri həmin qaydalara uyğun müəyyən marşrut və xətt üzrə basdırılır, mübahisələndirilən ərazidə elektrik dirəyinin yeri dəyişdirilərkən də bu norma və qaydalara müvafiq olaraq həmin elektrik dirəyi basdırılmışdır. Sözügedən norma və qaydalara əsasən yüksək gərginlikli elektrik xətlərinin altında və yaxınlığında yaşayış və qeyriyaşayış məqsədləri ilə tikinti inşa edilməsi də yolverilməzdir. İş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Resoublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X1 tərəfindən iş üzrə tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı onlar tərəfindən verilən təklif və tövsiyələrə ekspert etinasız yanaşmış, zəruri ölçü işləri və çəkiliş aparmamış, aşkar şəkildə cavabdeh tərəfin xeyrinə dəlillər toplamağa cəhd göstərmişdir. Məhz, ona görə də 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyindən göründüyü kimi, ekspert tərəfindən iş üzrə tərəflərin evləri qarşısından keçən avtomobil yolu yanlış olaraq küçə - avtomobil yolu kimi deyil, keçid kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən ekspertiza qarşısında “cavabdehlər tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 109-un arxasında qara) kimi istifadə etmək məqsədi ilə inşa edilən əlavə tikilinin ünvan 1-a (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneəsi varmı” sualına cavab olaraq verilən cavab belə əsaslandırılmışdır ki, “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 9 №-li Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 2,75-3,0 metr olduğu göstərilmişdir, qeyd olunur ki, cavabdehlər tərəfindən ünvan 5-un arxasında inşa edilmiş qarai tikilisinin yanından keçən yolun eninin 4.3 metr olduğunu, eyni zamanda qara) tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evin giriş qapısından 3,0 metr məsafədə inşa edildiyini nəzərə alaraq həmin qarai tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evinə (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir”. Onlar tərəfindən təqdim olunmuş fotoçəkilişlərdən və videoçəkilişdən də göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçı olaraq ona məxsus ev 119-un qarşısından keçən hissəsi keçid deyil, ən azı 7 metrlik enə malik 2 zolaqlı avtomobil yoludur və bu yol iş üzrə tərəflərin yaşadıqları evlərin qarşısından keçməklə digər qonşuların da evlərinə gedir və küçə sakinlərinin ümumi istifadəsində olmaqla giriş-çıxışı ilə digər küçələri birləşdirir. Keçid ona məxsus evin qapısından küçəyə çıxan yoldur. Cavabdehlər özbaşıana tikilini ona məxsus evdən küçəyə çıxan keçid üzərində deyil, keçidin birləşdiyi Zeytun küçəsindən keçən avtomobil yolunun üzərində inşa etmişlər. 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizası rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 4-cü abzasında da göstərilir ki, “baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan yolun üzərində qaraj tikilisi inşa edilmişdir”. Sözügedən rəydən göründüyü kimi, ekspert məlum nəticəyə gələrkən “AzDTN 2.6-1“Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinad etmişdir. Həmin Cədvəldən göründüyü kimi, nəzərdə tutulan norma və qaydalar kənd küçə və yollarına aiddir və Cədvəlin yuxarıdan aşağı 5-ci, keçid qrafasında hərəkət zolağı eninin 2,753,0 metr və hərəkət zolağının sayının 1 ədəd nəzərdə tutulduğu qeyd edilir. Göründüyü kimi, ekspert Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsini kənd ərazisi kimi qiymətləndirmiş və bunun üçün də həmin küçəni rəydə Sovet dövründə deyildiyi kimi, “Zeytun sovxozu” ifadəsini əlavə etməklə Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsi kimi göstərmişdir. Hansı ki, iş üzrə mübahisələndirilən ərazinin ünvan göstəricisindən də görünür ki, bu ərazi kənd deyil, şəhər ərazisidir. “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində göstərilir: “Küçə və yolların hesabı parametrləri şəhərlərdə cədvəl 8, kəndlərdə isə cədvəl 9-a müvafiq olaraq qəbul edilməlidir”. “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində (Küçə və yolların hesabi parametrləri), cədvəl 8-də göstərildiyi kimi, yerli əhəmiyyətli avtomobil yollarının fasiləsiz və tənzimlənən hərəkət zolaqları, rayon əhəmiyyətli avtomobil yollarının nəqliyyat-piyada və piyadanəqliyyat hərəkət zolaqları, eləcə də yerli əhəmiyyətli küçə və yollar, o cümləədən yaşayış tikililəri əraziisində olan küçələrdə hərəkət zolaqları 2-dən az olmamalı və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqların hər birinin eni yerli əhəmiyyətli avtomobil yollarının fasiləsiz hərəkət hissəsində 3,5m və tənzimlənən hərəkətli hissəsində 3 m, rayon əhəmiyyətli avtomobil yollarının nəqliyyat-piyada hissəsində 3,5 m və piyadanəqliyyat hərəkət hissəsində 4m, yaşayış tikililəri əraziisində olan küçələrdə isə 3,0 m-dən az olmamalıdır. Göstərilənlərdən belə qənaətə gəlinir ki, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçı olaraq mənə məxsus ev 119-un qarşısından keçən hissəsi yerli əhəmiyyətli küçə və yoldur, konkret olaraq yaşayış tikililəri əraziisində olan küçədir və həmin küçə yolunun hər bir avtomibil zolağının eni 3,0 m olmaqla 2 zolaqdan ibarət olması, həmçinin həmin yol səkisinin piyada hissəsinin eninin 1,5 m-dən az olmaması “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində (Küçə və yolların hesabi parametrləri) cədvəl 8-in tələblərinə uyğun şərtdir. Bu minvalla, mübahisələndirilən ərazidə yolun 2 zolaqdan ibarət olması ilə səkisinin piyada hissəsi daxil eninin ən azı 7 m olması tələb olunur. Göründüyü kimi, ekspert məlum rəyi verməkdə “AzDTN 2.6-1“Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinadən mübahisələndirilən ərazini kənd küçə və yolları, həmçinin həmin Cədvəlin 5-ci qrafasına istinadən 1 ədəd keçid hesab etməkdə qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəmə iclasında iştirak edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı ilə sökülə bilər. İş materiallarında olan Xətai RPİ-nin 35-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti araşdırılmış, baş vermiş hadisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı Vəkil1, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, yerli müayinədə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən evlərə hərəkət üçün bir yol müəyyən olunur, həmin yolun sonunda yaşayış evləri inşa olunmuşdur. Əsas yoldan yaşayış evlərinə gedən yol həm giriş, həm də çıxış kimi istifadə olunur. Qarşıdan baxdıqda yolun ortasında “Azərışığa” məxsus yüksək gərginlikli elektik dirəyi görünür, onun sağ tərəfində mübahisə piredmeti olan tikili vardır. Həmin tikilidən qarşıda yerləsən çörək bişirmə müəsisəsinə 4 m enində yol vardır. Həmin yolu “Azərışığa” məxsus yüksək gərginlikli elektik dirəyi iki yerə ayırır. İddiaçı iddia etmişdir ki, həmin işıq dirəyinin sağında cavabdeh tərəfindən qaraj kimi inşa edilən daş hasar və onun üzərində yerləşən su çəninin olması eyni zamanda həmin yerin qarşısında bir maşının dayanması nəticəsində yolun hərəkət hissəsi məhdudlaşır və sərbəst istifadəyə maneə yaradır. Cavabdeh isə fikrin onunla əsaslandırmışdır ki, əvvəllər “Azərışığa” məxsus yüksək gərginlikli elektik dirəyi indiki yerində deyil, o biri qonşunun evinin qarşısında yerləşırdı. Hal-hazırdakı vəziyyətdə belə evinin qarşısında maşın saxlasa da, sərbəst hərək üçün kifayət qədər yolun qalır, 1 avtomobil hərəkət edə bilər. Digər qonşularında olduğunu, onlarında bu yoldan rahat istifadə etdiklərini və heç bir narazılıqlarının olmadığını bildirir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/6787 saylı Ekspert rəyindən görünür ki, AzDTN 2.6-1 "Dövlət Şəhərsalma Norma va Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 9 №-li Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 2,75-3,0 metr olduğu göstərilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən ünvan 5-un arxasında inşa edilmiş qaraj tikilisinin yanından keçən yolun eninin 4,3 metr olduğunu, eyni zamanda qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evin giriş qapısından 3,0 metr məsafədə inşa edildiyini nəzərə alaraq, həmin qaraj tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evinə (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş “ekspert xərclərinə dair” Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi ev, Cavabdeh2 məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi evin qonşuluğunda yerləşir, hər iki evin giriş-çıxışı Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsinədir. İddiaçı cavabdehlər tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 109 nömrəli evin arxasında inşa edilmiş tikilinin yolda gediş-gəlişə mane olduğunu bildirir, hazırki tələb, həmin qaraj tikilisinin sökülməsi barədədir. Bununla belə, Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 109 nömrəli evin arxasında inşa edilmiş qarajın, ünvan 2-un girişçıxışına mane olmasına dair hallar, həmçinin qaraj tikilisinin sökülməsinə əsas olan digər hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini, cavabdehin inşa etdiyi tikilinin onun gediş-gəlişinə mane yaratdığı dəlillər ilə əsaslandırmış, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6787 saylı ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evə (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneə yaratmır. Beləliklə iddiaçı, sökülməsini tələb etdiyi tikilinin onun mənafeyinə toxunduğunu sübut edə bilmədiyindən və buna görə də Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” olmadığından, onun hazırki tələbə dair subyektiv hüququ yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki tələbə dair iddiaçının subyektiv hüququ olmadığından iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektlərinin (və ya onun hissəsi) sökülməsi barədə qərarın qəbul edilməsi, qanunvericiliklə, onun hallarından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanları və onların müraciəti əsasında məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli tikililər, iddiaçının maraqlarına toxunmadığından, onun tələbi ilə sökülə bilməz və ona görə də İddiaçı hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə (95.1.1); bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda (95.1.2); bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda (95.1.3);. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda (95.1.3-1); sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə (95.1.4). Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən, bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 95.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “cavabdehin evinin arxasında avtomobil yolunun üzərində qaraj kimi istifadə etmək məqsədilə inşa etdiyi daş hasarın onun öz hesabına sökülməsi və həmin daş hasarın üzərində qoyulmuş su çəninin götürülməsi ilə yolun gediş-gəliş hissəsinin bərpa edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, dövlət rüsumu özünə iddiaçının aid edilməli, iddiaçının digər məhkəmə xərclərindən azad olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərclər məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “cavabdehin evinin arxasında avtomobil yolunun üzərində qaraj kimi istifadə etmək məqsədilə inşa etdiyi daş hasarın onun öz hesabına sökülməsi və həmin daş hasarın üzərində qoyulmuş su çəninin götürülməsi ilə yolun gediş-gəliş hissəsinin bərpa edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-135/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-135/2024
24.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver