Məhkəmə qərarları › İş №2(011)-149/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-149/2022

02.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-149/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən və mənzildən çıxarılması, onun faktiki sahibliyinə verilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən və mənzildən çıxarılması, onun faktiki sahibliyinə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum olunmuşdur. Belə ki, X7 tərəfindən sözügedən ünvandakı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ona borclu olduğu 110000 manat qarşılığında verilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, X7 və qardaşları Rauf, Rüfət və Üzeyir Şirməmmədovlar borc adı ilə ondan 234.000 ABŞ dolları götürmüş və sonradan qaytarmaqdan qərəzli olaraq imtina etmişlər. Borcu qaytarmamaq və onu qorxutmaq üçün kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adından istifadə edərək uşaqlarını oğurlatmaqla hədələyirdilər. Onların bu qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. İdarəyə çağırılan həmin şəxslər təqsirlərini etiraf etməklə ona dəyən zərəri ödəmişlər. Natiq Şirməmmədovun ona olan borcunu vermək üçün nəğd 138.000 ABŞ dolları olmadığı üçün, ona məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evini borc əvəzi kimi verməsi üçün Baş İdarəyə müraciət etmişdir. Fərdi yaşayış evi 2008-ci il tarixdə tikilməsinə baxmayaraq ona mülkiyyət hüququ alınmadığına görə xx.xx.2018-ci il tarixdə X8 və həyat yoldaşı Rahilə Tanrıverdiyeva ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Abşeron rayon Mənzil-İstismar Hissəsi, 4 saylı Mənzil-İstismar Sahəsinə (hazırda 9 saylı Mənzil İstismar Sahəsinə) müraciət etmişlər. Həmin ərizədə yuxarıda göstərilən yaşayış evini ona 110.000 (yüz on min) manata satdığı üçün maliyyə hesab vərəqəsini onların adından çıxararaq onun adına salınmasını xahiş etmişlər. Bundan sonra yaşayış evi X8 və həyat yoldaşı Tanrıverdiyeva Rahilə tərəfindən ona təhvil verilmişdir. Bundan əlavə X2 notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən 2019-cu ilin əvvəlindən evin elektrik enerjisi, su, qazının abonentliyi onun adına keçirilmişdir. Onun xx.xx.2018-ci il tarixli ərizəsi əsasında həmin ərazidə tikilən evlərə verilən Daşınmaz əmlakın X4 Rəyi almışdır. Rəy “Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti" MMC tərəfindən hazırlanmışdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, həmin ərazidə yalnız bu cür sənəd mövcuddur. Bunun ardınca Natiq Şirməmmədov ona bildirmişdir ki, ona məxsus və işlətdiyi “Avromed” in dileri olan Apteki yaxınlıqda yerləşdiyi üçün həmin yaşayış evində kirayə qalmaq istəyir. Onunla kirayə haqqını 400 manata razılaşmışdır. Həmin vaxtdan Natiq Şirməmmədov ailəsi ilə birgə artıq ona məxsus fərdi yaşayış evində qalıb hər ay 400 manat kirayə haqqı və ona olan 5000 manat borcdan 100 manat, cəmi 500 manatı ona məxsus Access bank kartına ödəyirdi. 2021-ci ilin mart və aprel aylarında kirayə haqqının ödənilmədiyini gördükdə səbəbini öyrənmək üçün mayda həmin evə getmiş və məlum olmuşdur ki, həmin evdə Natiq ailəsi ilə deyil, tamamilə kənar şəxslər yaşayır. Onunla əlaqədar həmin adamların yaşayış evindən dərhal çıxmalarını tələb etmişdir. Sonradan isə həmin şəxsin Cavabdeh olduğunu öyrənmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq həmin şəxs onun mənzilindən çıxmaqdan imtina edir. O, da buna görə məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Artıq o, uzun müddətdir öz evindən məhrum olunmuşdur. Bu halın uzun müddət davam etməsi onun hüquqlarını əsaslı şəkildə pozur və o, evindən istifadə edə bilmir. Ona görə də cavabdehin evdən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılması və onun həmin evə köçürülərək faktiki sahibliyinə verilməsi hüquqlarının bərpası üçün olduqca zəruridir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birlikdə Cavabdeh və qeyrilərinin çıxarılması, torpaq sahəsinin və onun üzərindəki evin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında çıxış edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisənin predmeti olan torpaq sahəsinə və onun üzərindəki evə mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində rəsmiləşdirmək istəsə də, cavabdeh evin layihəsini çəkmək üçün memara torpaq sahəsinə və evə daxil olmağa imkan vermir. Məhkəmə iclasında çıxış edən Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Nümayəndə Vəkil2 eyni zamanda etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərmişdir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Ona məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Ramazanov küçəsi 30/2 kimi iddia ərizəsində qeyd olunan torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi cavabdehin mərhum atasının yaxın dostu X6 adına rəsmiləşdirilmiş və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən RX seriyalı, 04476969 nömrəli, 26 iyul 2014-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh hərbiçi olduğuna görə özünə məxsus iddia ərizəsində qeyd olunan fərdi yaşayış evini uzun müddət yaxın münasibətdə olduğu X5 müvvəqqəti yaşamaq üçün kirayə verdiyindən kommunal ödənişlərini də onun adına qeydiyyata aldırmışdır. İddiaçı sonuncu etdiyi şikayətlərin araşdırılması dövründə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə Baş idarəsində X5 edilmiş işgəncə və qeyri insani rəftar nəticəsində o, və onun həyat yoldaşı cavabdehə məxsus daşınmaz əmlakın kommunal ödənişlərinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədikləri barədə ərizə yazmağa məcbur edilmiş və nəticə etibarı ilə həmin ərizə əsasında cavabdehin evinin kommunal ödənişləri qanunsuz olaraq iddiaçının adına sənədləşdirilmişdir. O, hesab edir ki, iddia ərizəsinə sübut qismində əlavə edilmiş X3 və onun arvadının adından yazılmış ərizə cavabdehə məxsus evin və onun altındakı torpaq sahəsinə münasibətdə iddiaçıya mülkiyyət hüququ yaratmır. Buna görə də iddiaçının hazırkı iddia tələbini cavabdehə qarşı subyektiv hüququ yoxdur. Məhkəmə tərəflərin və onların nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 9 №-li Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 19 iyun 2021-ci il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 2018-ci ilin mart ayında Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Firuddin Ramazanov küçəsində yerləşən fərdi evdə 2016-cı ildən 2018-ci ilin mart ayına qədər yaşamış X1 və onun arvadı Tarverdiyeva Rahilə müraciət etdikləri ərizə əsasında vətəndaş İddiaçı MN-nin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 9 nömrəli Mənzil-İstismar sahəsinin rəisi X10 iştirakı ilə 110000 (yüz on min) manata satmışdılar. X1 ərizəsində bildirmişdir ki, onun adına olan Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Firuddin Ramazanov küçəsində yerləşən fərdi evi satdığı üçün maliyyə hesab vərəqəsini onun adından çıxarıb vətəndaş İddiaçı adına keçməsini xahiş etmişdir. İş materiallarında olan “Azəriqaz” İB-si ilə İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli Müqavilənin surətindən görünür ki, tərəflər arasında ünvan 2 ünvanı ilə bağlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Azərişıq” İB-si tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, ünvan 3 ünvanına aid abonent qismində İddiaçı qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-si tərəfindən verilmiş hesabdan çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanına aid abonent qismində İddiaçı qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-si tərəfindən verilmiş abonentin saldosundan görünür ki, ünvan 2 ünvanına aid abonent qismində İddiaçı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai Rayon Sukanal üzrə ödənişlərin siyahısından görünür ki, həin siyahıda abonent qismində İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 avqust 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində X7 tərəfindən 218.000 ABŞ dolları pulunun ələ keçirildiyini bildirmişdir. Müəyyən edilmişdir ki, Natiq Şirməmmədov 2010-2017-ci illər ərzində İddiaçı borc olaraq ümumilikdə 218.000 ABŞ dolları pul almış, sonrakı müddətdə borcunu qaytarmadığı üçün İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı X15 Vəliyevə borclu olduğu 218.000 ABŞ dolları pulun əvəzində özünə məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini onun adına rəsmiləşdirəcəyini bildirdiyindən İddiaçı ərizə ilə müraciət edərək, şikayətinə baxılmasının dayandırılmasını xahiş etmişdir. Sonrakı müddətdə Natiq Şirməmmədov ev məsələsini müsbət həll etməyib borcunu qaytarmadığı üçün İddiaçı onun barəsində təkrar şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmiş və bu barədə müraciət müəllifinə cavab verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış izahatların surələrindən müəyyən olunur ki, İddiaçı həmin orqanda verdiyi izahatında digər X3 ona 123 000 ABŞ dolları borcunun olduğunu, həmin borcu son 3 ildə dəfələrlə qaytarmağı xahiş etdiyinə baxmayaraq, ala bilmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış izahatların surələrindən müəyyən olunur ki, X7 həmin orqanda verdiyi izahatında N.N.Şirməmmədov İddiaçı 123 000 ABŞ dolları borcunun olduğunu, həmin borcun 3 gün müddətində qaytarılacağını bildirmişdir. İş materiallarında olan X7 tərəfindən 9 saylı MİS-nin rəisinə ünvanlanmış ərizədən görünür ki, N.N.Şirməmmədov adına olan Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Firuddin Ramazanov küçəsində yerləşən 200 kv.metr olan torpaq sahəsi olan iki mərtəbəli 180 kv.metr tikintisi olan fərdi yaşayış evini İddiaçı 110000 (yüz on min) manata satdığı üçün maliyyə hesab vərəqəsini onun adından çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qeyd edilmişdir ki, onun həyat yoldaşı X3 adına olan fərdi yaşayış evinin satılmasına etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1-ci Dairəvi küçəsi, 159 saylı məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən “Azəriqaz” İB-yə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı ona məxsus olan H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi, mənzil 7 ünvanına məxsus olan qaz sayğacının fəaliyyətinin mənzilin (evin) kirayənişin tərəfindən zəbt olunması səbəbindən müvəqqəti dayandırılmasını “Azəriqaz” İB-dən xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 59 saylı məktəbin yanında yerləşən evin sahibi İddiaçıdur. Torpaq sahəsinin faktiki ölçüsü 212 kv.m, tikintinin sahəsi hər mərtəbəsi 98.04 kv.m olmaqla cəmi iki mərtəbədə 196.08. kv m, həqiqi dəyəri 130 000 manat təşkil edir. Həmin rəydə həmin evin 2008-ci ildə tikildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). İlk növbədə məhkəmə qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdidiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X12rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X18 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). X18 Məhkəməsi ərizəçinin qurduğu evin şəhərsalma qaydalarının pozduğunu müəyyən etməklə bərabər belə hesab etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı (bax: b. 28, 80, 86), bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi (bax: b. 87, 146) Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. Məhkəmə hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq isə 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəyə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 1 ünvanında 212 kv.m olan torpaq sahəsində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evi 2016-cı ildən 2018-ci ilin mart ayına qədər X3 faktiki sahibliyində və istifadəsində olmuş, lakin daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyində həmin evin 2008-ci ildə tikildiyi müəyyən edilmişdir. Həmin əmlak xx.xx.2018-ci il tarixdən X7 tərəfindən İddiaçı borclu olduğu 110000 manat qarşılığında sonuncunun faktiki sahibliyinə və istifadəsinə verilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq hüququ İddiaçı ötürülmüşdür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin əmlakla bağlı istehlak müqavilələri İddiaçı ilə bağlanmış, kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. ünvan 1 ünvanında 212 kv.m olan torpaq sahəsində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evi hazırda Cavabdeh faktiki sahibliyində və istifadəsində olsa da o, mübahisənin predmeti olan daşınmaz əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışla bağlı məhkəmə qeyd edir ki, həmin sənəd kserosurət olsa da, məhkəmə prosesi təxirə salmaqla cavabdeh tərəfə həmin şəxsin prosesə qoşulması üçün imkan yaratmış, lakin həmin şəxs prosesə qoşulmamışdır. Bununla yanaşı məhkəmə nəzərə alır ki, həmin çıxarışda Bakı şəhəri, Xətai rayonu, 1-ci Dairəvi küçəsi, 159 saylı məktəbin yaxınlığında 0,02 ha torpaq sahəsinin X9 məxsus olduğu qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsinin qonşuluqda yerləşdiyini və onun iddia etdiyi torpaq sahəsinə aidiyyətinin olmadığını bildirmişdir. İş materialarından görünür ki, mübahisənin predmeti olan daşınmaz əmlak ünvan 1 ünvanında 212 kv.m olan torpaq sahəsində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evidir, həmin əmlakın üzərinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5547/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın təmini tədbiri qismində həbs qoyulmuşdur və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanladığı məktubda bildirmişdir ki, ünvan 1 ünvanında 212 kv.m olan torpaq sahəsində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evinin üzərinə qeydiyyatdan keçməyən əmlaklar bazasında həbs qoyulmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan mübahisə predmeti olan əmlakda yaşamaqla, həmin əmlakla bağlı mülkiyyət hüquqlarını rəsmiləşdirmək hüququ iddiaçıya məxsus olduğu halda iddiaçıya həmin hüququn həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsinə maneə törətdiyindən, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında 212 kv.m olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evindən ailəsi ilə birlikdə çıxarılmalı, torpaq sahəsi və onun üzərindəki ev İddiaçı faktiki sahibliyinə verilməlidir. Məhkəmə iddia tələbini təmin etsə də, eyni zamanda qeyd edir ki, hazırki qətnamə İddiaçı mübahisənin predmeti olan daşınmaz əmlak üzərində mülkiyyyət hüququnun qeydə alınması üçün əsas kimi istifadə edilə bilməz. Belə ki, həmin əmlakla bağlı mülkiyyət hüquqlarını rəsmiləşdirmək hüququ iddiaçıya məxsus olsa da, həmin hüquq yalnız iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə müvafiq səlahiyyətli orqan tərəfindən qeydə alına bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən və mənzildən çıxarılması, onun faktiki sahibliyinə verilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında 212 kv.m olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evindən çıxarılsın, həmin torpaq sahəsi və onun üzərindəki ev İddiaçı faktiki sahibliyinə verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar