Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1598/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********40000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır.
2. Cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə dair 2016-cı ilin iyul və noyabr ayları, 2017-ci ilin mart və may ayları, 2018-ci ilin may, iyul, sentyabr, oktyabr ayları, 2019-cu ilin yanvar, fevral, dekabr ayları, 2021-ci ilin oktyabr, noyabr, 2022-ci ilin yanvar, mart, noyabr, dekabr ayları, 2023-cü ilin may, sentyabr ayları üzrə, ümumilikdə 19 dəfə akt tərtib edilmiş, aktlarda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi qeyd edilərək, həmin aktlar üzrə dəymiş maddi zərər hesablanmışdır.
3. Həmçinin, iddiaçının yaşadığı fərdi yaşayış evinin abonent saldosunun “qalıq və aktlar” bölməsində 2012-ci il üzrə 80,40 manat, 2016-cı il üzrə 791,60 manat, 2017-ci il üzrə 1436,20 manat, 2018-ci il üzrə 1767 manat, 2019-cu il üzrə 1087,20 manat, 2020-ci il üzrə 563 manat, 2021-ci il üzrə 1706,40 manat, 2022-ci il üzrə 6540,48 manat, 2023-cü il üzrə 5551,20 manat borcun olması əks olunmuşdur. Abonent saldosunun “ayın sonuna borc” bölməsində 2023-cü ilin noyabr ayına iddiaçının 23252,05 manat məbləğində borcunun olması qeyd edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş edilmiş aktların ləğv edilməsi, ona təbii qaza görə əsassız hesablanmış 23.252.05 manat cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2010-cu il tarixdə cavabdehlə «Qaz Paylayıcısı ilə X5 İstifadəçisi arasında qazın alqı satqısı» müqaviləsi imzalamış, yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılmış və əvvəlki sayğac çıxarılıb aparılmışdır. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında akt tərtib edilmişdir. 2010-cu ildən bu günə kimi qaz sayğacı bir neçə dəfə deyişdirilmişdir. Hər dəfə bunun nə səbəbdən tez-tez dəyişdirilməsini gələn əməkdaşlardan soruşduqdan onların cavabı istismar müddətinin başa çatması olurdu. Sonuncu dəfə də cavabdeh tərəfindən 2023-cü il tarixdə sayğac dəyişdirilmiş və ona 23.252.05 manat məbləğində borc hesablanmışdır. Həmin borcu ona sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. O, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı bildirdi ki, ilk öncə qaz sayğacında nasazlıq var idi, sayğacı dəyişdirmək üçün aparmışdılar. Bundan sonnra cavabdehin əməkdaşı iddiaçıya bildirmişdir ki, sayğac quraşırılana qədər kənar xətt vasitəsilə təbii qazdan istifadə edə bilərlər. Lakin, sayğac quraşdırıldıqdan sonra borcun olduğunu bilmişlər. Sayğac dəyişdirildikdən sonra kart bloklandığından təbii qazdan istifadə olunmamışdır.
8. Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının yaşadığı evə mütamadi baxış keçirilən zaman onun təbii qazdan kənar xətt vasitəsilə istifadə etdiyi müəyyən olunmuş və akt tərtib edilmişdir. İddiaçı ümumiyyətlə 2010-cu ildən hazırki vaxtadək heç vaxt təbii qazdan istifadəyə görə ödəniş etməyib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
11. Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
12. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
13. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
14. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
15. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
16. 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
17. 4.3-cü bəndinə əsasən Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
18. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
20. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd edilən borc məbləğlərin hesablanmasına əsas olmuş aktlar müxtəlif vaxtlarda tərtib edildiyindən, hər bir aktın tərtib edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən aktlara hüquqi qiymət verilməlidir. Fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı izahatında fərdi yaşayış evində sayğac quraşdırılana qədər təbii qazdan kənar xətt vasitəsilə istifadə edildiyini etiraf etmişdir. Digər bir tərəfdən, iş materiallarında olan abonent saldosu əsasında müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə qaz sayğacı xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. Bu müddətədək isə iddiaçının fərdi yaşayış evində sayğac quraşdırılmadan təbii qazdan istifadə edilmişdir.
26. Lakin məhkəmə təbi qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya yazılmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia yuxarıda sadalanan tarixlərdə tərtib edilmiş aktlar üzrə kənar xətdən istifadə nəticicəsində hesablanmış həmin dövrə qədər olan 12 899,22 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.
27. İlk öncə məhkəmə qeyd edir ki, sözügedən aktlar üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə Fərdi yaşayış evində PSQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabt aparılsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində adıçəkilən qaz işlədicilərindən yalnız dördgözlü qaz plitəsi mövcud olmuşdur. Belə ki, iddiaçı son məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə yalnız PQ-4 mövcud olmuşdur, Digər bir tərəfdən, cavabdeh də digər qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər hesablanarkən yalnız dördgözlü qaz plitəsinin istifadəsi ilə əlaqədar hesabat aparılmalıdır.
28. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən aktlar üzrə hesabat 60 gün deyil, 30 gün müddəti üçün aparılması qanuni və ədalətlidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməli və hər ay borca dair hesabat (qəbz) təqdim etməlidir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndində də qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.
30. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar üzrə hesabat müddəti 30 gün müəyyən edilməklə, yalnız dördgözlü qaz plitəsinin isitfadəsi nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.
31. Qeyd edilənlərə əsasən iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2022-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2022-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 16,20 manat (0,9 m3 x 6 saat x 30 gün = 162 m3; 162 m3 x 0,10 manat = 16,20 manat), xx.xx.2019-cu il tarixli hesabat üzrə 21,60 manat (1,2 m3 x 6 saat x 30 gün = 216 m3; 216 m3 x 0,10 manat = 21,60 manat), xx.xx.2019-cu il tarixli hesabat üzrə 21,60 manat (1,2 m3 x 6 saat x 30 gün = 216 m3; 216 m3 x 0,10 manat = 21,60 manat), xx.xx.2019-cu il tarixli hesabat üzrə 43,20 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 432 m3 x 0,10 manat = 43,20 manat), xx.xx.2021-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2021-ci il tarixli hesabat üzrə 51,84 manat (1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 432 m3 x 0,12 manat = 51,84 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 14,40 manat (1,2 m3 x 4 saat x 30 gün = 144 m3; 144 m3 x 0,10 manat = 14,40 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 16,20 manat (0,9 m3 x 6 saat x 30 gün = 162 m3; 162 m3 x 0,10 manat = 16,20 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 10,80 manat (0,6 m3 x 6 saat x 30 gün = 108 m3; 108 m3 x 0,10 manat = 10,80 manat), xx.xx.2018-ci il tarixli hesabat üzrə 10,80 manat (0,6 m3 x 6 saat x 30 gün = 108 m3; 108 m3 x 0,10 manat = 10,80 manat), xx.xx.2016-cı il tarixli hesabat üzrə 19,20 manat (0,8 m3 x 8 saat x 30 gün = 192 m3; 192 m3 x 0,10 manat = 19,20 manat), xx.xx.2017-ci il tarixli hesabat üzrə 21,60 manat (1,2 m3 x 6 saat x 30 gün = 216 m3; 216 m3 x 0,10 manat = 21,60 manat), xx.xx.2017-ci il tarixli hesabat üzrə 7,68 manat (1,2 m3 x 4 saat x 16 gün = 76,8 m3; 76,8 m3 x 0,10 manat = 7,68 manat), xx.xx.2016-cı il tarixli hesabat üzrə 35,40 manat (0,9 m3 x 6 saat x 30 gün = 162 m3; 162 m3 x 0,10 manat = 16,20 manat və 0,8 m3 x 8 saat x 30 gün = 192 m3; 192 m3 x 0,10 manat = 19,20 manat) olmaqla, ümumikdə isə 446,04 manat olmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 446,04 manat məbləğində borcun tələb edilməsi əsaslıdır. Buna görə də, iddia tələbi həmin məbləğdə borcun silinməsi hissəsində təmin edilə bilməz.
33. Məhkəmə digər xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, və xx.xx.2023-cü i tarixli aktlar əsasında hesablanmış borcun iddiaçıdan tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ilk növbədə həmin akt Fərdi yaşayış evinə qaz sayğacı quraşdırıldıqdan sonra tərtib edilmişdir.
34. Digər bir tərəfdən, yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.
35. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.
36. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir.
37. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.
38. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.
39. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.
40. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
41. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində onun 23 252,05 manat məbləğində borcunun olduğu qeyd edilsə də, abonent saldosu əsasında müəyyən olunmuşdur ki, əmin borcun 2396,25 manat hissəsi iddiaçının təbii qazdan istifadəsi nəticəsində yaranmış sərfiyyat borcudur və iddiaçı təbii qazdan istifadə etmək hüququ olmaqla yanaşı, istifadə olunmuş təbii qazın dəyərinə uyğun olaraqda ödənişləri etməlidir. Həmçinin, abonent saldosu əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən 580,87 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 2396,25 manat məbləğində hesablanmış borc iddiaçının təbii qazdan istifadə edilməsi ilə əlaqədar sərfiyyat borcu olduğundan, həmin borcun 580,87 manat hissəsi iddiaçı tərəfindən ödənildiyindən, iddia tələbi 1815,38 (2396,25 – 580,87 = 1815,38) manat borcun silinməsi hissəsində də təmin edilməməlidir.
42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 1815,38 manat məbləğində hesablanmış borc iddiaçının təbii qazdan istifadə edilməsi ilə əlaqədar sərfiyyat borcu olduğundan, 580,87 manat məbləğində borc isə iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadəsi nəticəsində yaranmış borc olduğundan iddia tələbi həmin borc məbləğlərinin silinməsi hissəsində təmin edilməməli, iddia tələbi qismən təmin edilərək yalnız 20 990,63 (23 252,05 – 580,87 – 1815,38 = 20 990,87) manat məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir.
43. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır.
44. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 152,67 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********40000) İddiaçı hesablanmış 20 990,63 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə (2261,42 manat hissədə) təmin edilməsin. 152,97 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 64 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı