Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-150/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı –14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 may 2022-ci il tarixə 742.65 manat gecikdirilmiş əsas, 1027.09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 504.27 manat dəbbə pulu, 6143.50 manat dəymiş zərər ümumilikdə 8417.51 manat borc və ödənilmiş 104.58 manat dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərmaş’ MMC ilə X9 arasında bağlanılmış 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı “Daxili lizinq müqaviləsı"nə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323626 ban, qara rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X9 illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 11 noyabr 2021ci il tarixdə X9, X5 və "xxxx" MMC arasında MAS-4389 saylı "öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı ‘Daxili lizinq" müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17 noyabr 2021-ci il tarixdə X5, Cavabdeh və “Azərmaş" MMC arasında MAS-4389 saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanılmış və 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş 'Azərmaş" MMC-nin mülkiyyətində olan "Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6143.50 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 dekabr 2022-ci il tarixdə 450 manat məbləğində olmuşdur. Eyni zamanda, Cavabdeh 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 may 2022-ci il tarixə 742.65 manat gecikdirilmiş əsas, 1027.09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 504.27 manat dəbbə pulu, ümumilikdə 2274.01 manat gecikmə borcu yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi X10 iddia tələblərini müdafiə edərək, bildirmişdir ki, “Azərmaş" MMC ilə bağlanmış 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 may 2022-ci il tarixə 742.65 manat gecikdirilmiş əsas, 1027.09 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 504.27 manat dəbbə pulu, qüsur aktına əsasən avtomobilə dəymiş 6143.50 manat zərər ümumilikdə 8417.51 manat borc və ödənilmiş 104.58 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı Daxili lizinq müqaviləsınin predmetində aşağıdakı müddəalar göstərilmişdir: 1.1. Lizinq verən (İddiaçı MMC) Lizinq Alanın (X9) sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.2. Lizinq obyekti Lizinq alan tərəfindən seçilib. 1.3. Bu müqavilənin əsas məbləği 17.000 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3.400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 24.5% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcılığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Odəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş gününə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməsi lizinq ödənişlərinin gedikdirilməsi hesab olunur. İş materilallarında olan 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı ‘Daxili lizinq" müqaviləsinə 1 saylı Əlavənin predmetini tərəflər arasında bağlanılmış 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı ‘Daxili lizinq" müqaviləsi üzrə əldə olunan əmlakın adı, komplekliyi və dəyəri təşkil edir. Həmin Əlavənin 2-ci bəndində “Khazar SD" minik markalı, qara rəngli, Ban NVAW01HHFME323626, qiyməti 17.000 manat qiyməti olan olan nəqliyyat vasitəsi göstərilmişdir. Əlavə 1 X9 tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD" minik markalı, qara rəngli, Ban NVAW01HHFME323626, qiyməti 17.000 manat qiyməti olan nəqliyyat vasitəsi X7 (lizinq alan) təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X5 (“Öhdəlikləri qəbul edən”), X9 ("xxxx") və "xxxx" MMC (Şirkət) arasında MAS-4389 saylı "öhdəliklərin ötürürülməsi" müqaviləsinə əsasən 11 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı ‘Daxili lizinq" müqaviləsi üzrə "xxxx" İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “Öhdəlikləri qəbul edən”-ə ötürür. “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri "xxxx"-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca icra edəcəyinə dair öhdəlik götürür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 tərəfindən X3 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh (“Öhdəlikləri qəbul edən”), X5 ("xxxx") və "xxxx" MMC (Şirkət) arasında MAS-4389 saylı "öhdəliklərin ötürürülməsi" müqaviləsinə əsasən 11 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı ‘Daxili lizinq" müqaviləsi üzrə "xxxx" Azərmaş MMC qarşısında götürdüyü bütün öhdəlikləri “Öhdəlikləri qəbul edən”-ə ötürür. “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri "xxxx"-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca icra edəcəyinə dair öhdəlik götürür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən Cavabdeh təhvil verilmişdir. 14 sentyabr 2021-ci il tarixli MAS-4389 saylı ‘Daxili lizinq" müqaviləsinə 3 saylı Əlavədə əks olunmuş ödəniş cədvəli X9 tərəfindən imzalanmışdır. Həmin cədvələ görə X9 17.000 manat məbləği üzrə illik 24.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 447.15 manat olmaqla (əsas məbləğ və mükafat məbləğinin cəmi) lizinq ödənişlərini "xxxx" MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixə ödənilməli olan məbləğ 3.400 manat qeyd edilmişdir. İş materiallarında olan “X15” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, "Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi dəyəri 6143.50 manat olan (ümumi xidmət haqqı və ehtiyat hissələrinin ümumi dəyərinin cəmi) ehtiyat hissələri əvəz olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdehnın İddiaçı MMC-nə 742,65 manat əsas, 1027.09 manat mükafat və 504,27 manat cərimə, cəmi 2274,01 manat borcu var. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun və ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli, 9/8679 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Khazar SD" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6002.0 manat müəyyən edilir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 Xətalar Məcəlləsinin 327.6, 332.4-cü maddələrində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan TP5203688 nömrəli xx.xx.2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 Xətalar Məcəlləsinin 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması), 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddələrində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitələrinin saxnma və qəbulu haqqında” aktdan görünür ki, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə 12 saylı cərimə meydançasına yerləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, MAS-4389 saylı, 14 sentyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsi və tərəflər arasında bağlanmış MAS-4389 saylı, xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi əsasında Cavabdeh İddiaçı MMC qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Qeyd edilən Məcəllənin 748-1.12.4-cü maddəsinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən Məcəllənin 748-11.4-cü maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-4389 saylı, xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi əsasında lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdehnın istifadəsinə və sahibliyinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas, mükafat və cərimə borcu yaranmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənə qaytarılmışdır. İddia tələblərinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, iddia tələbləri əsas borc və mükafat borcunun tutulması hissələrində təmin edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı cavabdehdən 504.27 manat məbləğində cərimənin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. MAS-4389 saylı, 14 sentyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsinin 7.2-ci maddəsinə görə gecikdirilən lizinq ödənişi məbləğinə günəlik 0.3% dəbbə pulu hesablanır və Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. Məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə cərimə məbləğinin yüksək olduğunu nəzərə alaraq, cərimənin 250 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbləri cərimənin tutulması hissəsində 250 manat həcmində təmin edilməlidir. İddiaçının 6.143,50 manat məbləğində dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, MAS-4389 saylı, 14 sentyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsinin 4.4.2-ci maddəsinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək Lizinq Alanın vəzifəsinə aid edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına görə "Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi dəyəri 6143.50 manat olan (ümumi xidmət haqqı və ehtiyat hissələrinin ümumi dəyərinin cəmi) ehtiyat hissələri əvəz olunmalıdır. 06 fevral 2023-cü il tarixli, 9/8679 nömrəli ekspert rəyindən görünür ki, "Khazar SD" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6002.0 manat müəyyən edilir. "Khazar SD" minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərclərinin müəyyən edilməsi ilə bağlı 06 fevral 2023-cü il tarixli, 9/8679 nömrəli ekspert rəyi ilə “X15” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktını müqayisə edərkən məhkəmə hesab edir ki, zərərin ödənilməsi ilə bağlı iddia tələbləri qeyd edilmiş ekspert rəyi ilə müəyyənləşdirilmiş təmir-bərpa xərcləri həddində təmin edilməlidir. Belə ki, eskpert rəyi daha geniş şəkildə aparılmış ekspertiza tədqiqatın nəticələrini əks etdirir, eskpertə bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barəsində xəbərdarlıq olunmuşdur və o, bu sahədə xüsusi biliyə malik olan şəxsdir. Məhkəmə həmçinin iddianın 104,58 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 104,58 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. MAS-4389 saylı, 14 sentyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsi və MAS-4389 saylı, xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh 742.65 (yeddi yüz qırx iki manat altmış beş qəpik) manat əsas borc, 1027.09 (bir min iyirmi yeddi manat doqquz qəpik) mükafat, 250 (iki yüz əlli) manat cərimə borcu, 6002,0 (altı min iki manat) məbləğində dəymiş ziyan və 104.58 (bir yüz dörd manat əlli səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8.126,32 (səkkiz min yüz iyirmi altı manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-150/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-150/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver