Məhkəmə qərarları › İş №2(011)-1561/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1561/2024

19.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1561/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. Onunla heç bir mübahisəsi olmamışdır. Mübahisəli üç otaqlı evdə Maraqlı şəxs2, onun həyat yoldaşı və İddiaçı qeydiyyatda olmuşlar. İddiaçı evi alanda ona 35000 manat pul vermiş, iddiaçı da həmin evin qardaşının adına keçirilməsinə etiraz etməmişdir. Sonradan may ayında onun yoldaşı rəhmətə getmişdir. Maraqlı şəxs2 qızına evin onun adına keçirilməsi üçün ərizə yazmasını istəmiş, qızı Nərminə də etiraz edərək, evi qardaşı Samirin adına keçirəcəyini bildirmişdir. Nərminə sonradan ərizə yazmayacağını bildirmişdir. Maraqlı şəxs2 həmçinin bildirmişdir ki, İddiaçı Almaniyada yaşayır və sonuncu dəfə sentyabr ayında Azərbaycandan çıxıb getmişdir, hazırda Azərbaycanda yaşamır. Bununla bağlı olaraq hazırki ərizənin İddiaçı tərəfindən imzalanması qeyri-mümkündür. Məhkəmənin hazırlıq iclası barədə tərəflər prosessual qanunvericiliklə nəzərdə tutulduğu kimi lazımi qaydada məlumatlandırılmış, lakin tərəflər məhkəmənin hazırlıq iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəblərlə bağlı olmasına dair məhkəməni hər hansı qaydada əvvəlcədən məlumatlandırmamışlar. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, sərhədkeçmə məlumatlarına əsasən iddiaçı 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etdiyindən, bu günədək onun Azərbaycan Respublikasına girişi ilə bağlı məlumatlar müəyyən edilmədiyindən, eyni zamanda hazırkı iddia ərizəsi 13 dekabr 2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olsa da, iddia ərizəsinin iddiaçı tərəfindən imzalanması qeyri-mümkün olduğundan, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar