Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-141/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu 2-ci Mədən ərazisində yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarında qazdan sayğacdan kənar istifadəyə görə 2021-ci il üçün 1272.96 manat, 2022-ci il üçün 1883.52 manat, cəmi 3156.48 manat əsassız borc yazılmışdır. Qeyd edilən tarixlərdə tərtib olunmuş aktların heç biri onun yaşadığı ünvana yazılsa da, aktlarda onun adı deyil digər şəxs Etibar İsmayılovun adına rəsmiləşdirilmişdir. Qeyd edilən borc məbləği onun **********00050 saylı istehlakçı koduna borc kimi qeyd edilmişdir. Bundan sonra o cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasını soruşanda, cavabdeh aktları təqdim edərək, təbii qazdan sayğacdan kənar istifadə etməklə istifadəyə görə hesablandığını bildirmişlər. Məlumat üçün bildirir ki, aktlar onun adına deyil, digər şəxs Etibar İsmayılovun adına tərtib edilmiş və borc məbləği heç bir əsas olmadan onun onun istehlakçı koduna qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilən zaman onun iştirakı təmin edilməmişdir. Həmin aktlar özbaşına tərtib edilmiş aktlardır. Odur ki, məsələnin ciddi araşdırılması məqsədilə onun məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən müəyyən edilmiş ümumilikdə 2073 manat 60 qəpik cərimə pulu əsassız olduğu üçün silinməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən onun **********00050 saylı istehlakçı hesabına əsassız hesablanmış 3156 manat 48 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, onun tərəfindən sayğacdan kənar müvəqqəti istifadə olunmuşdur, lakin hər ay tərəfindən ödənişər edildiyindən, bu qədər borcun yazılması mümkün deyildir. Sayğacdan kənar istifadə nəticəsində işlətdiyi qazın dəyəri ondan hər dəfə tutulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, X1 (abonent kodu: **********00050) 2022-ci il üçün 3156,48 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021 tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında qaz sayğacına (abonent kodu: **********00050) baxış keçirilmiş və “abonent sayğacsız təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında qaz sayğacına (abonent kodu: **********00050) baxış keçirilmiş və “abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında qaz sayğacına (abonent kodu: **********00050) baxış keçirilmiş və “abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında qaz sayğacına (abonent kodu: **********00050) baxış keçirilmiş və “abonent sayğacsız təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında qaz sayğacına (abonent kodu: **********00050) baxış keçirilmiş və “abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında qaz sayğacına baxış keçirilmiş və “abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında qaz sayğacına baxış keçirilmiş və “abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan iddiaçı X1 məhkəməyə ünvanladığı 24 avqust 2023-cü il tarixli ərizədən görünür ki, kirayə qalan şəxs 3 ay müddətində kənar xəttdən istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8837 saylı, 28 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən məhkəməyə təqdim olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlarda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olubolmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4176 saylı, 10 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən məhkəməyə təqdim olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlarda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olubolmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7304 saylı, 09 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd edilmişdir ki, məhkəməmühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Abonent İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert-mühasibin xüsusi biliyi xaricindədir. Abonentin saldosu məlumatlarının və tərtib olunmuş aktların (2022-ci ilin mart ayı üzrə 2952 m3) doğruluğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, 2021-ci ilin dekabr ayı üzrə 11232 m3, 2022-ci ilin yanvar ayı üzrə 2952 m3, 2022-ci ilin fevral ayı üzrə 2952 m3, 2022-ci ilin mart ayı üzrə 2952 m3, 2022-ci ilin aprel ayı üzrə 2952 m3, 2022-ci ilin may ayı üzrə 1944 m3, 2022-ci ilin iyun ayı üzrə 1944 m3 sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış 3156,48 manat məbləğində borcun riyazi hesablamalarla doğruluğu müəyyən edil`mişdir. İş materiallarında olan “Zenner Smart sayğaca olan ödənişlər” cədvəlindən görünür ki, Fərrux Ağamalıyev tərəfindən (abonent kodu:**********0005) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə təbii qazdan istifadəyə görə 425 manat vəsait ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qanunun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında (abonent kodu:**********0005) qaz sayğacından bir neçə ay müddətində kənar xətt vasitəsilə təbii qazdan istifadə olunmuşdur. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və iddiaçıya ümumilikdə 3156,48 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qaz xəttindən istifadə nəticəsində aylıq sərfiyyatın müəyyən edilməsi və sayğacdan kənar qaz xəttindən istifadə nəticəsində hesablanmış 3156,48 manat borcun doğruluğunun müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7304 saylı, 09 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, abonent İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert-mühasibin xüsusi biliyi xaricindədir. Abonentin saldosu məlumatlarının və tərtib olunmuş aktların (2022-ci ilin mart ayı üzrə 2952 m3) doğruluğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, 2021-ci ilin dekabr ayı üzrə 11232 m3, 2022-ci ilin yanvar ayı üzrə 2952 m3, 2022-ci ilin fevral ayı üzrə 2952 m3, 2022-ci ilin mart ayı üzrə 2952 m3, 2022-ci ilin aprel ayı üzrə 2952 m3, 2022-ci ilin may ayı üzrə 1944 m3, 2022-ci ilin iyun ayı üzrə 1944 m3 sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış 3156,48 manat məbləğində borcun riyazi hesablamalarla doğruluğu müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, xx.xx.2022 – xx.xx.2023-cü il tarixlər ərzində iddiaçı tərəfindən qaz sərfiyyatına görə 390 manat ödənilmişdir (10+13+10+10+12+100+80+40+5+110=390), ondan borca görə 50%, yəni 195 manat məbləğində tutulmalar olmuşdur. Eyni zamanda iş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən müəyyən edilir ki, 30 dekabr 2021-ci il tarixdə hesabat müddəti 90 gün, 31 yanvar 2022-ci il tarixdə 30 gün, 28 fevral 2022-ci il tarixdə 30 gün, 31 mart 2022-ci il tarixdə 30 gün, 29 aprel 2022-ci il tarixdə 30 gün və 31 may 2022-ci il tarixdə 30 gün qəbul edilməklə (ümumilikdə 240 gün) itirilmiş qazın bərpası üzrə hesabat aparılmışdır. Həmin tələbnamələrdə qaz işlədiciləri sırasında PQ4 və QSQ-dən istifadəyə görə hesabat aparılsa da, iddiaçıya məxsus abonent saldosundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında yalnız 4 gözlü qaz plitələri (PQ-4) istifadə olunmuşdur. Beləliklə, həmin materiallar üzrə iddiaçının orta hesabla aylıq sərfiyyatı (195:12=16,2; 240:8=30: 16,2x8=129,6) 129,6 manat müəyyən edilir, cavabdeh tərəfindən iddiaçının qaz sərfiyyatından istifadəyə görə ödənişlərindən borca görə 195 manat tutulmalar olmuşdur. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh tərəf iddiaçının yaşadığı evə dair hesablanmış 3156,48 manat məbləğində borcun əsaslı olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 3156,48 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 51,57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında (abonent kodu: **********00050) dair əsassız hesablanmış 3156,48 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 51,57 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-141/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-141/2023
20.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver