Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-165/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 31.10.2019-cu il tarixli, nzaz12339 saylı Kredit müqaviləsi üzrə 22245,45 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4267,69 manat məbləğində faiz borcu və 371,85 manat məbləğində dəbbə borcu, cəmi 26884,99 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 130 manat rüsumun və dövlət rüsumi kimi ödənilmiş 30 manat məbləğində, cəmi 160 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,00399 ha torpaq sahəsində yerləşən 60 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 31.10.2019-cu il tarixli, nzaz12339 saylı Kredit müqaviləsi üzrə cəmi 26884,99 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 160 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında istifadədə olan 0,00399 ha torpaq sahəsində yerləşən 60 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 31.10.2019-cu il tarixli nzaz12339 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanılmış 31.10.2019-cu il tarixli, nzaz12339 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. 31.10.2019-cu il tarixli nzaz12339 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 31.10.2019-cu il tarixli, nzaz12339 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 22245,45 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4267,69 manat məbləğində faiz borcu və 371,85 manat məbləğində dəbbə borcu, cəmi 26884,99 manat təşkil edir. 31.10.2019-cu il tarixli nzaz12339 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 60 kvadrat metr sahədən ibarət qeyriyaşayış sahəsi, 31.10.2019-cu il tarixli, nzaz12339 saylı İpoteak müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 31.10.2019-cu il tarixli, nzaz12339 saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda, həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kredit müqaviləsi üzrə 22245,45 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4848,61 manat məbləğində faiz borcu və 1461,27 manat məbləğində dəbbə borcu, cəmi 28555,33 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumi kimi ödənilmiş 30 manat məbləğində, cəmi 60 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında istifadədə olan 0,00399 ha torpaq sahəsində yerləşən 60 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 31.10.2019cu il tarixli, nzaz12339 saylı Kredit müqaviləsi üzrə cəmi 28555,33 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında istifadədə olan 0,00399 ha torpaq sahəsində yerləşən 60 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 31.10.2019-cu il tarixli nzaz12339 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.10.2019-cu il tarixli nzaz12339 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış “Kredit müqaviləsi”nin surətindən görünür ki, borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana ticarət və xidmət məqsədilə 30000 manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kredit ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borc verənə və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdü. Kredit 24 ay müddətinə, illik 20 faiz hesablanır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 ilə borc alan Cavabdeh1 arasında bağlanılmış ilə 31.10.2019-cu il tarixli nzaz12339 nömrəli İpoteka Müqaviləsinin surətindən görünür ki, bu Müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 31.10.2019-cu il tarixli, nzaz12339 nömrəli Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq bu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında istifadədə olan 0,00399 torpaq sahəsində yerləşən 60 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilir. İş materiallarında olan 31.10.2019-cu il tarixli nzaz12339 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 ilə kreditor (Bank) arasında bağlanmış nzaz12339 nömrəli 31.10.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin faizlərin, vaxtı keçmiş faizləri, dəbbə (penya) pullarının və cərimələrin borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyini vaxtında icra etməməsi nəticəsində borc verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də şamil olmaqla, zamin borc verən qarşısında tam cavabdehlik və məsuliyyət daşıyır. Bu Müqavilə Kredit müqaviləsi üzrə öhdəliklərin, habelə borc verənə dəymiş zərər tam icra olunduğu vaxta kimi qüvvədədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olmaqla, İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 28.02.2021-ci il tarixli, 06-03/684 nömrəli Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş”in surətindən görünür ki, bank cavabdehlərə könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsini təklif etmiş, əks təqdirdə, banka olan kredit borcunun dərhal ödənilməzsə, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaq, kredit müqavilələrinin təminatı olan ipoteka predmeti açıq hərracdan satılaraq əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldiləcəyi bildirilmişdir. Cavabdehlərdən bildirişi rəsmən qəbul edilməsi və banka olan kredit borcunu dərhal ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin ipoteka qoyan Nizami Bayramva və borc alan Cavabdeh1 ünvanlanmış 01.03.2021-ci il tarixli, 06-03/716 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 31.10.2019-cu il tarixli nzaz12339 nömrəli Kredit müqaviləsi üzrə 01.03.2021-ci il tarixə olan ümumi qalıq borcu 23908,45 manat əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 3209,63 manat faiz borcu və 371,85 dəbbə borcu olmaqla, cəmi 27118,08 manat məbləğində təşkil edir. Borclulara məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutuma yönəldilməsi üçün notariat qaydasında təsdiqlənmiş razılaşma bağlamaq təklif edilmiş, əks təqdirdə, kredit müqaviləsi üzrə Banka olan borc dərhal ödənilməzsə, ipoteka predmetinə tutma yönəldilməsi məqsədilə qanunvericiliklə və ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş tədbirlər, o cümlədən, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə tədbirlərin görüləcəyi və həmin tədbirlər nəticəsində əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi bildirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.03.2021-ci il tarixli məktubundan görünür ki, ********** saylı 11.03.2021ci il tarixli elektron müraciətə əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 124 ünvanında yerləşən qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan İddiaçı ASC-nin 05.08.2021-ci il tarixli RB-02/PK-6731 nömrəli arayışdan görünür ki, borclu Cavabdeh1 31.10.2019-ci il tarixli nzaz12339 nömrəli müqavilə üzrə 05.08.2021-ci il tarixinə olan əsas borcun məbləği 22245,45 manat, faiz borcu 4848,61 manat, cərimə borcu 1461,27 manat, ümumilikdə 28555,33 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09/8612 nömrəli, 11.01.2022-ci il tarixli rəyin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 31.10.2019-cu il tarixli nzaz12339 nömrəli Kredit müqaviləsinin qeydə olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 18.06.2021-ci il tarixinə banka olan əsas borcunun məbləği 23908,45 manat, faiz borcu isə 4535,57 manat təşkil edir. İş materiallarında "xxxx" MMC-nin 01/21-513 nömrəli qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 124 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 08.10.2021-ci il tarixə olan bazar dəyəri 112.000 manat, likvid dəyəri isə 90.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Cavabdehdən əsas borca görə 22245,45 manat, faiz borcu üzrə 4535,57 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə həmçinin iddianın 1461,27 manat məbləğində cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, cərimənin məbləği əsas borc məbləğinə mütənasibdir və iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 23 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddia üzrə cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh X1 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və ipotekanın açıq hərracdan satılması və borcun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin redaksiyasına əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; ; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin banka olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu bank qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olsa belə, iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə müraciət edildiyindən, bununla da ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyləri əsasında məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 90000 (qırx bir min) manat məbləğində müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində 124 ünvanında yerləşən qeyri-yaşayış çıxarılması və əmlakın boşaldılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 31.10.2019-cu il tarixli nzaz12339 nömrəli Kredit müqaviləsi üzrə 22245,45 (iyirmi iki min iki yüz qırx beş manat qırx beş qəpik) manat əsas borc, 4535,57 (dörd min beş yüz otuz beş manat əlli yeddi qəpik) manat faiz borcu, 1461,27 (bir min dörd yüz altmış bir manat iyirmi yeddi qəpik) manat dəbbə borcu, ümumilikdə 28242,29 (iyirmi səkkiz min iki yüz qırx iki manat iyirmi doqquz qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzillərin satılmasından əldə edilən vəsaitdən 22245,45 (iyirmi iki min iki yüz qırx beş manat qırx beş qəpik) manat əsas borc, 4535,57 (dörd min beş yüz otuz beş manat əlli yeddi qəpik) manat faiz borcu, 1461,27 (bir min dörd yüz altmış bir manat iyirmi yeddi qəpik) manat dəbbə borcu, ümumilikdə 28242,29 (iyirmi səkkiz min iki yüz qırx iki manat iyirmi doqquz qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqı "xxxx" ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-165/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-165/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver