Məhkəmə qərarları › İş №2(011)-1519/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1519/2023

12.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1519/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçı X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı X6 Cavabdeh İB-nə qarşı ünvan 1 ünvanında hesablanmış 972,00 manat məbləğində borcun silinməsi və həmin borca görə tutulmuş 107,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. Həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı 2018-ci ilin setyabr ayında quraşdırılmışdır. İddiaçı qeyd edilən mənzildə yaşamıdığı dövrə görə ona əsassız olaraq 972 manat məbləğində borc hesablanmış, borca görə apardığı ödənişlərdən 107,6 manat məbləğində tutulmalar aparılmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - İstehlakçı "xxxx" MTK barəsində 30 aprel 2018-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmiş, aktda yaşayış sahəsi binasının siyahısında qeyd edilən mənzillərdə sayğacsız və qeydiyyatsız olaraq təbii qazdan istifadə edildiyi qeyd edilmişdir (“30 aprel 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”); - Abonent İddiaçı məxsus mənzilə ilkin olaraq 31 sentyabr 2018-ci il tarixində sayğac quraşdırılmışdır. - X2 mənzili üzrə sayğac xx.xx.2018-ci il tarixində quraşdırılmış, istehlakçının hesabına 2018-ci ilin dekabr ayı üzrə akta əsasən 972,00 manat məbləğində borc hesablanmış, borca görə 42,7 manat məbləğində pul tutulmuşdur (**********00760 kodlu abonent saldosu). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalı olduğu halda, cavabdeh təşkilatın əməkdaşları iddiaçı X3 mənzilində istifadə edilən təbii qazın hesabatının aparılması məqsədi ilə 21 sentyabr 2018-ci il tarixində qaz sayğacının quraşdırıldığına baxmayaraq, qanunsuz olaraq cavabdeh 2018-ci ilin aprel ayında "xxxx" MTK tərəfindən təqdim edilmiş siyahı üzrə iddiaçıya sayğacsız və qeydiyyatsız təbii qazdan istifadə etdiyi əsası ilə 972,00 manat məbləğində borc hesablamışdırlar. Qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçıya 972,00 manat məbləğində borcun hesablanmasını əsassız olduğundan məhkəmə belə qənatə gəlir ki, iddiaçıya hesablanmış 929,30 manat məbləğində borc silinməli, borca görə tutulmuş 42,7 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə mərhəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 30,0 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 2 ünvanı üzrə abonent X4 (abonent kodu: **********00760) hesablanmış 929,30 (doqquz yüz iyirmi doqquz manat otuz qəpik) manat məbləğində borc silinsin, 42,70 ( qırx iki manat yetmiş qəpik) məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq X5 ödənilsin. 30 (otuz manat) manat məbləğində dövlət rüsumu X1 tutularaq Cavabdeh İB-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar