Məhkəmə qərarları › İş №2(011)-1456/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1456/2021

19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1456/2021 19.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72502 X1 8 markalı telefon, Xiaomi Redmi markalı Airdots üçün 606,2 manat ödənilməmiş hissə, 60,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Xiaomi Redmi markalı Airdots üçün 116,4 manat ödənilməmiş hissə, 11,6 manat cərimə, ümumilikdə 795 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ kodu **********72502 X1 8 markalı telefon, 3 ədəd Xiaomi Redmi markalı Airdots almış və nəticədə 795 manat borcu yaranmışdır, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 661,2 manat (12 ay x 55 manat 10 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********72502 X1 8 markalı telefon, Xiaomi Redmi markalı Airdots üçün ümumilikdə 667 manat olmaqla ondan 606,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60,8 manat cərimə pulu borcu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140,4 manat (6 ay x 23 manat 40 qəpik + 0 manat ilkin ödəniş) olan 2 ədəd Xiaomi Redmi markalı Airdots üçün ümumilikdə 128 manat olmaqla ondan 116,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11,6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 79 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01160926 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxx” İMEİ kodu **********72502 X1 8 markalı telefon, Xiaomi Redmi markalı Airdotsu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20024832 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxx” 2 ədəd Xiaomi Redmi markalı Airdotsu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 606,2 manat, cərimə borcu 60,8 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 667 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 116,4 manat, cərimə borcu 11,6 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 128 manat, cəmi ödənilməmiş məbləğ 795 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, 2 ədəd Xiaomi Redmi markalı Airdots Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, 2 ədəd Xiaomi Redmi markalı Airdots Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, «xxxx» MMC ilə Cavabdeh arasında İMEİ kodu **********72502 X1 8 markalı telefon, 3 ədəd Xiaomi Redmi markalı Airdotsa dair xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 606,2 manat, cərimə borcu 60,8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 116,4 manat, cərimə borcu 11,6 manat olmaqla, ümumilikdə 795 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72502 X1 8 markalı telefon, Xiaomi Redmi markalı Airdots üçün 606,2 manat ödənilməmiş hissə, 60,8 manat cərimə pulu borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Xiaomi Redmi markalı Airdots üçün 116,4 manat ödənilməmiş hissə, 11,6 manat cərimə, ümumilikdə 795 manat borc Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72502 X1 8 markalı telefon, Xiaomi Redmi markalı Airdots üçün 606,2 manat ödənilməmiş hissə, 60,8 manat cərimə pulu borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Xiaomi Redmi markalı Airdots üçün 116,4 manat ödənilməmiş hissə, 11,6 manat cərimə, ümumilikdə 795 (yeddi yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar