Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1378/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçi X4rdaşıdır və X9 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilmiş arayışa əsasən Ərizəçi xx.xx.2022-ci il tarixdən hal-hazırkı vaxtadək Respublika Stasionar Xəstəxanasında stasionar müalicədədir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri:
2. Ərizəçi xx.xx.1974-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
3. Ərizəçi ərizəsində qeyd etmişdir ki, qardaşı X9 xx.xx.1974-cü il tarixdə doğulmuş, doğulduğu gündən fiziki qüsurlu olmuş,uşaqlaıqdan müddətsiz birinci qrup əlildir, onun kənar şəxsin qulluq və qayğısına ehtiyacı olmuşdur. Atasının sağlığından indiyə kimi qardaşına o baxır, ona qulluq edir və qardaşına qulluq edən başqa qohumları yoxdur. Həmçinin, 1993-cü il tarixdə X1 qeydiyyatdadır. Ona şizofreniya, hebefrenik bəd gedişli xronik, psixi vəziyyət diaqnozu qoyulmuşdur. Onun əmək qabiliyyəti yoxdur.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
4. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
5. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ərizədə “X3 X7 birgə nikahlarından övladları olmamış” cümləsi texniki səhvdir. Onların birgə nikahından X9 doğulmuşdur. Yəni, ərizəçi ilə X9 ögey qardaşdırlar.
6. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
7. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
İşə baxan məhkəmənin mövqeyi:
12. Məhkəmə iş üzrə ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
13. İşin faktiki hallarında da qeyd edildiyi kimi, AR Səhiyyə Nazirliyi “Respublika Stasionar Xəstəxanası” X11 12025 nömrəli yazılı məlumatına əsasən xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixdən hal-hazırkı vaxtadək Respublika Stasionar Xəstəxanasında stasionar müalicədədir.
14. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 961 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X8 şizofreniya paronoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında malik deyil, həmçinin X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyil.
15. Qeyd edilənlərdən də göründüyü kimi, X9 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X9 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.
16. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X5 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.
17. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1974-cü il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı