Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-155/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X1 adına olan **********50000 abonent hesabından əsassız olaraq hesablanmış 3451,80 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə **********50000 saylı abonent kodu ilə X3 qeydiyyata alınmışdır. X3 16.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı X1 övladıdır. (hüquqi varisidir) Cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanı üzrə 2016-cı ilin fevral, 2018-ci ilin yanvar, mart, aprel və may ayları üzrə 5 dəfə akt tərtib edilmiş, aktlarda kənar xətdən istifadə edilməsi qeyd edilərək, həmin aktlar üzrə, ümumilkdə 1507,20 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Qaz hesabı atası X1 adınadır. O, 18.12.2020-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Bir müddət bundan öncə smart karta növbəti ödəniş etdikdə pul tutulduğunu görmüşdür. Bununla bağlı yerli qaz idarəsindən bildirdilər ki, ona 2016-cı ilin fevral ayından 2018-ci ilin sentyabr ayınadək 6 akt tərtib ediləıək, ümumi məbləğdə 3451,80 manat cərimə borcu hesablanmış, 1944 manat guya qaz sayğacının çıxış plastmas borusu deşildiyi üçün, 1507,80 manat isə guya sayğacdan kənar təbii qazdan istifadə etdiyi üçün. Ona tərtib olunmuş 6 aktdan yalnız 4 akt təqdim edə bilmişlər. Onlar təbii qazdan qanunsuz istifadə etməmişlər. Aktın tərtib edildiyindən xəbəri yoxdur. Halbu ki bu növ aktlar mütləq onun iştirakıyla tərtib olunmalı idi. O, istifadə etdiyi qazın dəyərini daim ödəmişdir. Sayğac yaşayış evindən kənarda yol tərəfdə quraşdırılmışdır və onun onu mühafizə etməyi mümkün deyil. Eyni zamanda, qaz sayğacı çıxarılarkən bütün möhürləri üzərində olmuşdur və belə olan halda sayğacın daxilinə müdaxilə etmək qeyri mümkündür. Cavabdeh təşkilat sayğaca görə məsuliyyət daşıdığı halda onun təqsirini sübuta yetirmədən məsuliyyəti onun üzərinə qoymağa çalışırlar. Borc olduğu təqdirdə cavabdeh təşkilat qaz hesabını onun adına keçirməkdən imtina edir. O, hər ay təbii qazdan istifadəyə görə kifayət qədər ödənişlər edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə 31.01.2018-ci il tarixli, 27.03.2018-ci il tarixli, 27.04.2018-ci il tarixli və 31.05.2018-ci il tarixli aktlarda abonentin sayğacdan kənar xətt vasitəsiylə istifadə etməsi qeyd edilmişdir. Bundan başqa, iş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində iddiaçının 2016-cı il üzrə 194,40 (1944 m3 x 0,10 manat = 194,40 manat) manat, 2018-ci il üzrə cəmi 3257,40 manat, ümumilikdə isə 3451,80 manat borcunun olması göstərilmişdir. İddiaçı iddia ərizəsində kənar xətdən istifadə etməməsini bildirsə də, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/5547 saylı, 24.12.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmaqla istifadə halı aşkar edilməmişdir. ünvan 1 ünvanında daşıyıcı qaz xəttinin fərdi yaşayış evinin həyətindən keçən hissəsində sonluğu tıxacla bağlanmış vəziyyətdə borucuq vardır ki, həmin borucuğun sonluğunun açıq vəziyyətində kənar xətt vasitəsiylə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Ekspert rəyindən də göründüyü kimi, iddiaçının yaşadığı evi təmin edən qaz xəttinə baxış keçirilərkən kənar xətdən istifadə edilməsi aşkar edilməsə də, fərdi yaşayış evinin həyətindən keçən hissəsində sonluğu tıxacla bağlanmış borucuğun aşkar edilməsi və həmin borucuq vasitəsilə qazdan qeyri-qanuni istifadə edilməsinin mümkün olması müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edərək, habelə işin hallarını nəzərə alaraq belə qənatə gəlir ki, iddiaçının kənar xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Lakin məhkəmə təbi qazdan kənar xətt vasitəsiylə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia kənar xətdən istifadə nəticicəsində hesablanmış 1507,20 manat borcun silinməsi hissəsində qismən əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın 30 gün müddəti üçün aparılmasını qanuni və ədalətli hesab edir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, 31.05.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün (,2x6x30=216 m3), 29.03.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün; dəmir sobanın maksimal saatlı qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün (1,2x6x30=216m3; 1.4x18x30=756 m3), 31.01.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat, və hesabat müddəti 30 gün; QSSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün; radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rüjimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (1.2x4x30=144 m3, 1.2x4x30=144 m31.5x4x30=180m3, 1.5x10x30=450m3 və 0.8x18x30=432 m3 cəmi 2898 m3,) itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Məhkəmə, həmçinin qaz sərfiyyatının hər m3-ni 0,20 manata vurmaqla hesablanmasını da əsaslı hesab etmir. Belə ki, Taarif Şurasının 22.12.2016-cı il tarixli Qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qurupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, ondan artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Lakin işin hallarından görünür ki, cavabdeh göstərilən təsnifləşdirməni nəzərə almadan sərfiyyatı 0,20 manatla hesablamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun 31.01.2018-ci il tarixli hesabat üzrə 149,20 manat, 29.03.2018-ci il tarixli hesabat üzrə 97,20 manat, 30.04.2018-ci il və 31.05.2018-ci il tarixli hesabatlar üzrə 43,20 manat, ümumikdə isə 289,80 manat olmalıdır Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 289,80 manat məbləğində borcun tələb edilməsi əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçıdan 1944 manat borcun tələb edilməsi hissəsində tam əsassızdır. Belə ki, iş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2018-ci ilin sentyabr ayı üzrə 1944 manat məbləğində borcunun olması qeyd olunsa da, bu borcun nəyin əsasında hesablandığı iş materialları ilə müəyyən olunmur və cavabdeh borcun yaranmasına əsas olan halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 1944 manat məbləğində borcun silinməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 3161,20 manat (3451,80 manat – 289,80 manat = 3161,20) məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspert xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Məhkəmə dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 3161,20 manat olduğunu nəzərə alındıqda, iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 54,50 manat təşkil edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə (abonent kodu **********50000) hesablanmış 3161,20 manat məbləğində borc silinsin. 54,50 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 102 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-155/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-155/2022
01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver