Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-152/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı 388,80 manat məbləğində hesablanmış borcun, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı hesablanmış 216 manat məbləğində borcun və cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” sonuncu aktın ləğv edilməsi və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı hesablanmış 3.110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, S. Vurğun küçəsində yerləşən fərdi yaşayış evi sahiblik hüququ ilə iddiaçı Vüsal Məmmədrazyevə məxsusdur və həmin evdə istifadə edilən qaz sayğacı onun adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə onun arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Belə ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin qaz sayğacı ilə bağlı ona 216 manat məbləğində cərimə yazılmışdır. Həmin cərimənin səbəbi kimi qaz sayğacının istismar müddəti bitdiyi üçün əvəzlənməsi zamanı qaz sayğacının yoxlanılması barədə 29/1710- 00312-1 nömrəli akta əsasən müəyyən edilmişdir ki, güya sayğacın çıxış plastmas borusu deşilmişdir. Digər tərəfdən keçən müddət ərzində apardığı araşdırma zamanı müəyyən olunmuşdur ki, eyni ev və eyni abonent kodu üzrə Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı ilə bağlı 388,80 manat məbləğində cərimə yazılmışdır. Nə iddiaçı, nə də ailəsinin heç bir üzvü tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evin hasarından kənarda hasara bitişik şəkildə küçədə quraşdırılmışdır. Tərtib olunmuş aktlarda abonent kodu eyni olsa da, adlar və ünvanlar fərqlidir. Abonentin saldosunda isə iki nəfər qaçqının (məcburi köçkün) qeydiyyatda olduğu göstərilmiş, aktlarda istifadəçilər fərqli şəxslər göstərilsə də lakin buna baxmayaraq Cavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Əlavə olaraq iddiaçı onu da bildirir ki, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında eyni ünvan və eyni abonent üzrə, yəni Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı ilə bağlı 3.110,40 manat məbləğində cərimə yazılmış lakin, “Təbii X2nın pozulması haqqında” akt və tələbnamə tərtib olunmadığından əldə etmək mümkün olmamışdır. Həmin cərimə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. Buna görə də, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” aktlar ləğv edilməli və qanunsuz yazılmış cərimələrin silinməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı 388,80 manat məbləğində hesablanmış cərimənin, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı 216 manat məbləğində hesablanmış cərimənin və cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı 3.110,40 manat məbləğində hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Aktda abonentin kodu **********00000 olaraq, istehlakçı Məmmədrzayeva Ülkər və ünvan ünvan 2nda olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Ülkər Məmmərzayevaya barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.888 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Aktda abonentin kodu **********00000 olaraq, istehlakçı İddiaçı və ünvan Abşeron rayonu, Xırdalan şəhəri olaraq qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.160 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi ünvanında Vüsal Məmmərzayevə məxsus mənzildə köhnə qaz sayğacı çıxarılaraq yeni qaz sayğacı qurşaıdırlmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Aktda abonentin kodu **********00000 olaraq, istehlakçı İddiaçı və ünvan Abşeron rayonu, Xırdalan şəhəri olaraq qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 25.920 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, abonentin 2019-cu ilin fevral ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 388,80 manat, 2020-ci ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 216 manat və 2023-cü ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3.110,40 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 16/2 3/1503 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində iddiaçıya məxsus qaz sayğacına müxtəlif vaxtlarda üç dəfə borc hesablanmış, ilk yazılmış “Təbii X2nın pozulması haqqında” aktda istehlakçı Ülkər Məmmərzayeva adlı şəxs göstərilmiş, qalan iki aktda isə iddiaçı Vüsal Məmmərzayevin adı istehlakçı olaraq qeyd edilmişdir. Tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda sayğacda nasazlıq olduğu, digər xx.xx.2019-cu il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda isə sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə edildiyi göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi və sayğaca müdaxilə etməsi qeyd olunsa da, bu faktı təsdiq edən mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iş üzrə təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsinin izləri aşkar edilmir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktları cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. İddiaçının sayğaca müdaxilə etməsi və ya sayğacdan kənar xətdən istifadə etməsi barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə əsaslı şübhədən kənar mötəbər sübutlar təqdim edilmədiyindən, cavabdeh tərəfindən istehlakçı Ülkər Məmmədrzayevanın adına yazılmış, lakin iddiaçının abonent koduna hesablanmış 388,80 manat məbləğində borc və iddiaçıdan təbii qazın istehlakına görə ödənilməsini tələb edilən 216 manat və 3.110,40 manat məbləğində borc qanunsuz və əsassız hesab edilməlidir. Buna görə də iddia qeyd edilən hissələrdə təmin edilərək, qaz sərfinə görə iddiaçının abonent hesabına yazılmış ümumilikdə 3.715,20 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, cavabdehin tərtib etdiyi aktların ləğv edilməsinə dair iddia tələbləri təmin edilməməlidir. Belə ki, aktların yazılması nəticəsində hesablanmış borcun qanuna uyğun hesablanmaması iş materialları ilə öz təsdiqini tapsa da, həmin aktların ləğvi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Qeyd olunan aktlar özü-özlüyündə hər hansı bir faktın və ya hadisənin baş verməsini təsdiq edən sənəddir. İş materiallarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi aktlar onun evinə quraşdırılmış sayğacın istismarı ilə bağlı müəyyən edilmiş nöqsanların (təbii qazdan sayğacdan kənar istifadə) qeydiyyatının aparılması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş sənədlərdir. Bu baxımdan, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş həmin aktlar borc məbləğinin silinməsinə dair iddia üzrə sübut növlərindən biri kimi qəbul edilməlidir və aktların yazılması nəticəsində hesablanmış borc silinməklə, aktların ləğvi barədə tələblər təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 57,15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. ünvan 4 ünvanı üzrə (abonent kodu: **********00000) üzrə İddiaçı 2019-cu ilin fevral ayı üçün hesablanmış 388,80 (üç yüz səksən səkkiz manat səksən qəpik), 2020ci ilin may ayı üçün hesablanmış 216 (iki yüz on altı) manat, 2023-cü ilin mart ayı üçün hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat, cəmi 3.715,20 (üç min yeddi yüz on beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. 57,15 (əlli yeddi manat on beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva