Məhkəmə qərarları › İş №2(011)-1556/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1556/2023

01.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1556/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdə (abonent kodu: **********30017) əsassız olaraq borc kimi yazılmış 1576.12 manatın "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən evdə (abunə kodu: **********30017 ) yaşayır. Həmin ev xx.xx.1995-ci il tarixdə vəfat etmiş qaynanası XXX X8 aid olmuşdur. Hal-hazırda həmin evdə qeydiyyatsız olaraq yaşayır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin nümayəndəsi kimi özünü təqdim edən 3 nəfər şəxs həmin evin işıq sayğacına baxış keçirərkən həmin evdə kənar xəttin olduğunu bildirdi. Həmin evin elektrik təchizatı sayğacı kartladır və "xxxx" ASC-yə heç bir borcları yoxdur. Əvvəllər də həmin evdə istifadəyə görə yaranmış borclar vaxtı-vaxtında ödənilmişdir. İndiyə qədər elektrik təchizatına görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. Çünki o istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi işığa görə dövlətə olan borcunu ödəmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkənin əvvəlki iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, eyni həyət evində əmisi yaşayır, onun xəstə oğlu sayğacdan kənar işıq xəttindən istifadə etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatlardan görünür ki, ünvan 3ədli, 4-cü Əhmədli, ev 1003, 0017 saylı mənzil ünvanında abonent X9 məxsus sayğac üzrə 1576.12 manat borc yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18 saylı arayışın surətindən görünür ki, İddiaçı B.Süleymanov küçəsi, 17 saylı evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli NDM 030841 №-li aktın surətindən görünür ki, X9 məxsus ünvan 3ədli, 4-cü Əhmədli, ev 1003, 0017 saylı mənzil ünvanında sayğaca baxış keçirilən zaman, fərdi yaşayış evinə sayğac sxemindən kənar fəza xətti daxil olur. Kənar xətti qidalandıran sip xəttini fərdi yaşayış evinin giriş qapısının üst hissəsində quraşdırılmış dam örtüyünün içərisindən keçən hissədən xüsusi sıxac vasitəsil götürülmüşdür. (1,98 kvt x(0,7) x 24 saat x 365 gün=12141 kvts, Tarif (0,13 man)-12141 kvts * 0,13 man=1578 manat) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4463 saylı, 20 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, “Abunə Haqqında” məlumatları, xx.xx.2023-cü il tarixli, NDM 030841№-li akta dair hesablanmış elektrik enerjisinə (12.141.36 kvt) və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarına əsasən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evində quraşdırılmış sayğacdan kənar işıq xəttindən istifadəsi nəticəsində 1395.53 manat məbləğində borcu (1635,23 manatı sayğac oxuması + 1873,30 manatı (2.041,25 – 1578,33 aktla hesablanan +1410,38 tədqiqatla müəyyən edilən) aktlar – 2113,00 manatı ödəmələr) müəyyən olunmuşdur. Həmçinin İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evində işıq xəttindən istifadə nəticəsində aylıq sərfiyyatının müəyyən edilməsi hazırkı məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydalarının” 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. «Qaydalar»ın 8.31-ci bəndinə əsasən məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək, ödəniş sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verməlidir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəmədikdə dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerji təchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur. “X3 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evində quraşdırılmış sayğacdan kənar işıq xəttindən istifadəsi nəticəsində 1395.53 manat məbləğində borc yaranmışdır. Kənar xəttdən istifadə edilməsi iddiaçının nümayəndəsinin etirafı, cavabdehin nümayəndəsinin izahatı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4463 saylı, 20 iyul 2023-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus ünvanda kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma halı etiraf edildiyindən, silinməsi tələb olunan 1576,12 manat məbləğində borcun 1395.53 manatı əsaslı olaraq tələb edildiyi təsdiq edildiyindən, yerdə qalan məbləğ - 180,59 manat borc məbləği silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına hesablanmış 180,59 manat borc məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar