Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1398/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş aktın ləğvi və akt əsasında tətbiq edilmiş cəmi 1180 manat məbləğində hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı ərizə təqdim edərək, 1333,20 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar 326C ünvanında bağ evi vardır, cavabdehin nümayəndələri tərəfindən bağ evinə quraşdırılmış sayğaca baxış keçirilmişdir, baxış zamanı guya qaz sayğacından kənar xətlə istifadə etdiyini bildirmişlər, onun iştirakı olmadan akt tərtib edilmiş, abonent koduna güya təbii qazdan qeyri-qanuni istifadəyə görə 1333,20 manat borc yazılmışdır, cavabdehə yazılı və şifahi müraciət etsə də, cavabdeh buna məhəl qoymamışdır, heç bir nəticə olmamış, hesablanmış borc silinməmişdir, tutulma dayandırılmamışdır, həmçinin borcun silinməsi barədə əvvəl də məhkəməyə müraciət etmişdir, qətnamə çıxmışdır, bu borcdan 4316 manat silinmişdir, bu mübahisə gedən dövrdə yenidən hesabına borc yazılmışdır, hazırda silinməsini istədiyi borc həmin, o 2021-ci ildə məhkəməyə müraciət etdikdən sonra – 2021-ci ilin dekabr ayında hesaba yazılmışdır, silinən borc həmin məbləğə daxil deyildir, hazırda 2021-ci ilin dekabr ayında 11880 m3 uyğun hesablanmış 1333,20 manat borcun silinməsini istəyir, əvvəl ərizəsində yanlışlıqla kubu yazmışdır, bu səbəbdən ərizə təqdim edərək, kuba uyğun yazılmış borcun silinməsini istəyir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qanunsuz qeyri-qanuni xətlə istifadə etdiyi aşkar edilmişdir, qətnamə çıxan dövrdə də bu hal yenidən aşkar olunmuş, bu barədə yeni akt 2021-ci ildə tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin akt əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda da həmin borc iddiaçıdan tələb olunur, akt əsaslıdır. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 dekabr 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 25 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25 dekabr 2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 11880 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB istehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, İddiaçı məxsus Maştağa qəsəbəsi, 326 C saylı bağ evinə - mənzilə baxış keçirilmiş, heç bir qeyri-qanuni birləşmə aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-441/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi fərdi yaşayış evi üzrə (abonent kodu **********00003) İddiaçı hesablanmış 4640,50 manat məbləğində borcun silinməsi, 66,40 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspert tədqiqatının dəyəri kimi hesablanmış 102 manat məbləğində xərcin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi üzrə **********00003 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı və xx.xx.2020-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması (sayğacdan kənar xətt vasitəsilə istifadə edilmə) barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 14880 m3 , xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 8856 m3 və xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 22680 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində 2021-ci ilin oktyabr ayında ümumilikdə 4640,50 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 6963/2022 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-441/2022 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi fərdi yaşayış evi üzrə (abonent kodu **********00003) İddiaçı hesablanmış 4316,50 manat məbləğində borc silinməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində 2021-ci ilin oktyabr ayında ümumilikdə 4640,50 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********40000 saylı abonent hesabına 11/2021-ci il tarixi üzrə ayın sonuna borc 4640,50 manat borc olmuşdur, “Qalıq və aktlar” əsasında 12/2021-ci il tarixdə 1333,20 manat borc yazılmışdır, 12/2022-ci il tarixdə 4316,50 manat borc hesabdan silinmiş, ay sonuna 1657,20 manat borc qalmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 dekabr 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, akta əsasən itirilmiş qazın bərpası üzrə 12/2021-ci il tarixinə 1333,20 manat borc iddiaçının **********00003 saylı abonent hesabına yazılmışdır, hazırda həmin məbləğ ondan tələb edilir, həmçinin abonentin 11/2021-ci il tarixi üzrə ayın sonuna borcu 4640,50 manat borcu olmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6963/2022 saylı qətnaməsinə əsasən, həmin borcdan 4316,50 manat silinmiş, 324 manat borc saxlanmışdır, xx.xx.2023-cü il tarixi üzrə abonentin ay sonuna borcu 1657,20 (1333,20+324) manat olmuşdur. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq akt əsasında hesablanmış 1333,20 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00003) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1333,20 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 33,33 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00003 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1333 (min üç yüz otuz üç) manat 20 (iyirmi) qəpik borc silinsin. Cavabdehndən 33 (otuz üç) manat 33 (otuz üç) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1398/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1398/2023
08.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver