Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1601/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evinə (kod: **********00100) əsassız olaraq hesablanmış 2851 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Qeyd edilən evi xx.xx.2004-cü il tarixli, AN-İ 023689 saylı alqı satqı müqaviləsinə əsasən X1 almışdır. Təbii qazın alqı-satqısına dair müqavilə iddiaçı ilə bağlansa da abonent kodu adına keçirilməmiş hələdə Aydın Məlikovun adında qalmışdır. 2020-ci ilin mart ayında smart tipli qaz sayğacı çıxarılaraq əvəzinə mexanika tipli qaz sayğacı quraşdırılmışdır. Qısa müddət həmin sayğacdan istifadə etdikdən sonra iddiaçıya bildiriş təqdim ediləndə əlavə 2851 manat məbləğində borcun yazıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki guya tərəfindən təbii qazdan qanunsuz yəni sayğacdan kənar istifadə edildiyi və eyni zamanda istifadəsində olan qaz sayğacına müdaxilə etdiyi aşkarlanmış və bu səbəbdən barəsində aktlar tərtib edilərək 2851 manat məbləğində cərimə yazılmışdır. Cərimənin 2590 manat hissəsi 2013-cü ilin fevral ayından 2018-ci ilin iyul ayınadək guya sayğacdan kənar təbii qazdan istifadə etdiyi üçün 10 akt əsasında yazılmış, borcun 261 manat hissəsi isə guya istifadəsində olan qaz sayğacının çıxış plastmas borusunu deşdiyi üçün hesablanmışdır. Qeyd edilən aktların tamamən uydurma əsaslarla yazıldığını bildirsə də, dediklərinə əhəmiyyət verən olmamışdır. İlk öncə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı heç vaxt təbii qazdan qanunsuz istifadə etməmiş, qaz sayğacına müdaxilə etməmiş və daim istifadə etdiyi qazın dəyərini ödəmiş, təqdim etdiyi sənədlərdən də, göründüyü kimi 20 ilə yaxın müddətdir ki, həmin evi iddiaçının almasına və qazın alqı-satqısına dair müqavilə onun ilə bağlanmasına baxmayaraq cavabdeh digər şəxsin adına aktları tərtib etmişdir. Buradan cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. Ümumi borcun 2013-cü ilin fevral ayından 2018-ci ilin iyul ayınadək vaxtaşırı tərtib edilmiş saxta aktlar əsasında hesablanmış 2590 manat hissəsinin ümumiyyətlə cavabdeh təşkilat tələbetmə müddətini ötürmüşdür. Uzun illər ərzində istifadəsində smart tipli qaz sayğacı olmuş və cavabdeh tərəfindən iddiaçıya cərimə borcunun hesablanması barədə hər-hansı bildiriş verilməmiş, həmin borc iddiaçıdan tələb edilməmişdir. Abonent saldosuna baxdıqda aydın görmək olur ki, iddiaçı ay ərzində 10-20 manat arası təbii qazdan istifadə edir, lakin cavabdeh tərəfindən ona aktlar əsasında bir ay üçün orta hesabla 200-300 manat hesablaması növbəti dəfə cavabdeh təşkilatın saxtakarlığının sübutudur.Tərtib edilmiş saxta aktlarda ağlasığmaz müddətləri cavabdeh təşkilat nəyə və ya hansı qanuna əsaslanaraq müəyyən etdiyi məlum deyil. Açıq aydın cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək vətəndaşların yaşayış vəziyyətini ağırlaşdırır.Mübahisələndirilən məbləğin 261 manat hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh bildirmişdir ki guya iddiaçının istifadəsində olan qaz sayğacına müdaxilə edərək sayğacın çıxış plastmas borusunu deşmişdir. İddiaçı bildirir ki, qaz sayğacı yaşayış evindən kənarda quraşdırılıb və hər dəfə sayğac çıxarılarkən sayğacın plombu üzərində olmuşdur. Belə olan halda cavabdeh nəyə əsaslanaraq iddiaçı tərəfindən sayğaca müdaxilə olunduğunu iddia etməsi qeyri müəyyəndir.Digər tərəfdən iddiaçı qeyd edir ki, tərtib edilmiş saxta aktlar nə zaman və kim tərəfindən tərtib edildiyindən məlumatı olmamışdır. Halbu ki bu çür akt tərtib edilərkən onun və ya digər ailə üzvlərinin iştirakı təmin edilməli idi. Belə hesabat növünün harda yazıldığı məlum deyil. Cavabdeh təşkilat açıq aydın vətəndaşlara qarşı soyqunçuluqla məşqul olur. Cavabdeh təşkilat akt tərtib edir və eyni zamanda tərtib edilmiş aktın istehlakçının nümayəndəsi" bölümündə istehlakçının guya aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Bu axı heç bir hüquqi məntiqə sığmayan hallardır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: “Təbii X2nın pozulması haqqında” ******* saylı , xx.xx.2017-ci il tari“xli aktın surətindən görünür ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə qoşularaq 1 ədəd radiator peçində təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. “Təbii X2nın pozulması haqqında” ******* saylı , xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, abonent özbaşına qaz sayğazından qabaq rezin boru vasitəsi ilə birbaşa birləşdirib, təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. “Təbii X2nın pozulması haqqında” ******* saylı , xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanıb. “Təbii X2nın pozulması haqqında” ******* saylı , xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanıb. “Təbii X2nın pozulması haqqında” ******* saylı , xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanıb. “Təbii X2nın pozulması haqqında” ******* saylı , xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanıb. “Qaz sayğacının çıxarılması, quraşdırılması, və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxarılma səbəbi kimi korroziya göstərilmişdir. “Təbii X2nın pozulması haqqında” ******* saylı , xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın plobmlarının rəngi fərqlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının İddiaçı 2013-cü ilə 210.60 manat, 2014-cü ilə 259.20 manat, 2015-ci ilə 176.40 manat, 2017-ci ilə 259.20 manat, 2018-ci ilə 1799.80 manat, 2020-ci ilə 145.80 manat məbləğində borc hesablanmışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1601/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/421 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə əticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə aktlar tərtib olunmuş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2851 manat məbləğində borc tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Təqdim edilmiş aktlarla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasını, qazın verilməsinin dayandırılması və dəymiş zərərin ödənilməsini dərhal cavabdehdən tələb edilməsi barədə qanunvericiliyin imperativ tələbinə riayət edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə Mülki Məcəllənin 21.3-cü maddəsində qeyd olunan zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınmalı olması ilə bağlı normaya istinad edərək qeyd edir ki, abonent saldosundan göründüyü kimi əgər ilk aktın, yəni 2013-cü ilin fevral ayında aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin (210.60 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 2851 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB bir neçə il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Məhkəmə həmçinin qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzildə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış 2851 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 2851 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 48.51 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 64 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 64 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı (Abonent kodu **********00100 olan) fərdi yaşayış evinə hesablanmış 2851 (iki min səkkiz yüz əlli bir manat) manat məbləğində borc silinsin. Cavabdehndən 48.51 (qırx səkkiz manat əlli bir qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-1601/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1601/2023
13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver