Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-142/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan ünvan 1 ünvanına dair qaz sərfıyyatına görə tərtib edilmiş edilmiş xx.xx.2023-cü il tarixli, ******* №-li aktın və xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin aktlar əsasında abonent hesabına əsassız yazılmış 6.687,46 manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı dövlət təqaüdçüsüdür, heç yerdə işləmir, dövlət tərəfindən verilən aylıq pensiya ilə bir təhər dolanır. X1 17 avqust 2011-ci ildə vəfat etmişdir, oğlu X3 ruhi-əsəb xəstəsidir, 2 (iki) dəfə Maştağada müalicə olunub, iddiaçının himayəsində yaşayır. Təxminən 2023-cü ilin fevral ayında evlərində aid olan, evdən kənarda küçədə quraşdırılmış köhnə qaz sayğacı Cavabdeh İB-nin işçiləri tərəfindən çıxarılıb aparılmış, yerində təzə sayğac quraşdırılmışdır. Yeni quraşdırılmış qaz sayğacından qaz sızdığı üçün hər hansı təhlükə olacağından qorxduğuna görə qaz nəzarətçilərinə öz iradını bildirdi, lakin oğlunun irad bildirməsi qaz işçilərinin xoşuna gəlmədi, aralarında söz-söhbət düşdü, nəhayət təxminən iki ay sonra həmin qaz sayğacı dəyişdirilərək başqa sayğacla əvəz edildi. 2023-cü ilin noyabr ayında o qaz sərfıyyatına görə abonent kartına pul ödədi, bir-neçə gün keçməmiş gördü ki, qaz qurtardı. O, yenə karta pul yüklədi, bir-neçə gün sonra gördü ki, yenə qaz qurtardı. Bu qaydada müxtəlif vaxtlarda bir neçə dəfə karta pul ödəyərək gördü ki, nəsə qaz tez qurtarır. Qonşulardan, qaz işçilərindən maraqlandı, dedilər ki, yəqin qaza görə borcu var, ona görə də 2023-cü ilin noyabr ayında o qaza görə 20 manat ödədi, 2023-cü ilin dekabr ayında 50 manat ödədi, 2024-cü ilin yanvar ayında 75 manat ödədi, 2024-cü ilin fevral ayında 80 manat ödədi, 2024-cü ilin mart ayında 40 manat ödədi, lakin, gördü ki, heç bir xeyri yoxdur, qısa müddətdə qaz qurtarır, qaz sərfıyyatına görə ödədiyi məbləğlər kart hesabından ondan xəbərsiz əsassız olaraq silinir, bu azmış kimi son vaxtlar onun pensiyasından xəbəri olmadan qaza görə pul tutmağa başlayıblar. Vəziyyəti belə görüb o bir neçə gün əvvəl, yəni 12 mart 2024-cü il tarixdə qaz sərfiyyatına görə ödədiyi pulların hansı səbəbdən tez zamanda silindiyini, qazın kəsildiyini və evinə gələn qazın nədən tez qurtarmasını araşdırmaq üçün Binəqədi Qaz İdarəsinə getdi, oradan ona 28 fevral 2023-cü il tarixli və 29 aprel 2023-cü il tarixli iki ədəd aktın surətlərini, 2 (iki) ədəd “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətlərini və qaz sərfıyyatı barədə abonent saldosundan çıxarışı verdilər. Həmin aktları evdə nəvəsinə oxutduranda məlum oldu ki, güya evinə aid olan küçədə quraşdırılmış köhnə qaz sayğacları Cavabdeh işçiləri tərəfindən çıxarılıb aparılmışdır, bu barədə onun xəbəri və iştirakı olmadan birtərəfli 28 fevral 2023-cü il tarixdə və 29 aprel 2023-cü il tarixdə birtərəfli aktlar tərtib edilmişdir ki, güya “mənzilə baxış keçirilən zaman abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır”. Sonra da, laboratoriyada onun xəbəri, iştirakı olmadan sayğaca baxış keçirilmişdir. Həmin aktlar uzun müddət ondan qəsdlə gizlədilmiş, kartından ödədiyi pullar əsassız olaraq ondan xəbərsiz silinmişdir. O, qoca-ağbirçək, dul qadındır, himayəsində ruhi-əsəb xəstəsi olan oğlu var, onun özü və ailəsi də onun himayəsindədir, dövlət tərəfindən verilən pensiya ilə güc-bəla ilə birtəhər özünü və onları dolandırır. Qeyd edilən qaz sayğacı küçədə quraşdırılmışdır. Cavabdeh İB-nin qaz işçiləri istədikləri vaxt qaz sayğacına baxırlar, yazırlar-pozurlar, nə edirlər özləri bilirlər. Həmin aktları qaz idarəsinin işçiləri onun xəbəri, iştirakı olmadan birtərəfli qaydada tərtib etmişlər, ona görə də Cavabdehın tərtib etdiyi 28 veral 2023-cü il tarixli və 29 aprel 2023-cü il tarixli həmin aktlar, həmin aktlar əsasında tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə”lər hamısı əsassızdır, onun xəbəri və iştirakı olmadan birtərəfli qaydada tərtib edilmişdir, məqsəd ondan oğlunun (güya, ruhi-əsəb xəstəsi olan oğlu qaz nəzarətçiləri ilə kobud rəftar edib) qisas almaq, ailəni qazsız qoymaq və ondan əsassız yerə pul qopartmaqdır. Əgər o doğru demirsə, nəyə görə aktları tərtib edəndə onun iştirakını təmin etməyiblər. Hansı səbəbdən onun evinə aid olan küçədə quraşdırılmış köhnə qaz sayğaclarına laboratoriyada baxış keçirilən zaman nə üçün onu dəvət etməyiblər, nə üçün onun iştirakı ilə həmin sayğaclara baxış keçirməyiblər? Cavabdeh tərəfindən onun xəbəri və iştirakı olmadan tərtib edilmiş həmin aktlar etibarsız hesab edilməlidir və həmin aktlar əsasında onun abonent hesabına yazılmış 6.687,46 manat məbləğində əsassız borc etibarsız hesab edilməklə onun abonent hesabından silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, onun ünvanında müvəqqəti olaraq qısa müddətdə - təqribi 1 gün rezin boru vasitəsilə kənar xətdən istifadə edilmişdir. Kənar xətti oğlu çəkib. Oğlu əsəbidir, xəstəlikdən əziyyət çəkir. Qaz kəsildiyindən, hirslənib kənar xətt çəkmişdir. Yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi, 1 ədəd iran peçi və 1 ədəd su qızdırıcısı vardır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan kənar qeyri-qanuni istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 4.320 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan kənar qeyri-qanuni istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 42.336 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan kənar qeyri-qanuni istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan kənar qeyri-qanuni istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan kənar qeyri-qanuni istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.944 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir. İş materiallarında olan İddiaçı məxsus **********00040 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin fevral ayı üzrə 5.299,57 manat, 2023-cü ilin mart ayı üzrə 233,28 manat, 2023-cü ilin aprel ayı üzrə 233,28 manat, 2023-cü ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 233,28 manat borcu mövcud olmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və iddiaçıya dəymiş ziyan olaraq 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək 5.999,41 manat məbləğində borc hesablanmışdır. İddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəflərin izahatlarını və işin digər hallarını araşdıraraq müəyyən edir ki, iddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd su qızdırıcısı və 1 ədəd qızdırıcı radiator peçi aiddır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd su qızdırıcısı üçün 1,5 m3 saatlıq qaz sərfi və 1 ədəd radiator peçi üçün üçün 2 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Cihazlar üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 5.076 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3, 12x90x1,5 m3=1.620 m3, 12x90x2 m3=2.160 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 609,12 manat təşkil edir (Sərfiyyat olan 5.076 m3 üçün 0,12 qəpik məbləğindən hesablanmaqla 609,12 manat məbləği). Məhkəmə qeyd edir ki, hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır, 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə - faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xəttinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur. Məhkəmə hesab edir ki, 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 5.999,41 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hesablanmış 5.999,41 manat borcun 609,12 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 5.390,29 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 73,91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00040) İddiaçı 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hesablanmış cəmi 5.999,41 (beş min doqquz yüz doxsan doqquz manat qırx bir qəpik) manat borc məbləğinin 5.390,29 (beş min üç yüz doxsan manat iyirmi doqquz qəpik) manat hissəsi abonentin borc hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. 73,91 (yetmiş üç manat doxsan bir) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva