Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3354/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdehtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12778/2018 nömrəli iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakimi Emin Mehdiyev) 02 avqust 2018-ci il tarixl i qətnaməsi ilə, iddia qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(006)-106/2017 saylı qətnaməsi ilə tutulması qət edilmiş cəmi 239375,63 ABŞ dolları kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 saylı evin 49 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 180000 manat məbləğində qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 ərzində Cavabdeh mənzili tərk etməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu vəsaitinin Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qə t edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 avqust 2018ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Mməhkəməsinin 19.05.2017-ci il tarixli, 2 (006)- 106/2017 saylı qətnaməsi ilə tutulması qət edilmiş cəmi 239375,63 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bak ı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 saylı evin 49 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 saylı evin 49 nömrəli mənzilinə tutma yönəldildikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, hazırkı iddia əriəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 03 iyun 2009-cu il tarixli, 01L000001868 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 03 iyun 2009-cu il tarixli, 01L000001868 saylı kredit xətti müqaviləsi üzrə 06 dekabr 2012-ci il tarixli, 01R000008367 saylı kredit razılaşmasına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh aylıq 1,3333 faizlə 60 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 180000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 03 iyun 2009-cu il tarixli, 01L000001868 saylı kredit xətti müqaviləsi əsasında 01 iyul 2014-cü il tarixli, 01R000013891 say lı kredit razılaşmasına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh aylıq 1,3333 faizlə 42 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 80000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Tərəflər arasında bağlanmış 01 iyul 2014-cü il tarixli, 01M000001768 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 nömrəli evin, 49 nömrəli mənzili İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bak ı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərfəli və obyektiv araşdırmamışdır. Məhkəmə iclaslarını vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Bununla da məhkəmə prosessual pozuntuya yol vermiş, çəkişmə prinsipinin tələblərini pozmuşdur. Bundan başqa ipoteka müqaviləsi əhəmiyyətsiz əqddir. Məhkəmə bu hala qiymət verməmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xa hiş etdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı və cavabdehin vəkillərinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 03 iyun 2009-cu il tarixli, 01L000001868 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 03 iyun 2009-cu il tarixli, 01L000001868 saylı kredit xətti müqaviləsi üzrə 06 dekabr 2012-ci il tarixli, 01R000008367 saylı kredit razılaşmasına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh aylıq 1,3333 faizlə 60 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 180000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 03 iyun 2009-cu il tarixli, 01L000001868 saylı kredit xətti müqaviləsi üzrə 01 iyul 2014-cü il tarixli, 01R000013891 saylı kredit razılaşmasına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh aylıq 1,3333 faizlə 42 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 80000 ABŞ dolları m əbləğində kredit vəsaiti verilmişdir. Eyni zamanda qeyd edilən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 nömrəli evin, 49 nömrəli mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 iyul 2014-cü il tarixli, RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 nömrəli evin, 49 nömrəli mənzilinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 02 iyul 2014-cü il tarixdə daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «xxxx» MMC-nin 17 aprel 2018-ci il tarixli, Ç-368 saylı hesabatına görə Cavabdeh məxsus həmin mənzil 180000 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(006)-106/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, X4 və X2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06 dekabr 2012-ci il tarixli 01R000008367 saylı kredit razılaşması üzrə 118543,74 ABŞ dolları əsas borc, 22075,48 ABŞ dolları faiz borcu, 10000 ABŞ dolları cərimə, cəmi 150619,22 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, həmçinin Cavabdeh, X4 və X2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cə miyyətinin xeyrinə 01 iyul 2014-cü il tarixli 01R000013891 saylı kredit razılaşması üzrə 69504,26 ABŞ dolları əsas borc, 13252,15 ABŞ dolları faiz borcu, 6000 ABŞ dolları cərimə, cəmi 88756,41 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması qət edilmişdir. İddiaçı bank hazırki tələblə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Mməhkəməsinin 19.05.2017-ci il tarixli saylı qətnaməsi ilə tutulması qət edilmiş cəmi 239375,63 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 saylı evin 49 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, əldə o lunan vəsait hesabına Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hal ları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşın ar əşya ola bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü və 59.3.1-ci maddəsinin tələbinə görə, ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldilməsi və onun satılması, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsasdır. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Məcəllənin319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi işin hallarını araşdıraraq və sadalanan normalara istinad edərək qeyd etmişdir ki, tə rəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən ipotekaqoyan ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yerinə yetirmədikdə, ipotekasaxlayan tələblərinin ödənilməsini ipotekaqoyanın könüllü iştirakı yolu ilə əks təqdirdə isə məhkəmə qərarına əsasən ipoteka predmetinə yönəldir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin t ələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində ilkin satış qiymətinin əslində məhkəmənin müəyyən etdiyi kimi deyil, daha çox olması bildirilsə də, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan s ənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmədə işə baxılarkən iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, işdən göründüyü kimi, cavabdehin məhkəməyə məlum olan ünvanı Bak şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 nömrəli evin, 49 nömrəli mənzildir. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində də bu ünvanı qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə bildirişləri də həmin ünvana göndərilmiş və həmin ünvandan qəbul edilməsi barədə xəbərnamə iş materiallarına əlavə edilmişdir. Belə olan halda cavabdeh məhkəmə iclasları barədə rəsmi qaydada məlumatlandırılmış hesab olu nur. Lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda cavabdehin iştirakı olmadan işə baxan apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İpoteka müqaviləsinin əhəmiyyətsiz əqd olması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaya etirazının əsası kimi istinad etdiyi bu halı cavabdeh tərəf nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində irəli sürməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəmə si bu faktla əlaqədar hər hansı bir araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasının predmeti olmayan yeni etirazın kassasiya şikayətində irəli sürülməsi Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi bu halla bağlı hər hansı bir araşdırma aparmadığından kassasiya şikayətində araşdırmanın mahiyyətini təşkil etməyən yeni etirazların irəli sürülməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur, qətnamənin kassasiya qaydasında ləğvi üçün əsas yoxdur. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12778/2018 nömrəli iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3354/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3354/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver