Məhkəmə qərarları › İş №2(102)-8034/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8034/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8034/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili 111oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(103)-8294/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən verilmiş kas sasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 06 iyun 2011-ci il tarixində «xxxx» ASC-nin “Səbail” filialından götürdüyü 200.000 manat məbləğində əsas borcdan ödənilməmiş qalan 192.946 manat əsas borc, 26.549,50 manat faiz borcu olmaqla, cəmi 219.495,50 manat və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan «xxxx» ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan X istifadədə olan 0.05985 ha torpaq sahəsində yerləşən 111mərtəbəli binada 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilmə sinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-573/2018 saylı 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 06 iyun 2011-ci il tarixli KT 009 saylı kredit müqaviləsi üzrə 192.946 manat əsas borc, 22.647,7 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 215.623,7 məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçı «xxxx» ASC-nə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan 111 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılmasın, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 215.623,7 manat məbləğində pulun «xxxx» ASC-nə ödənilməsi, qalan məbləğin Cavabdeh2 verilməsi, i ş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 416 manatın Cavabdeh1 tutularaq “xxxx” MMC-nə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin y eni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdirlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini əsaslandırarkən tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, məhkəmədə cavabdehlərin iştirakını təmin edilməmiş və bu səbəbdən də tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmamış, tələb edilən kredit pulunun əsas borc və faizlərin hesablanılmasını düzgün müəyyən etməmiş, bununla da ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmədə iştirakı təmin edilsə idi ödənilmiş kredit məbləğləri barədə qəbzləri təqdim edərdi. Tərəfindən aparılmış ödənişlər üzrə bank tərəfindən ödənişlərin əsas borc və faiz borcları üzrə düzgün hesablanılıb çıxılmamışdır. Məhkəmə tərəfindən iddia tələbinin ekspertiza hesabatının haqqı olan 416 manat pul vəsaitinin tutulması hissəsində düzgün nəticəyə gəlməmiş, apellyasiya şikayətində qeyd edilən xüsusatlar üzrə araşdırma aparılmamış, bunu qətnaməsində belə əsaslandırmamışdır. İpoteka predmetinin təkrar qiymətləndirilməsi barədə iddiaçı tərəfindən ona məlumat verilməmiş, iddiaçının öz təşəbbüsü ilə edilmişdir. Əmlak ipotekaya qəbul edilən zaman qiymətləndirilmişdir və təkrar qiymətləndirilməsinə hər hansı bir zərurət yaranmamışdır. İddiaçının öz hüquqlarından istifadə etməsinin hüquqi və maddi nəticələri cavabdehlərə aid edilə bilməz. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili 111oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmu ş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, «xxxx» ASC tərəfindən Cavabdeh1 illik 7 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 200.000 məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan 111 istifadədə olan 0.05985 ha torpaq sahəsində yerləşən 111mərtəbəli binada 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə bank tərəfindən ona 1 92.946 manat əsas borc, 26.549,50 manat faiz borcu hesablanmışdır. “xxxx” MMC-nin 28.09.2018-ci il tarixli, 81M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 saylı evdə yerləşən və Cavabdeh2 məxsus 16 saylı mənzilin 28.09.2018-ci il tarixə bazar dəyəri 140.000 manat müəyyən edilmişdir. Xidmət haqqı məbləği 416 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mülki Məcəllənin 739.1-ci ma ddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməs ində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəməyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddə t bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkd ə haqlı olmuşdur. Kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxılarkən məhkəmə iclaslarında cavabdehlərin iştirakları təmin edilmədiyindən banka edilmiş ödənişlər barədə qəbzləri təqdim edə bilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator borcun düzgün hesablanmaması və ya tərəfindən artıq edilmiş ödənişlər barədə nə apellyasiya şikayətinə, nə də kassasiya şikayətinə heç bir mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində qeyd edilmişdir ki, ipoteka predmetinin təkrar qiymətləndirilməsinə ehtiyac olmamış və ekspertiza xərclərinin cavabdehə aid edilməsi qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qe yd edir ki, tərəflər arasında 2011-ci ildə ipoteka müqaviləsi imzalanın vaxt ipoteka predmetinin ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilmişdir. İpoteka müqaviləsi bağlanan vaxtda hal hazıradək 8 ildən artıq vaxt keçdiyindən respublika ərazisində daşınmaz əmlakların real bazar qiymətlərində dəyişikliklər olmuşdur. Buna görə də, məhkəmə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizasını təyin etməkdə haqlı olmuşdur. “xxxx” MMC tərəfindən ipoteka predmetinin 28.09.2018-ci il tarixə bazar dəyəri 140.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ekspertiza xərcinin Cavabdeh1 tutulmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kass asiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlara münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(103)-8294/2019 nömrəli qətnaməsi kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar