Məhkəmə qərarları › İş №2(011)-160/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-160/2024

20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-160/2024 20.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işi nəzərdən keçirərək müəyyənetdi: İddiaçı X2 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4270/2023 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh İB-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə icraat X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-160/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülki iş üzrə birgə iddiaçılar qismində işə cəlb edilmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar məhkəmənin xx.xx.2024-cü il tarixli tarixli baxış iclasında da iştirak etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçılara qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar