Məhkəmə qərarları › İş №2(011)-1565/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1565/2024

04.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1565/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mirzəzadə (Muradova) Aydan Yalçın qızına qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirzəzadə (Muradova) Aydan Yalçın qızının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən müvafiq kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Oqtay Muradov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur, o həmin mənzildə xx.xx.2014-cü il tarixdən qeydiyyatda olmaqla yaşayır, vətəndaş Mirzəzadə (Muradova) Aydan Yalçın qızı formal olaraq ona məxsus olan evdə qeydiyyatdadır, cavabdehlə onun oğlu X15 ilə aralarında olan nikah münasibətləri məhkəmə qaydasında pozulub və cavabdeh əvvəlki soyadını – “Mirzəzadə”- qəbul edib, cavabdeh özünə məxsus olan bütün əmlak və əşyalarını ona məxsus olan evdən yığaraq birdəfəlik köçüb və o hazırda ünvan 2 ünvanda faktiki yaşayır, cavabdehin onun evində qeydiyyatda qalması onun ailəsinə narahatçılıq yaratmaqla yanaşı problemlər də yaşadır, Bakı şəhəri Xətai rayon İH MKTB-nin 1849 saylı xx.xx.2023-cü il tarixli, 66 saylı MKİS-nin verdiyi arayışla müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla ona məxsusdur, AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışla müəyyən olunur ki, cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır, onun həmin evə qeydiyyata alınması da qanunsuz və əsassızdır, cavabdeh faktiki olaraq birdəfəlik başqa ünvana köçərək ona məxsus olan mənzilindən istifadə etmir və orada yaşamır, bu növ işlər üzrə (mənzil və evlərə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair) məhkəmə təcrübəsində yalnız əmlaka mülkiyyət hüququ olan şəxslər bu subyektiv hüquqdan istifadə edərək iddia qaldıra bilərlər, mülkiyyət hüquqları olmadan şəxslər belə iddia ilə məhkəmədə iddia qaldıraraq düşdükləri problemləri aradan qaldırmaqda əncamsız qalırlar, bu səbəbə görə də məhkəməyə hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. X20 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, 66 saylı MKİS tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh Mirzəzadə (Muradova) Aydan Yalçın qızı göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamadığına görə təqdim etmək mümkün olmadığından bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılaraq, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda xx.xx.2014-cü il tarixdən qeydiyyatdadır, digər şəxslərlə bərabər qeydiyyatda olan şəxslər xx.xx.1997-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X14, xx.xx.2019-cu il təvəllüdlü X7r. İş materiallarında olan Xətai rayon Məhkəməsinin e-2(011)-5616/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X15 arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 04 yanvar 2016-cı il tarixli 63 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulması, 04 yanvar 2017-ci il təvəllüdlü X14 və 30 may 2019-cu il təvəllüdlü X2 və tərbiyə edilmələri üçün anaları Cavabdeh yanında qalması, 04 yanvar 2017-ci il təvəllüdlü X8 və 30 may 2019-cu il təvəllüdlü X1 üçün 02 dekabr 2022-ci il tarixdən başlayaraq, X9 hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəklində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə X15 arasında nikah xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai rayon MKTB-nin 66 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1849 saylı arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, 3/3 saylı evin özbaşına tikili mənzilində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, Cavabdeh öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Həmçinin həmin ittiham aktı ilə Cavabdeh ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 2 ünvanda faktiki yaşaması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, X11 və digərlərinin müraciəti əsasında PRİ-nin İŞ-də toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai Rayon Polis İdarəsininin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-13-55/2-M- 12064/11 saylı məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma məsələsi müvafiq sənədlərin təqdim olunduğu halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan 66 saylı MKİS-nin rəisi A.Osmanov tərəfindən təsdiq edilmiş Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar barədə sxem və məlumatdan görünür ki, ünvan 4 ünvanda yerləşən evin sahibi İddiaçıdur, yaşayış evi 2007-ci ildə tikilmişdir, yaşayış otaqlarının sayı 4, sahəsi 63,50m2, yardımçı otaqların sahəsi 40,2m2-dir. Həmin evdə yaşayanlar 1959-cu il təvəllüdlü İddiaçı, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü X3, onun qızı 1991-ci il təvəllüdlü X12, onun oğlu 1992-ci il təvəllüdlü X13r. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla 2007-ci ildən İddiaçı məxsusdur, o həmin evdə xx.xx.2014-cü il tarixdən qeydiyyatdadır, cavabdeh Mirzəzadə (Muradova) Aydan Yalçın qızı iddiaçının keçmiş gəlini olmaqla, onun şifahi razılığı ilə 2016-cı ildə həmin evə köçmüş, daha sonra isə mənzilə qeydiyyata alınmışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-5616/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddiaçının oğlu X15 və Cavabdeh arasında qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra 04 yanvar 2017-ci il təvəllüdlü X14 və 30 may 2019-cu il təvəllüdlü X2 və tərbiyə edilmələri üçün anaları Cavabdeh yanında qalması, birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması qət edilmişdir, iddiaçının keçmiş gəlini Aydan Mirzəzadə (Muradova) hazırda mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq, faktiki olaraq orada yaşamır və mənzildən istifadə etmirlər. Bununla belə, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsinin hüquqi əsası olmadığından, cavabdeh həmin mənzildə yaşamadığından iddia tələbi təmin edilməli, Mirzəzadə (Muradova) Aydan Yalçın qızının mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Mirzəzadə (Muradova) Aydan Yalçın qızının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. qızının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qiyabi qətnamə, rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar