Məhkəmə qərarları › İş №2(011)-151/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-151/2023

31.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-151/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh Mirzəmməd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Mirzəmməd oğluna qarşı “qanunsuz tikilinin sökülməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh Mirzəmməd oğluna qarşı – ünvan 2ədli küçəsi, ev 16 B ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus ünvan 2ədli küçəsi, ev 43D ünvanında yerləşən fərdi yaşayış evinə baxan pəncərələrin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul etməyinizi; şəhid ailəsi olduğunun nəzərə alınmasını və bu məsələnin tez bir zamanda ədalətlə həll olunmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mirzəmməd oğlu iddiaçı rayonda olduğu zaman öz şəxsi əmlakı hesab olunan evinin üzərində ikinci mərtəbə tikmişdir. Cavabdeh Mirzəmməd oğlu tərəfindən edilən qanunsuzluqlar azmış kimi o, həm də iddiaçının həyətini rahatlıqla müşahidə edə biləcəyi iki pəncərə açdırmışdır. Belə ki, hazırda tikilmiş evin ikinci mərtəbəsinin pəncərəsindən iddiaçının evi, həyəti aydın şəkildə görünür. Pəncərə Cavabdeh Mirzəmməd oğluna məxsus evin sağ tərəfindən iddiaçının həyətinin içərisinə açdırılmışdır. Beləliklə iddiaçı istifadəsində olan ünvan 2ədli küçəsi, ev 43D ünvanında yerləşən fərdi yaşayış evindən rahat şəkildə istifadə edə bilmir. İddiaçı hesab edir ki, Cavabdeh Mirzəmməd oğlu pəncərə üçün heç bir icazə almamış, hüquqi sənəd əsasında yəni hər hansı bir texniki pasport və ya tikinti lahiyəsi üzrə eskizə əsasən etməmişdir. Halbuki, iddiaçının hüquqlarını pozan bu addımın atılmasından öncə iddiaçının razılığı alınmalı idi. Həmçinin, tikinti qaydalarına riayət etməmiş, müvafiq icra hakimiyyəti orqanından aldıqları icazə sənədində evin 2-ci mərtəbəsində pəncərənin olması qeyd olunmamışdır. Cavabdeh Mirzəmməd oğlu tərəfindən bu özbaşınalıq onun və ailəsinin rahat şəkildə öz fərdi yaşayış evindən istifadə etməyinə maneə olur, isti yay aylarında öz həyətlərində istirahət etmələrinə imkan vermir. Məhz bu səbəbdən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sağ tərəfində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərələrin bağladılması qanunauyğundur. Dəfələrlə Cavabdeh Mirzəmməd oğlu ilə məhkəmədənkənar razılığa gəlmək üçün iddiaçıya məxsus olan ünvan 2ədli küçəsi, ev 43D ünvanında yerləşən fərdi yaşayış evinə baxan qanunsuz tikilmiş pəncərənin bağlatdırılmasım tələb etsə də, Cavabdeh Mirzəmməd oğlu hər dəfə bundan boyun qaçırıraraq konstitusiya ilə qorunan mülkiyyət hüquqlarımı kobud surətdə pozmuşdur.Məhz bu səbəblərdən Cavabdeh Mirzəmməd oğlunun iddiaçıya məxsus fərdi yaşayış evində həyata keçirdiyi qanunsuz tikili iddiaçının qonşuluq münasibətlərindən keçərək ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə vadar etmişdir.Bütün yuxarıda qeyd olunanlara əsasən pozulmuş hüquqlarının bərpası və realizəsi üçün ədalət mühakiməsini həyata keçirər, məhkəməyə sığınır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Mirzəmməd oğlu məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı iddiası əsassızdır çünki pəncərə kifayət ölçüdə hündürdədir ora baxmaq üçün ayaq altına stol və ya taburetka qoyulmalıdır. İddiaçı ilə onun evinin divarının arasında 3,5-4 m məsafə vardır, pəncərəsi üçüncü qonşunun divarına və evinin örtük hissəsinə açılır. İddiaçının xahişini nəzərə alaraq öz pəncərəsinin konstruksiyasında dəyişiklik edərək, onun ölçüsünü qısaltmış, yəni 1m 40 sm-dən 1 m-ə qısaltmış, o isə bunun əvəzində pəncərənin bağladılmasmı tələb edir. İddiaçının evi tikdiyi tarixdən yəni 2008-2010 illərdən bu günkü tarixə qədər onun pəncərəsi barəsində heç bir iddiası olmamışdır, lakin bu qonşunun birdən - birə belə iddia irəli sürməsi bu iddiaların əsassız olduğunu bir daha sübut edir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X3 ünvan 2ədli küçəsi, ev 43D nömrəli mənzil ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Mirzəmməd oğlu ünvan 2ədli küçəsi, ev 16 B nömrəli mənzil ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6942 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “ünvan 2ədli küçəsi 16 B saylı evdə aparılan tikinti işləri (2-ci mərtəbənin əlavə edilməsi) zamanı ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nəmrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinin pozulduğu müəyyən olunur” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evlərinin darvazaları yanaşı yerləşirlər. Lakin İddiaçı evinə daxil olmaq üçün ilk öncə uzunluğu təxminən 5 metrdən artıq olan açıq dəhlizdən keçilməli, bundan sonra gələn ikinci darvazanı açmaqla evin həyətinə və birbaşa evə girmək mümkündür. Cavabdeh evi isə iki mərtəbədən ibarət olmaqla, hazırda mübahisə predmeti olan iki ədəd pəncərədən biri (birinci) onun evinin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə olunan pilləkanın son pilləsinin sağ tərəfində, evin dəhlizində, digər (ikinci) pəncərə isə dəhlizə açılan otaqda yerləşir. İkinci pəncərə dəhlizdə yerləşən birinci pəncərədən ölçü baxımından daha kiçikdir. Hər iki pəncərə açılan zaman digər (üçüncü) qoşunun evinin divarı və iddiaçının evinə gedən dəhliz görünür. Həmin pəncərələrdən sırf iddiaçının yaşadığı evi və gündəlik istifadə etdiyi dəhlizdən sonra gələn həyətə baxmaq üçün hər hansı vasitədən istifadə edərək müəyyən hündürlüyə qalxmaq və sağ tərəfə əyilməklə sol tərəfə boylanaraq baxmaq lazımdır. Həttə o şəkildə baxdıqda belə iddiaçının həyəti tam aydın görünmür. Həmçinin cavabdehin evində ikinci pəncərinin yerləşdiyi otaqda otağın işıqlandırılması və havalandırılması üçün digər pəncərə və ya nəfəslik mövcud deyildir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi hər iki pəncərədən heç vaxt baxmamamışdır və məhkəmə tərəfindən mübahisənin barışıq yolu ilə həll edilməsi üçün iddiaçının nümayəndəsinə həmin pəncərədən baxmaq təklif olunmuş lakin o,bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən açılmış mübahisəli pəncərələrin iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmır. Əksinə həmin pəncərələrin sökülməsi cavabdehin fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaradır. Cavabdeh tərəfindən pəncərələrin açılmasının qanuni məqsədi evinin koridorunun və otağın havalanadırılmasından, işıqlandırılmasından ibarət olmaqla sağlam şəraitdə yaşamaq hüququndan istifadə etməsini ehtiva edir. Belə ki, həmin pəncərələrin açılmasında cavabdehin mənafeyi vardır və iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə iddiaçının mülkiyyət hüququ arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsi zəruridir. Cavabdehin mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcuddur və açılmış pəncərələrin iddiaçıya yaratdığı narahatçılıq (diskomfort), onun digər şəxslərlə birgə mühitdə yaşamaq hüququnun pozuntusu kimi qəbul edilə bilməz. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh Mirzəmməd oğluna qarşı – cavabdehin ünvan 2ədli küçəsi, ev 16 B ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus ünvan 2ədli küçəsi, ev 43D ünvanında yerləşən fərdi yaşayış evinə baxan pəncərələrin cavabdehin hesabına sökülməsinə dair iddiası təmin edilməsin. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar