Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1383/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh tərəfindən iddiaçının evinə quraşdırılmış və xx.xx.2022-ci il tarixdə sökülərək götürülmüş “Smart” tipli qaz sayğacının üzərində olmuş və iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 303,4 manat məbləğində pul vəsaiti hesaba bərpa edilməsi, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni sayğacın quraşdırılması zamanı yol verilmiş nasazlıq aradan qaldırıldığı tarixədək əsassız olaraq iddiaçıya hesablanmış 4209 m3 qaz sərfinin iddiaçının hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan Maştağa qəsəbəsində, Vişnovka bağ sahəsi adlanan ərazidə yerləşən bağ evinə quraşdırılmış “Smart” tipli qaz sayğacını 2022-ci ilin əvvəlində iddiaçının xəbəri olmadan dəyişdirərək, mexaniki tipli qaz sayğacı ilə əvəz etmişlər. Əvvəlki “Smart” tipli sayğacın balansında 3034 m3 olmuş, yəni iddiaçı tərəfindən əvvəlki illər ərzində 1m3 üçün 0.10 manat olmaqla ümumilikdə 303.40 manat əvvəlcədən ödənilmişdir. Mexaniki tipli sayğac quraşdırıldıqdan sonra bilərəkdən və ya ehtiyatsızlıqdan sayğacın bağ evinə tərəf çıxışına salnik qoyulmamış, bu səbəbdən də həmin sahədən qaz sızması olmuşdur. 2022-ci il ərzində həmin bağ evində yaşayış olmamış və təmirlə əlaqədar olaraq günün gündüz saatlarında evin həyətində usta işləmiş və həyətə daş döşənmişdir. Ustanın istirahəti üçün ayrılmış texniki otaqda həmin saatlarda 1 ədəd elektrikli yağ radiatoru və 1 ədəd tək gözlü elektrik peçi istifadə edilmişdir. Sonradan məlum olmuşdur ki, qaz sızması nəticəsində əvvəlki sayğacın üzərində olmuş və iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 303,40 manat pul (3034 m3 təbii qaz) silinməklə əlavə olaraq 551,35 manat dəyərində qazdan istifadəyə görə borc hesablanmışdır. Hesablanmış borcun son limit həddi ilə hesablanması bu məbləğdə öz əksini tapır. İddiaçının müraciəti əsasında 2022-ci ilin iyun ayının 21-də borc barədə məlumatları olmuş və bizim müraciətimiz əsasında cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilərək nasazlıq aradan qaldırılmışdır. ARDNŞ Cavabdeh İBnin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın çıxış borusuna salnik qoyulmaması, bu səbəbdən də qaz sızmasının olması müəyyən edilmişdir. Sayğacın sökülməsi barədə çəkiliş də aparılmış, qeyd edilən xüsusatlar həmin çəkilişlə də aydın müəyyən edilir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 303.4 manat məbləğində pul vəsaitnin hesaba bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yəni sayğacın quraşdırılması zamanı yol verilmiş nasazlıq aradan qaldırıldığı tarixədək əsassız olaraq iddiaçıya hesablanmış 4209 m3 qaz sərfiyyatının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qimən təmin edilməlidir. Belə ki, iş materiallarında olan saldodan görünür ki, abonent 2022-ci ilin yanvar ayında 303.40 manat məbləğində ödəniş etmişdir. Həmin müddət ərzində fərdi yaşayış evində təmir işləri getdiyinə görə yaşayış olmadığı halda, ünvanda 4209 m3 sərfiyat qeyd edilmiş, yüklənmiş 303,4 manat məbləğində vəsait borca silinmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nörməli “Qaz sayğacının çıxarılması, quraşdırıması və istismara qəbulu haqqında Akt”dan və video görüntülərdən görünür ki, ünvanda quraşdırılmış qaz sayğacında qaz sızıntısı mövcud olmuşdur. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən ünvanda quraşdırılmış qaz sayğacının çıxış ştutserində sızma baş vermişdir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacından təbii qazın sızması və bunun nəticəsində Cavabdeh İB-nə dəymiş ziyana görə istehlakçı məsuliyyət daşımır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ünvanında 4209 m3 sərfiyatın hesablanması düzgün olmamışdır. Odur ki, iddia təmin edilərək 4209 m3 sərfiyyat silinməlidir və iddiaçı tərəfindən ödənilmiş 303,4 manat məbləğində pul vəsaiti iddiaçının hesabına bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Maştağa qəsəbəsi, Vişnovka bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı **********00161 saylı abonent hesabında 4209 m3 qaz sərfiyyatı silinsin. Abonent İddiaçı **********00161 saylı abonent hesabına 303,4 manat məbləğində pul vəsaiti bərpa edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1383/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1383/2023
13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver