Məhkəmə qərarları › İş №2(011)-1658/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1658/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1658/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “Cavabdeh1 ilə AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 2018-ci il 15 yanvar 520 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilindən çıxarılması və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbi barədə iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciər edərək, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsini və Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə müraciət edərək, iddia ərizəsində Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5nə və Cavabdeh4 cavabdeh kimi qeyd etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması uzrə Dövlət Proqramı çərçivəsində ünvan 2 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzili ilə təmin edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” çərçivəsində və ünvan 3 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 831 kodlu evə köçmək üçün Cavabdeh1 Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları ünvan 4 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi həyata keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş, kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə təhvil verməyini və ünvan 3 ünvanında yerləşən tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin Cavabdeh1 N.Nərimanov küçəsi ev 17 ünvanında yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 16 Noyabr 2022-ci il 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş, abadlaşdırılmış yaşayış sahəsinə köçməyən vətəndaş Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi arasında ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilinə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: İddiaçının AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfin onlara qarşı irəli sürdüyü “əsas fakt” ünvan 5 ünvanda tikilmiş, hazırda 831 nömrəsi ilə qeydə alınmış mənzilin guya cavabdehə mənsub olmasıdır. 1989-cu ildən ayrılmış və evləndiyi gündən başqa mənzildə kirayə yaşamışdır. 1992-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkün düşərkən kirayə yaşadığı M.Əzizbəyov küçəsindən ailəsi ilə (həyat yoldaşı və qızıyla) Bakı şəhərinə köçmüşdür. Həmin zaman valideynləri ilə birlikdə onun iki qardaşı və bir bacısı yaşayırdı. Həmin ev onlara məxsusdur. Cavabdeh isə ailəsi ilə üç il idi ki, mənzil növbəsində qeydə alınmışdı. Laçın şəhərində tikiləcək növbəti binadan ona iki otaqlı mənzil verilməsi planlaşdırılmışdı. Dövlət Arxiv idarəsinə müraciət etmişdir. Laçın şəhər XDS İcraiyyə Komitəsinin mənzil növbəsinin adlı siyahısını əldə edən kimi məhkəməyə təqdim edəcəkdir. Bakı şəhərində köçkünlük zamanı o, Sabunçu rayonu Bakıxanov qəsəbəsində X6 yataqxanasında (R. Qənbərov 4) bir otaqda məskunlaşmışdır. Valideynləri isə Qaradağ rayonu Səngəçal qəsəbəsində məskunlaşmışlar. Qaçqınların və X5 üzrə Dövlət Komitəsi nəyə əsasən Laçın şəhərində tikilmiş 831 saylı mənzilin əsl sahiblərinə yox, heç bir aidiyyatı olmadığı halda məhz ona vermək cəhdləri başa düşülən deyil. X8 İlham Əliyevin tapşırığına uyğun olaraq köçkün əhali arasında könüllü qayıdış proqramı üzrə geniş sorğu keçirilmişdir. Sorğunun nəticəsi olaraq qayıtmaq arzusu olan ailə başçıları ilə xüsusi protokollar tərtib edilmiş, imzalandıqdan sonra protokol-müqavilə sinədə tutulmaq şərti ilə sübut üçün vətəndaşların fotoşəkilləri çəkilmişdir. Həmin imzalanmış müqavilələrə əsasən işğaldan azad olunmuş ərazilərdə mənzillər tikilmişdir. Cavabdeh ailə başçısı olaraq belə bir sorğuda iştirak etməmiş, heç bir sənəd imzalamamış və üzərinə heç bir hüquqi öhdəlik götürməmişdir. Hal-hazırda da Qarabağ və Şərqi Zəngəzura qayıtmaq istəyən keçmiş məcburi köçkünlərlə belə protokol-müqavilənin imzalanması əsas şərtdir. Hal-hazırda məskunlaşdıqları mənzil onlara Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, X11 Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə verilmişdir. Mövcud durum haqqında cavabdehə kömək etməsi üçün Mehriban xanıma Əliyevaya müraciət etmişdir. Bu evə altı nəfərlik ailələrinin çox böyük ehtiyacı var. Bildirmişdir ki, onun altmış iki illik həyatı dövlətçiliyə və Ulu Öndərin layiqli davamçısı olan X13 Əliyevin siyasətinin təbliğinə həsr edilib. İyirmi ildən çoxdur 121 saylı Laçın DSK-nın 09 saylı Məntəqə Seçki Komissiyasının sədridir, şair-dramaturq kimi dövlətçiliyimizi, möhtəşəm qələbəmizi tərənnüm edən əsərlərin müəllifidir, Ulu Öndər H. Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Dahilərin görüşü” əsəri yüksək səviyyədə Naxçıvan şəhərində nümayiş etdirilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron məhkəmə” informasiya sisteminə sorğu edilərək əldə edilmiş məlumatlardan görünür ki, mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 039869 nömrəli, xx.xx.2000-ci il tarixli vəsiqədən görünür ki, Cavabdeh1 müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1-ci bəndindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ərazisində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi, blok “D”, 52 C nömrəli mənzildə yerləşən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin mənzil fonduna aid ümumi sahəsi 114.22 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müvəqqəti Kirayəçinin (Cavabdeh1) sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, Kirayəçinin ailə üzvləri Cavabdeh2 (həyat yoldaşı), X7 (övladı), Cavabdeh5 (övladı), Cavabdeh4 (övladı) ibarətdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. Həmin müqavilənin 5.7.3-cü maddəsinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrıca təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 1312 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh4 ünvan 6 ünvanında Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti tərəfindən tərtib olunmuş bildirişdən görünür ki, Cavabdeh1 dövlət tərəfindən bərpa edilən 831 kodlu evə daimi yaşayış üçün köçürüləcəkləri və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaqları üçün verilmiş dövlətə məxsus olan ünvan 8 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilin boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə təhvil verilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “Təmir-bərpa olunan evlər haqqında akt”dan görünür ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdığı təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş mənzilin fotoşəkillərindən görünür ki, evdə təmir-bərpa işləri başa çatmışdır. İş materiallarına əlavə edilmiş Laçın rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün olmaqla, hal-hazırda Sabunçu rayonunda müvəqqəti məskunlaşmış və yemək xərci müavinəti alır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 9 ünvanında məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləri olan Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 ünvan 9 ünvanında məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləri olan Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 ünvan 9 ünvanında məskunlaşmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 ünvan 11 ünvanında qeydiyyatdadırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83.0.2-ci maddəsinə görə sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən çıxarılırlar. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 91.1.6-cı maddəsinə əsasən qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 və onun ailəsi Laçın rayonundan məcburi köçkün olduğundan onunla xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilə bağlanılmış və hazırda cavabdeh ailəsi ilə birlikdə ünvan 8 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilində yaşayır. İddiaçı xx.xx.2023-cü ildə cavabdehə bildiriş göndərməklə, Laçın rayonu, Laçın şəhəri ünvanında yerləşən 831 kodlu mənzilə köçürülməsini və kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün ona verilmiş ünvan 8 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə təmin edilməsinin əsası tərəflər arasında bağlanılmış müqavilənin 5.7.3-cü maddəsidir. Mübahisəsiz şəkildə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi dövlət tərəfindən bərpa edilərək, Cavabdeh1 ayrılmışdır. Müqavilənin 5.7.3-cü maddəsinə nəzər yetirdikdə görünür ki, kirayəçi və ailə üzvlərinin ayrıca yaşayış sahəsi əldə etməsi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsinə əsasdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə əsasən Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi həyata keçirir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında ünvan 8 ünvanında yerləşən 1 nömrəli evin, 520 nömrəli mənzilinin kirayə verilməsi barədə müqavilə 2018-ci ildə bağlanılmışdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmasından sonra Ermənistan- Azərbaycan münaqişəsinə son qoyulmuş və Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur. Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmiş və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi başlanılmışdır. 2018-ci ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasına ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir. Cavabdeh1 ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin ona deyil, əslində qardaşına ayrılmalı olduğunu və ya evin yararsız vəziyyətdə layihələndirildiyi bildirsə də, bu halı inzibati icraat qaydasında mübahisələndirməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Buna görə də hazırkı qətnamə cavabdehin və ailə üzvlərin konstitusion hüququ olan azadlıq hüququnu məhdudlaşdırılması, yəni ki, iradəsinə zidd olaraq yaşayış sahəsi seçilməsi kimi başa düşülməməlidir. Göründüyü kimi iddia tələbi cavabdeh ilə iddiaçı arasında kirayə müqaviləsinin ləğv edilməsi və kirayəçi və onun ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı isə xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini hüquqi əsasları mövcud olmuşdur. Odur ki, cavabdeh dövlət hesabına ayrıca yaşayış sahəsi əldə etdiyindən tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Odur ki, ünvan 1 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilinə dair xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında ləğv edildiyindən və mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşamaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 həmin mənzildən çıxarılmalı və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh4 tərəfindən Xətai rayonu, Telnov küçəsi, Yeni yaşayış kompleksi ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzil boşaldılsın. Cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh4 Xətai rayonu, Telnov küçəsi, Yeni yaşayış kompleksi ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzildən çıxarılsınlar. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar