Məhkəmə qərarları › İş №2(011)-1479/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1479/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1479/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********57292 olan Xiaomi Redmi 7 markalı telefon üçün 101 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcu, ümumilikdə, 111 manat borc, 20 manat dövlət rüsumu, cəmi 121 manat cavabdeh Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 19.01.2021-ci il tarixdə İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh borc öhdəliyini yerinə yetirdiyi üçün iddia ərizəsinin baxılmamış saxlanması və sənədlərin geri qaytarımasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarıması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə ərizəni iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalı və əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar