Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1353/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçının nümayədəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən əsassız hesablanmış 2700 manat pulun silinməsi, qaz təhcizatının bərpa edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 1C, mənzil 61 ünvanında olan evə xx.xx.2021-ci il tarixdə X1 Bakı şəhəri 14 saylı notariat kontorunda alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyət hüququ əldə etmişdir. Həmin evdə cavabdeh tərəfindən “Smart İtron G4” tipli, 1102AQ**********5 saylı sayğac quraşdırılmış və iddiaçının abonent kodu **********00610-dur. xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndələri evinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən, sayğacın tərsinə işlədiyini aşkar edərək bu barədə akt tərtib etmişlər. İddiaçı cavabdeh tərəfindən iddiaçıya sayğacın tərsinə işləməsinə görə 2700 manat borc hesablandığını öyrənmişdir. Cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, 2700 manat borcun yaranması qaz sayğacının 2017-ci ildən nasaz vəziyyətdə olmasıdır (sayğacın tərsinə işləməsidir). 2017-ci ildən bu yana qədər qaz sayğacına cavabdehin nümayəndələri heç bir baxış keçirməmişdilər. Halbuki, cavabdehin nümayəndəsi hər ay sayğaca nəzarət etməlidir və qaz sərfiyatının dəyəri hesablanaraq hər ay istehlakçıya təqdim edilməlidir. Sayğacın tərsinə işləməsi iddiaçının günahı deyil. İddiaçının nümayədəsi və vəkili Vəkil sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 2700 manat borcun silinməsi, qaz təchizatının bərpa edilməsi və hüquqi yardım göstərilməsi ümün vəkillə müqavilə bağlanması üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosuna (Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasına) ödənilmiş 100 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayədəsi və vəkili Vəkil sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən əsassız hesablanmış 1007 manat borcun silinməsi, qaz təhcizatının bərpa edilməsi, iddiaçıdan istifadə etmədiyi təbii qaza görə borc məbləği kimi alınmış 500 manat pul vəsaitinin və hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlanması üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosuna ödənilmiş 100 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayədəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə Vaiqf oğlu məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********00610 saylı abonentin saldosundan görünür ki, İddiaçı qazdan istifadəyə görə 1007 manat cərimə yazılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 1C, 61 saylı mənzili xx.xx.2021-ci il tarixdə X2 tərəfindən İddiaçı satılmış və göstərilən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, 500 manat məbləğində cərimə borcu İddiaçı tərəfindən Cavabdehnə ödənilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ilin avqust ayında mübahisəli mənzili əvvəlki mülkiyyətçisindən əldə etmişdir. Həmin ilin noyabr-dekabr aylarında ona məlum olmuşdur ki, yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı üzrə cərimə hesablanmış və mənzilə verilən təbii-qaz təchizatı dayandırılmışdır. İddiaçı təbii qazın verilişinin bərpa edilməsi üçün cavabdehə yazılmış cərimədən 500 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yeni aldığı mənzildə cəmi 3-4 ay ərzində təbii qazdan istifadəyə görə 1507 manat borcun yaranması ağlabatan deyil. Digər tərəfdən məhkəmə iddiaçının Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə qiymət verərək, qeyd edir ki, İddiaçı cərimədən 500 manat məbləğində pul vəsaitini cavabdeh tərəfə ödəsə də, həmçinin qalan cəriməni ödəməyə öz öhdəsinə götürsə də, həmin ərizə məhkəmə tərəfindən əqd kimi qiymətlərilmədiyindən, xx.xx.2021-ci il tarixli ərizə İddiaçı qıznın Cavabdeh qarşısında hər hansı öhdəliyinin yaranması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1507 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericiliyinin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1007 manat məbləğində borc silinməli, iddiaçı tərəfindən ödənilmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının “qazın verilməsinin bərpa edilməsi” barədə iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də əsaslıdır. Təbii İnhisarlar haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Həmin qanunun 4-cü maddəsinə əsasən, təbii inhisar subyekti — təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Məhkəmə qeyd edir ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alğı-satqısı müqaviləsinin bağlanması və s. ilə Cavabdeh məşğul olduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardımdan istifadə üçün vəkilə ödənilmiş 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ona görə ki, iddiaçı cavabdehin səhvi ucbatından yaranmış borcla bağlı məhkəməyə müraciət etmək üçün hüquqi yardımdan istifadə ilə bağlı əlavə pul ödəməli olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 36,07 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 1C, 61 saylı mənzilə təbii qazın verilməsi bərpa edilsin. Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 1C, mənzil 61 (Abonent kodu: **********00610) üzrə İddiaçı hesablanmış 1007 (min yeddi) manat məbləğində borc silinsin. 500 (beş yüz) manat məbləğində ödənilmiş pul vəsaiti və 100 (yüz) manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti, cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq, İddiaçı ödənilsin. 36,07 (otuz altı manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-1353/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1353/2022
06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver