Məhkəmə qərarları › İş №2(011)-1552/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1552/2022

21.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1552/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş həyat yoldaşı X3 fəaliyyət qabiliyyətinin olmamasını, şizofreniya xəstəliyindən əziyyət çəkməsini, psixi fəaliyyətinin pozulmasını, anlaqsız olmasını nəzərə alaraq, ona qəyyumluğun verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, X7 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və ərizəçi onun arvadıdır. Ərizəçi ilə X7 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Ərizəçinin əri hazırda müddətsiz, birinci qrup əlildir. Ona təyin olunmuş diqnoz paranoid şizofreniya, şizofreniya paranoid forma fasiləsiz gediş, psixi qüsur ilə bağlıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, həyat yoldaşı X7 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həyat yoldaşı X7 ilə 06 mart 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla, ailə həyatı qurmuşlar. Birgə nikah dövründə 1 övladları, 08 yanvar 2011-ci il təvəllüdlü X8 anadan olmuşdur. Həyat yoldaşı X7 1 qrup əlil olmaqla, şizofreniya xəstəliyindən, paranoid şizofreniya, şizofreniya patranoid forma fasiləsiz gediş psix qüsur hal xəstəliyindən əziyyət çəkir. X1 ruhi xəstə olmaqla, anlaqsızdır, özünü idarə etmək qabiliyyətinə malik deyil. Həyat yoldaşının onun qəyyumluğuna verilməsinə, onun adından bütün hərəkətləri etmək, onu aparıb-gətirməyi sağlamlığında olan problemlərlə əlaqədar özü məşğul olmaq istəyir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmKadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışa əsasən X6 birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, növbəti müayinə isə müddətsiz göstərilmişdir. X6 isə paranoid şizofreniya, şizofreniya paranoid forma fasiləsiz gediş, psixi qüsur diaqnozu təyin edilməklə, daimi kənar köməyinə və nəzarətə ehtiyacının olması müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli, 1313 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü X4 şizofreniya paranoid forma şəxsiyyətin qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd edilir. Müayinə zamanı aşkar olunan əlamətlər: təfəkkürünün paraloqik olması, autikliyi, eşitmə hallüsinasiyalarının qeyd olunması, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması. xx.xx.1975-ci il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Qeyd edilənlərdən də göründüyü kimi, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X7 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 arvadı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar