Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-16/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: MÜƏYYƏNETDİ: İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın A- 23 saylı bağ sahəsində yerləşən bağ evinə (Abonetin kodu **********09430) əsassız olaraq cavabdeh tərəfindən cərimə kimi yazılmış 863.40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2630/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı dayandırılmışdır. İddiaçının hüquqi varisi X1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı onun əri olmuşdur. Aleksandr Çernişev xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mübahisəli bağ evi onun ərizəçinin mülkiyyətinə keçmişdir. O, həmin bağ sahəsinə hesablanmış borcun silinməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4930/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının arvadı (hüquqi varisi) cavabdehə qarşı 863,40 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4930/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. Göründüyü kimi, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün sonradan yaranmış heç bir hüquqi əsas mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçılarnın hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair hissədə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-16/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-16/2025
21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver