Məhkəmə qərarları › İş №2(011)-1482/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1482/2022

31.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1482/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın cavabdehlərlə bölüşdürülərək payların müəyyən edilməsi, paylara mütənasib olaraq vərəsəlik şəhadətnaməsinin verilməsi və paylara mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir., İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X18 20 may 2009cu ildə vəfat etmişdir. Onun miras əmlakı cavabdehlər və iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, lakin qanunvericilkdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18, 56 nömrəli mənzildə iddiaçının mərhum həyat yoldaşı X4 1/6 payı müəyyən edilərək açıq saxlanılmışdır. İddiaçı qeyd edir ki, mərhum həyat yoldaşının payının ona keçməsi barədə Cavabdeh3 ilə mübahisə yaranmışdır. Cavabdehlər müxəlif bəhanələr gətirərək notariusa getməkdən imtina edirlər və ixtilaflar hələ də davam edir. Ona görə də iddiaçı məhkməyə müraciət edərək miras əmlakın qanunvericiklə nəzərdə tutulmuş qaydada bölüşdürülməsi və paylara mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət edib. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X3 və X5 cavabdeh qismində cəlb edilməsini, eyni zamanda Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18, 56 nömrəli mənzilə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakda 1/18 hissədə özünün, 1/18 hissədə cavabdeh X3, 1/18 hissədə isə X5 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh X19 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18, 56 nömrəli mənzildə atası və anası ilə birlikdə yaşayırdı. Atası rəhmətə getdikdən sonra babası da rəhmətə gedib. Babasından qeyd edilən əmlak miras qalmışdır. Babası rəhmətə getdikdən sonra 3 əmisi miras əmlakın bölgüsü ilə bağlı iddia qaldırmış və onların payları müəyyən edilmişdir. Lakin atasının vərəsələri kimi anası, yəni İddiaçı, özünün və qardaşı, yəni digər cavabdeh X6 payı müəyyən edilməmişdir. O hal-hazırda həmin ünvanda anası və qardaşıyla qaldığını bildirdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, atasının 6 övladı var: 4 oğlan iki qız. Atası rəhmətə gedəndən sonra qardaşı Əhmədov Tərlan da rəhmətə gedib. Miras əmlakda 1/6 hissədə özünün, 1/6 hissədə Cavabdeh2, iki bacısı öz paylarından imtina etdiyi üçün 3/6 hissədə Cavabdeh1 payı müəyyən edilmiş, ancaq qardaşı X4 payı olan 1/6 hissə isə açıqda qalmışdır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə digər sübutları təhlil edərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki iş üzrə təqdim edilmiş sübutlardan aşağıdakılar müəyyən edilir: - AZ-İ seriyalı 365354 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2009-cu il tarixində ölmüşdür. - AZ-İ seriyalı 195886 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 xx.xx.2006-ci il tarixində ölmüşdür. - AZ-İ seriyalı 507219 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixində ölmüşdür. - Vİ-ЖГ seriyalı, 497741 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 ilə X13 xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Çıxarışın sürətindən görünür ki, ünvan 2ənzilin 1/6 hissəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh2 adına , 1/6 hissəsi xx.xx.2013-cü ildə Cavabdeh1 adına, 1/6 hissəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh3 adlarında daşınmaz əmlakın dövlət reyestrində 1932 nömrəli reyestr kitabının 178295 nömrəli vərəqində qeydiyyat alınmışdır. Yerdə qalan 1/6 hissə isə qeydiyyata alınmamışdır. - AR Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 201 nömrəli məktubundan görünür ki, mərhum X7 ünvan 2ənzildən ayrılmış 1/6 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən olunmuş müddətin buraxıldığına görə mümkün olmamışdır. - Azərbaycan Respublikası Bakı şəhri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 89 saylı MKİS-in verdiyi arayışdan görünür ki, X20 vəfat etdiyi günə, yəni xx.xx.2009-cu ilə qədər ünvan 2ənzil ünvanında aşağıdakı ailə üzvləri ilə birgə qeydiyyatda olmuş və yaşamışdır: oğlu Cavabdeh3, Cavabdeh2, gəlin X21, İddiaçı, X10, nəvə X22, X19 və X14. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X19, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.1973-cü il təvəllüdlü X21, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1998-ci il təvəllüldü X22, xx.xx.1990-cı il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X23, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-2937/13 nömrəli xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X24 ilə X12 xx.xx.1938-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1963-cü il təvəllüdlü X25, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1965-ci il təvəllüdlü X26, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1976-cı il təvəllüdlü X27, xx.xx.1971-ci il təvəllüdlü X18 dünyaya gəlmişdir. X24 xx.xx.2006-cı ildə vəfat etmişdir. X12 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X18 ilə İddiaçı xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1998-ci il təvəllüdlü X22, xx.xx.2000-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. X18 xx.xx.2009-cu il tarixdə rəhmətə getmişdir. - xx.xx.1963-cü il təvəllüdlü X25, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1965ci il təvəllüdlü X26, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1976-cı il təvəllüdlü X27, xx.xx.1971-ci il təvəllüdlü X18 və X2 Nazim Şirəli oğlunun birinci növbəli vərəsələridir. - xx.xx.1998-ci il təvəllüdlü X22, xx.xx.2000-ci il təvəllüdlü X19 və İddiaçı X4 birinci növbəli vərəsələridir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3144/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 18 saylı evin 56 nömrəli mənzilinə əmlakı qəbul edilməsi faktı müəyyən edilmiş və Cavabdeh1 həmin mənzilə 1/6 hissədə payı müəyyən olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-675/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək bacıları X28 və X26 miras əmlaka olan paylarından qardaşı Cavabdeh1 xeyrinə imtina etdiklərindən Cavabdeh1 həmin mənzilə 3/6 hissədə payı müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2689/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 Şahin oğlunun Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 18 saylı evin 56 nömrəli mənzilə dair miras əmlakı qəbul etməsi faktı müəyyən edilmiş və həmin mənzilə 1/6 hissədə payı müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18, 56 nömrəli mənzil mülkiyyət hüququ üzrə X11 məxsus olmuşdur. X24 xx.xx.2006-ci ildə, X12 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-2689/2013 saylı qətnaməsinə əsasən birinci növbəli vərəsə Cavabdeh3 miras əmlakı qəbul etməsi faktı təsdiq olunmuş, mənzilə dair 1/6 hissədə payı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(103)-675/2013 saylı qətnaməsi ilə Cavabdeh1 miras əmlakı qəbul etməsi faktı təsdiq olunmuş, mənzilə dair 3/6 hissədə payı müəyyən edilmişdir. ünvan 2ənzilin 1/6 hissəsinə Cavabdeh2 adına, 3/6 hissəsinə Cavabdeh1 adına, 1/6 hissəsinə Cavabdeh3 mülkiyyət hüququ dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. X1 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X18 rəhmətə gedənə qədər qeyd edilən miras əmlakda həyat yoldaşı İddiaçı və onların iki övladları X22 və X19 ilə birlikdə yaşamış, əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X18 vəfat etdiyindən İddiaçı və onun iki övladı X15 və X6 vərəsəlik hüququ yaranmışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi mənzil istismar idarəsinin arayışı, kommunal ödənişləri barədə qəbzlər, eyni zamanda Cavabdeh3 izahatı və digər sənədlərlə sübut olunur ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilməklə Miras əmlak Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 18 saylı evin 56 nömrəli mənzilinə İddiaçı 1/18 (on səkkiz də bir), cavabdeh X6 1/18 (on səkkiz də bir), cavabdeh X3(on səkkiz də bir) hissədə vərəsəlik payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə, bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18, 56 nömrəli mənzilinə dair miras əmlakı qəbul etməsi faktı müəyyən edilisn. Miras əmlak Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 18 saylı evin 56 nömrəli mənzilə İddiaçı 1/18 (on səkkizdə bir), cavabdeh X6 1/18 (on səkkizdə bir), cavabdeh X3 (on səkkizdə bir) hissədə vərəsəlik payı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar