Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1397/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə əvvələr ilin əsasən isti vaxlarında yaşamışdır. 2020-ci ilin mart ayından isə həmin ünvanda təmir işləri bitdiyi üçün o, öz ailə üzvləri ilə birlikdə bu ünvanda daimi yaşamağa başlamışdır. Həmin ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Yaşadığı müddət ərzində o, vaxtı-vaxtında həmin ünvanlara aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan guya həmin ünvana baxış keçirmiş, guya həmin ünvanda iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də 29 mart 2019-cu il tarixdən 13 mart 2020-ci il tarixinədək hər ay akt tərtib edərək ona ümumilikdə itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 2336,60 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan başqa Birliyin əməkdaşları xx.xx.2022-ci il tarixində həmin ünvanda quraşdırılmış qaz sayğacını əvəzləmiş, sayğac dövlət yoxlamasında keçən zaman guya sayğacda müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib edilmiş, ona itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 518,40 manat məbləğində əlavə borc yazmışdırlar.İddiaçıya məxsus yuxarıda qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə və onun tərəfindən həmin ünvanda quraşdırılmış qaz sayğacında hər hansı müdaxilə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışdırlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkillər ona məxsus ünvanda çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyriqanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş rəylərdə ona məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəylərdə guya ona məxsus ünvanda “PQ-4”, “QSSQ” və “Dəmir soba”nın olması qeyd olunmuşdur. PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, “QSQ”-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, “Dəmir soba” nın saatlıq qaz sərfiyyatı 1,; kub metr, orta günlük iş rejimi müxtəlif vaxtıarda tərtib olunmuş qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi müxtəlif vaxtlarda tərtib olunmuş rəylərdə müxtəlif zaman üçün, hesabat da fərqli rəylərdə fərqli dövr üçün aparılmışdır. O, həmin dövrdə sözügedən ünvanda əsasən bağ mövsümü ərəfəsində yaşadığı üçün “QSSQ”-nin və “dəmir soba" sözügedən ünvanda quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitiminutka) mövcud olmuşdur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfıyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları ona məxsus ünvana baxış keçirmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Bu hal ayrı-ayrı aktlarda eyni dövr üçün fərqli qaz sərfıyyatının hesablanması ilə də təsdiqini tapır. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxarmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemi mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfıyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. İddiaçı komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyildir. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfıyyatı qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfiyyatının reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Belə ki, yalnız PQ-4 tipli qaz peçinin bir gün ərzində 2.88 manat ekvivalentində təbii qaz sərf etməsi heç bir halda ağlabatan ola bilməz. Ona görə də Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəylərdə göstərilən qaz sərfıyyatı, bu sərfıyyat əsasında hesablanmış borc məbləğləri ilə razı deyildir. Bundan başqa Birliyin əməkdaşlarından ibarət komissiyanın bəzi rəylərində qeyd olunan cihazların 24 saat fasiləsiz işləməsi qeyd olunmuşdur. Hər hansı bir qaz cihazının 30-60 gün müddətində fasiləsiz işləməsi mümkün deyildir. Bu həmin cihazlarla bağlı istehsalçı tərəfindən verilmiş təlimatda da qadağan edilir. Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəylərində ona məxsus ünvanlarda istifadə olunan qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********02770) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə hesablanmış 2854,90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonent saldosundan məlum olur ki, İddiaçı 2019-cu il üçün 1618,20 manat, 2020-ci il üçün 718,30 manat, 2022ci il üçün 518,40 manat, ümumilikdə 2854,90 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “ abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “ abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “ abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən sayğac laboratoriyaya göndərilmiş, MSK 29/1710-01664-1 saylı qaz sayğacının dövlət yoxlanılmasının rəyinə əsasən “Sayğacın dövlət plombunda və plombun altında olan yivli birləşmələrdə kənar təsir izləri var” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “ abonent təbii qazdan sayğacdan kənar sayğacı açaraq qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “ abonent mənzilində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent mənzilində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilmişdir İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/645 saylı, 22 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Xəzər rayonu, Albalılıq yaşayış sahəsi, ev 3, mənzil 277 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli, ******* nömrəli xx.xx.2020-ci il tarixli, ******* nömrəli xx.xx.2020-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli, ******* nömrəli xx.xx.2019-cu il tarixli aktların surətlərində müvafiq olaraq “sayğacın dövlət plombunda və plombun altında olan yivli birləşmələrdə kənar təsir izləri var” və “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 2854,90 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/645 saylı, 22 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Xəzər rayonu, Albalılıq yaşayış sahəsi, ev 3, mənzil 277 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 2854,90 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02770) dair əsassız hesablanmış 2854,90 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1397/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1397/2023
10.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver