Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1500/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktlar əsasında onun adına ümumilikdə 656.64 manat məbləğində cərimə yazmışdırlar. Hər iki aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. O, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktlarla qəti şəkildə razılaşmır. xx.xx.2019-cu il tarixli akt qəbul edilən zaman ona heç bir məlumat verilməmişdir. Bundan əlavə həmin aktlarda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdikləri qeyd edilmişdir. Halbuki, bu yalandır və həqiqəti əks etdirmir. Daha sonra isə eyni qayda ilə onu xx.xx.2021-ci il tarixdə cərimə etmişlər. Əgər xx.xx.2019-cu il tarixdə o, kənar qaz xəttindən istifadə etmişdirsə, nə üçün onun evinə gəlmədən, ona heç bir xəbərdarlıq etmədən və ona kənar qaz xəttindən istifadə etdiyini bildirmədən necə cərimə edə bilərlər. Əgər o, qeyri-qanuni qaz xəttindən istifadə etdiyi halda nə üçün həmin xətti kəsmədən onu yenidən eyni qayda ilə xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt ilə cərimə etmişlər. Ona görə o, qəti şəkildə bu aktlar ilə razı deyil, çünki həmin aktlar əsassızdır. O, ahıl yaşlı qadındır və oğlu ilə birlikdə yaşayır. Onun bütün xərclərini oğlu ödəyir. O, xəstədir və daim həkim nəzarətində müayinə və müalicə olunur. Onun həmin aktlardan bu günlərdə xəbəri olmuşdur. Belə ki, smart tipli qaz kartına pul yükləyən zaman ona məlum olmuşdur ki, karta yüklənən pulun bir hissəsi kartdan çıxılmışdır. Bundan sonra o, Cavabdeh İB-nin Xırdalan şəhərində yerləşən idarəsinə müraciət etmiş və həmin aktların surətini o, xx.xx.2022-ci il tarixdə almışdır. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O, hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktlar ləğv edilməlidir. Ona əsassız şəkildə 656.64 manat məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 29 mart 2019-cu il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli aktlara görə adına hesablanmış 656.64 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 29 mart 2019-cu il tarixli, ******* nömrəli və 30 dekabr 2021-ci il tarixli aktlara görə adına hesablanmış ümumilikdə 1513.44 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nın nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini, borcun əsaslı olduğunu, bu səbəbdən iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2021-ci il üçün 656.64 manat borcu vardır. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2019-cu il üçün 583.20 manat və 2021-ci il üçün 930.24 manat borcu vardır. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/2507 saylı, 07 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 89 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli və 29 mart 2019-cu il tarixli, ******* nömrəli aktlarda “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar olundu” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair ümumilikdə hər iki akta görə hesablanmış 1513.44 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2507 saylı, 07 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 89 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evə dair hesablanmış 1513.44 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********0096320) dair əsassız hesablanmış 1513.44 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1500/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1500/2022
25.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver