Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1434/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X2, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi fılialını maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi fılialını ərizə ilə məhkəməyə müraciət edərək 20.09.1974-cü il tarixində qeydə alınmış ******* saylı əmək kitabçasının eyni şəxsə (xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ermənistan Respublikası, Masis rayonu, Dəmirçi kəndində anadan olmuşdur. Həmin zaman ona doğum haqqında şəhadətnamə verilsə də, qaçqın düşdüyü zaman qarışıqlıq vəziyyətində itmişdir. Bundan sonra AR vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etsə də, doğum tarixi XX.XX.1959-cu il kimi qeyd olunmuşdur. Bununla bağlı olaraq xx.xx.1956-cı il tarixində Ermənistan Respublikası, Masis rayonu, Dəmirçi kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində soyad qrafasında “Hüseynova”, ad qrafasında “Gülnar”, ata adı qrafasında “Hüseyn qızı”, doğum tarixi “xx.xx.1956-cı il”, doğulduğu yer “Ermənistan Respublikası, Masis rayonu. Dəmirçi kəndi”, ata qrafasında “X5”, ana qrafasında “X3”, milliyəti “azərbaycanlı” qeyd edilməsinə dair qətnamə qəbul edilməsi üçün Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(011)- 5626/2021 saylı, 03.08.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuşdur. Qətnamədən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya almaq hüququnun realizə edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, lakin 13.12.2021-ci il tarixli, **********2 saylı məktubla ona məxsus olan əmək kitabçasında ad, soyad, ata adında düzəliş olunduğu üçün pensiya təyin edilməsi mümkün olmamış, əmək kitabçasının ona məxsus olmasını məhkəmə qaydasında təsdiq olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Halbuki, sözü gedən əmək kitabçası ona məxsusdur və çalışdığı illər də məhz əmək kitabçasında öz əksini tapmışdır. Hal-hazırda pensiya hüququndan istifadə edə bilmir, hüququnun realizə edilməsi zamanı maneələrlə rastaşır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi fılialının nümayəndəsi Nümayəndə ərizəyə etiraz edərək göstərmişdir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Ərizəçi G.H,Hüseynova yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin təqdim edilmiş əmək kitabçasında qeyd edilmiş soyad və ata adında düzənş olunduğu üçün müraciətin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, alasının adı və ya soyadı onıın şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ila düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, sıyası partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. Bu səbəbdən G.H,Hüseynova əmək kitabçasının ona məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. İmtina qanuni və əsaslı olmuşdur. Belə ki, Ərizəçi tərəfindən təqdim olunmuş əmək kitabçasına düzəlişlər olduğu görünür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilsə belə, müvafiq düzəlişlər Ərizəçi tərəfindən təqdim olunmuş əmək kitabçasının həqiqiliyinə əsaslı sübhə varadır. Ərizəçi ərizəsində qeyd etmişdir ki. o xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası Masis rayonu Dəmirçi kəndində anadan olmuş, bu zaman ona doğum haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnamənin qaçqın düsdüvü zaman qarışıqlıq vəziyyətində itdiyini, bundan sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etsə də, doğum tarixinin XX.XX.1959-cu il kimi qeyd edildiyini iddia edir. Həmçinin bununla bağlı Xətai Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli 2(011)- 5626/2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Lakin, əmək kitabçasında ərizəçinin doğum tarixi 1959-cu il tarix qeyd edilmişdir, əmək kitabçası 20.09.1974-cü il tarixdə acılmışdır, Ərizəçi ərizədə qeyd etdiyi kimi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əlda etdikdən sonra vəsiqədə 1959-cu il tarix (ərizəçi xx.xx.1956-cı il tarixdə doğulduğunu iddia edir) qeyd edildiyini nəzərə alınsa, demək, əmək kitabçası sonradan doldurulmuşdur. Bu hal əmək kitabcasındakı qeydlərin hansı sənədlər əsasında sonradan yazılması sualını varadır. Beləliklə də, əmək kitabcasındəkı qeydlərin mötəbərliyini sübhə altına salır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli 03 saylı qərarının 2.1 -ci bəndində qeyd olunur ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində otma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiva təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır". Ərizəçi əmək kitabçasının ona məxsusluğu faktını pensiya təyinatı ucun tələb edir. Bu səbəbdən qərarda qeyd olunduğu kimi pensiya və sosial muavınət haqqında uanuıwericilik rəhbər tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin əsassız olduğunu nəzərə alıb rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəyə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli 2(011)-5626/2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barəsində ərizəsi təmin edilərək, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Dəmirçi kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməsi, Ərizəçi doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında atası “X5”, milliyyəti “azərbaycanlı”, anası “X3”, milliyyəti “azərbaycanlı” kimi qeyd edilməsi qət olunmuşdur. Həmin məhkəmə baxışı zamanı təqdim olunmuş AZE seriyalı, 07605328 saylı şəxsiyyət vəsiqəsində ərizəçinin doğum tarixi XX.XX.1959-cu il kimi qeyd edilmişdir. Hazırki iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1956-cı il kimi qeyd edilmişdir. İş materiallarında olan Ərizəçi adına 20.09.1979-cu il tarixdə açılmış AZE seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, ərizəçinin adı, atasının adı və soyadı olduğu kimi, doğum tarixi isə 1959-cu il olaraq qeydə alınmışdır. Əmək kitabçasında olan qeydlərdən görünür ki, Ərizəçi sonuncu dəfə 01.03.2003-cü il tarixdə Nizami rayonu 12 saylı orta məktəbə texniki işçi vəzifəsinə işə qəbul olunmuş, 01.12.2006-ci il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi fılialının 13.12.2021-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, ərizəçinin yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1 -ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığoıtaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Müraciətlə əlaqədar bildirilir ki, təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş soyad və ata adında düzəliş olunduğu üçün əmək kitabçasının ona məxsus olduğu məhkəmə qaydasında təsdiq olunduqdan sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının MPM-nin 307.2 və 307.2.5-ci maddələrinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli 03 saylı qərarının 6 -cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 20.09.1979-cu il tarixdə açılmış AZE seriyalı, ******* saylı əmək kitabçasında ərizəçinin soyadı, adı və atasının adı, ərizəçiyə məxsus olan AA******* saylı şəxsiyyət vəsiqəsində olduğu kimi, kiril əlifbası ilə, 1-ci səhifədə “Гусейнова Гюльнар Гусейн г.”, 41-ci səhifəsində isə “Ərizəçi q.” Kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Ərizəçi əmək kitabçasında göstərilən adı, atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməsi faktı müəyyən edilmədiyinə görə ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi fılialını maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1434/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1434/2022
19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver