Məhkəmə qərarları › İş №2(103)-7753/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7753/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7753/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), X4 və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun nümayəndəsi Nümayəndə3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə” və Cavabdeh“Bank of Azerbaijan” ASCyə qarşı“müqavilənin etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.07.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən cavabdehə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 nömrəli binada yerləşən 132 nömrəli mənzilin alınması məqsədilə 300 (üç yüz) ay müddətinə, illik faiz dərəcəsi 14% (on dörd) faiz ödənilmək şərtilə, 50 000 (əlli min) AZN məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 345 saylı ipoteka müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 42.65 kv.m olan yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 87/13 saylı, 15.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 60 (altmış) ay müddətinə 20 %-lə 10.000 AZN (on min manat) məbləğində kredit verilmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu 24.07.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən 46724.26 ( qırx altı min yeddi yüz iyirmi dörd manat, 26 qəpik) AZN əsas borc, 18972.48 (on səkkiz min doqquz yüz yetmiş iki manat, 48 qəpik) AZN faiz borcu olmaqla, cəmi 65696.74 (altmış beş min altı yüz doxsan altı manat, 74 qəpik) AZN, 87/13 saylı, 15.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3 726.03 AZN (üç min yeddi yüz iyirmi altı manat, 3 qəpik) əsas borc, 1 149.34 AZN (min yüz qırx doqquz manat, 34 qəpik) faiz borcu, 10.64 AZN (on manat, 64 qəpik) cərimə borcu, cəmi 4886.01 AZN (dörd min səkkiz yüz səksən altı manat, 01 qəpik) təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh 24.07.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə əsasən 46724.26 ( qırx altı min yeddi yüz iyirmi dörd manat, 26 qəpik) AZN əsas borc, 18972.48 (on səkkiz min doqquz yüz yetmiş iki manat, 48 qəpik) AZN faiz borcu olmaqla, cəmi 65696.74 (altmış beş min altı yüz doxsan altı manat, 74 qəpik) AZN, 87/13 saylı, 15.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3 726.03 AZN (üç min yeddi yüz iyirmi altı manat, 3 qəpik) əsas borc, 1 149.34 AZN (min yüz qırx doqquz manat, 34 qəpik) faiz borcu, 10.64 AZN (on manat, 64 qəpik) cərimə borcu, cəmi 4886.01 AZN (dörd min səkkiz yüz səksən altı manat, 01 qəpik) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun xeyrinə tutulması, ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanına tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı 15 may 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mqüştərilərə Xidmət Departamenti ilə onun arasında bağlanmış 24 iyul 2009-cu il tarixli 345 saylı kredit müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132-ci mənzilinin alınması məqsədi ilə Bank tərəfindən ona 300 ay müddətinə qaytarılmaq şərtilə 50000 (əlli min) manat məbləğində kredit verilmiş, həmin müqavilənin qaytarılmasının təminatı kimi onunla ipoteka müqaviləsi bağlanılmış, onun mülkiyyətində olan 132 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bir müddət sonra Nizami rayon Məhkəməsi tərəfindən ona Bankın ləğvedicisinin iddia ərizəsi poçt vasitəsilə göndərilmiş, orada qeyd olunmuşdur ki, guya ki onunla 15 may 2013-cü ildə 87/13 saylı kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə görə ondan 20 faizlə 10000 manat məbləğində kredit verilməsi qeyd olunmuşdur. Halbuki, həmin 15 may 2013-cü il tarixli müqavilədən məlumatım olmamış, onun həmin kredit müqaviləsindəki imzaları saxtalaşdırılmışdır. Ən əsası odur ki, o təxminən 8 ildir ki, problemli kredit götürən şəxs kimi bankların qara siyahısında qeydiyyata alınmışdır. Bu məqsədlə bir çox banklara kredit götürmək üçün müraciətlər edəndə, hamısı ona kredit verməkdən imtina edir və ən çoxu iş yeri olmaması nəzərə alınmaqla 1000 manat kredit verilməsinin mümkün olmasını bildirmişlər. Belə bir problemli şəxs olduğu halda, bankın onsuz da problemli kreditoru olduğu şəxsə əlavə kredit müqaviləsi bağlamaqla kredit verməsi inandırıcı deyildir.Bank işçiləri onun onlarda olan 24 iyul 2009-cu il tarixli kredit müqaviləsində olan sənədlərini saxtalaşdırmaqla 2013cü ildə yeni müqavilə tərtib edib, adına kredit götürməklə mənimsəmiş, onun 24 iyul 2009cu il tarixli kredit müqaviləsi üzrə ödədiyi ödənişlərin təyinatını dəyişdirib, saxtalaşdırılmış müqavilənin icrasına yönəltmiş, nəticədə isə onu zərərə salmışlar. Göründüyü kimi, o həmin dövrdə 8 faizlə krediti güclə ödədiyi halda, əlavə 20 faizlə 10000 manat kredit verməsi gülünc bir iddiadır və həqiqəti əks etdirmir. Ona görə də iddia ərizəsində istinad olunan 15.05.2013-cü il tarixli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Bundan əlavə, onda əsli olan 24 iyul 2009-cu il tarixli 345 saylı kredit müqaviləsində 50000 manat məbləğində verilmiş kreditin 300 ay müddətinə və 8 faizlə verilməsi göstərilsə də, Bank iddia ərizəsində ondan kreditin 14 faizlə qaytarılmasını tələb edir. Qeyd olunanlara əsasən onunla İddiaçı ASC arasında 11.04.2013-cü ildə bağlanmış 24.07.2019-cu il tarixli 1345 saylı kredit müqaviləsinin 1 saylı Əlavənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Cavabdeh qarşı ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi tələbinə dair iddia irəli sürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 24.07.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsi üzrə 46724,26 manat əsas borc,18972.48 manat faiz borcu olmaqla cəmi 65696.74 manat pulun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, dəyəri 115000 manat təşkil edən Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 52 saylı evin 132 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitdən borcun ödənilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 87/13 saylı 15.05.2013-cü il tarixli müqaviləsi üzrə 3726.03 manat əsas,1149,34 manat faiz,100 manat cərimə olmaqla cəmi 4975,37 manat manat pulun tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə,500 manat iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının xərci "xxxx" MMC-nin (Hesablaşma hesabı-AZ46NABZ********************, müştəri hesabı AZ65UBAZ**********0060AZN001) xeyrinə tutulması, qalan hissədə ilkin iddianın Cavabdeh Bank of Azərbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı 15 may 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız təmin olunmaması, hesab olunmasına dair qarşılıqlı iddianın təmin olunmaması, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 Bank of Azərbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Cavabdeh qarşı ipoteka qeydiyyatının ləğv edilməsi və mənzilin yüklülükdən azad edilməsi tələbinə dair iddisının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətlərinə etiraz edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki: “24 iyul 2009-cu il tarixli 345 saylı kredit müqaviləsimim surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 132-ci mənzilinin alınması məqsədilə Bank tərəfindən ona 300 ay müddətinə qaytarılmaq şərtilə Cavabdeh 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. 24 iyul 2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.07.2009-cu il tarixli, 345 saylı kredit müqaviləsinə təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 345 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 42.65 kv.m olan yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. AR ƏMDK yanında DƏDRX-nın MH seriyalı ******* nömrəli şıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 42.65 kv.m olan yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 772 nömrəli reyestr kitabının 72109 nömrəli vərəqində qeydiyyata alınmışdır. 27.06.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24.07.2009-cu il tarixli müqaviləyə əsasən cavabdehin İddiaçı ASC-yə 46724.26 ( qırx altı min yeddi yüz iyirmi dörd manat, 26 qəpik) AZN əsas borc, 18972.48 (on səkkiz min doqquz yüz yetmiş iki manat, 48 qəpik) AZN faiz borcu olmaqla, cəmi 65696.74 (altmış beş min altı yüz doxsan altı manat, 74 qəpik) AZN borcu vardır. "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 87/13 saylı, 15.05.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 (altmış) ay müddətinə 20 %-lə 10.000 AZN (on min manat) məbləğində kredit verilmişdir. 27.06.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 3 726.03 AZN (üç min yeddi yüz iyirmi altı manat, 3 qəpik) əsas borcu, 1 149.34 AZN (min yüz qırx doqquz manat, 34 qəpik) faiz borcu, 10.64 AZN (on manat, 64 qəpik) cərimə borcu, cəmi 4886.01 AZN (dörd min səkkiz yüz səksən altı manat, 01 qəpik) manat borcu vardır. 24.07.2009-cu il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 59000 manat pul verilmişdir. 15.08.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2009-cu il tarixli 1345 saylı təminatlı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, 24 iyul 2009-cu il tarixli 1345 saylı müqavilənin şərtləri mütəmadi pozulması səbəbindən bankdan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə verilmiş ipoteka kreditinin şərtləri aşağıdakı şəkildə dəyişdirilmişdir.1345 nömrəli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 faizdən 14 faizə qaldırılsın. Kredit müddəti ilkin müqavilə ilə təyin olunmuş kimi qalsın. 11 aprel 2012-cü il tarixinə olan cəmi 57103.59 manat qalıq öhədlik müqaviləyə olan bu əlavə ilə təyin edilmiş cədvəl üzrə ödənilsin. Ödəniş cədvəlindən görünür ki, borclu 255 ay müqddətinə hər ayın 01 dən gec olmayaraq 702.70 manat ödəniş etməyi öhədsinə götürmüşdür. “X6” MMC-nin qiymətləndimə rəyindən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 52, mənzil 132 üzrə tələblə təklifin qarşılqılı təsiri nəticəsində bazar qiyməti -115000 manat təşkil edir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 2584 nömrəli 07.02.2019-cu il tarixli xətşünaslıq ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 35-42 ci vərəqələrində olan İddiaçı ASC ilə Cavabdeh adlarında olan 15 may 2013-cü il tarixli № 87/13 nömrəli Təminatsız kredit müqaviləsinin 2-6-cı vərəqələrində “Borc alan” qrafalarındkı imzalar və 7-ci vərəqəsində “Fiziki şəxs” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 1063 nömrəli 04.04.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24.07.2009cu il tarixli 345 saylı kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu 46724.26 manat əsas, 18972.48 manat faiz borcu təşkil edir”. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normaların ın tətbiqi ilə əlaqədafr aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 apellyasiya şikayətlərində İddiaçı ASC tərəfindən kredit müqaviləsi bağlanarkən onlara qarşı ədalətsiz davranılmasına, kreditin ödənilməsi barədə onlara xəbərdarlıq edilmədən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunmasına istinad edilmişdir. İşin apellyasiya baxışı zamanı Cavabdeh bank ilə raılığa gəlmək üçün vaxt verilməsinə və nəhayət iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir, Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən apellyasiya şikayətinin verilməsini və məhkəmə prosesini uzatmağa cəhdlərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-32/2021saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar