Məhkəmə qərarları › İş №2(011)-1400/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1400/2023

19.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1400/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdı ərizəçinin iki əkiz uşağı anadan olmuşdur: qızı X6 və oğlu X7. Təxminən uşaqları yaş yarım olanda, yəni 2005-ci ildə qızının qardaşından inkişafda geri qaldığını gördü. Həkimlərə müraciətlərindən sonra məlum oldu ki, uşaq həm fiziki, həm də əqli cəhətdən zəifdir. Dəfələrlə yerli həkimlərə müraciət etmişdir, hətta uşağı müalicə üçün xaricə də aparmışdır, amma heç bir nəticə olmamışdır. Yetkinlik yaşına çatdıqdan sonra ərizəçi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Tibb-Sosial Komissiyasının müayinə üçün müraciət etdi və onlar tərəfindən verdiyi məlumat aktına əsasən, uşağa birinci dərəcəli əlillik və 100 faiz orqanizminin funksiyalarının pozulması təyin edilmişdir. Ərizəçi X1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 200992 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Ərizəçi, anası X5r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə bildirişdən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 1-ci dərəcəli əlildir. Onun diqanozu başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya, baş beynin üzvi xəstəliyi nəticəsində yaranan ağıl zəifliyi, kobud nitq və davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcalma müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 656 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X3 epilepsiya xəstəliyi nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində oliqovreniya) aşkar olunur. xx.xx.2004-cü il təvəllüdlü X2 öz hərəkətlərinin mənası dərk etmək və onları şüürlu idarə etmək iqtidarına malik deyil. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, X6 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə xx.xx.2004-cü il təvəllüdlü X2 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixində ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə xx.xx.2004-cü il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar