Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1659/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 6571,72 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı cavabdeh təşkilatın nümayəndələrinə mənzilinə verilən qazın normal gəlməməsi barədə məlumat vermişdir. O pul ödəyir, lakin qazdan normal istifadə edə bilmir. Cavabdeh nümayəndələri sayğaca baxaraq ona bildirmişlər ki, X1 nümayəndələri ona sayğacdan kənar qaz verəcəylər, onun problemini aradan qaldıranadək o pulu köçürər. O əvvəlki kimi vaxtından əvvəl nə qədər qaz istifadə edəndə ödədiyi məbləği ödəyirdi. 2018-ci il tarixdən 2024-cü il tarixə olan müddətə qədər ona əsassız olaraq cərimələr yazılıb. 24 noyabr 2024-cü il tarixində cavabdeh X1 əraziyə nəzarət edən nəzarətçiləri tərəfindən mənzilə verilən qaz rəsmi olaraq dayandırılmışdır, elə bu səbəbdən o cavabdeh təşkilata müraciət etmişdir. Bildirdilər ki, onun külli miqdarda borcu var. O məhkəməyə müraciət edəcəyini bildirmişdir və sənədləri tələb etmişdir. Cavabdeh təşkilat bilərəkdən bu və ya digər formada işçilərinin vasitəsi ilə qazdan istifadə edən vətəndaşları inandırır sonra isə yüksək cərimələr yazırlar. Bu isə istehlakçı hüququnun pozulması deməkdir. Hesab edir ki, məhkəmə tərəfindən hüququ müdafiə edilməli və qanunsuz cərimə silinməlidir. Ona olunan əsassız cərimənin silinməsini cavabdehə ləğv edilməsinin və qazın verilməsinin dəfələrlə desə də heç bir nəticə olmamışdır. Elə bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı aktlarda mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi qeyd edilmişdir. - Abonent İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 766,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 50,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 92,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 902,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1404,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 400,80 manat borc hesablanmışdır. - Mülki iş materiallarında olan fotoşəkillərdən görünür ki, qaz borusuna müdaxilə edilərək sayğacdan kənar xətlər çəkilmişdir. - ünvan 1 ünvanı üzrə abonent İddiaçı tərəfindən 2018-ci ildən 2024-cü ilədək təbii qaza görə cəmi 146 manat məbləğində ödəniş edilmişdir. - İnzibati xəta haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixdə qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmağla az miqdarda qazın talanması müəyyən edilmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - İnzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən, vətəndaş İddiaçı tərəfindən 400,80 manat məbləğində təbii qazın talanmasın xx.xx.2024-cü il tarixdə aşkar olunmuşdur. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və buna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İddiaçı 100 manat məbləğində inzibati cərimə edilmişdir. - Mülki iş materiallarına olan yerində müayinə protokoluna əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22A ünvanında yerləşən 22 saylı mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinin çöl qapısının yanında sayğac mövcüddur. Evin içərisində bir ədəd 3 gözlü qaz plitəsi və istilik sistemi var idi. Baxış zamanı müəyyən edilmişdir ki, abonent barəsində tərtib edilmiş aktlar üzrə fotoşəkillər iddiaçının ünvanında aiddir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası
6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada)
2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.
Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, müvafiq olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 766,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 50,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 92,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 902,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1404,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 400,80 manat, ümumilikdə 6203 manat borc məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaya xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 766,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 50,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 92,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 902,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, bu hissədə iddianın hüquqi əsasını 01 may 2022ci il tarixinədək qüvvədə olan redaksiyasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəaları təşkil edir. Məhkəmə baxışı zamanı keçirilmiş yerində müayinə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və aktlara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2018-ci ildən 2022-ci ilin aprel ayınadək davamlı olaraq qaz paylayıcı xəttə qanunsuz qoşularaq təbii qazdan sayğacdan kənar istifadə edilmişdir. Belə olan halda, Cavabdeh İB tərəfindən qanunvericiliyin yuxarıda istinad edilən normalarına əsasən itirilmiş təbii qazın həcmi hesablanaraq, dəymiş zərərin ödənilməsi abonentdən tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etdiyinə dəlalət edən hallardan biri də odur edir ki, sonuncu tərəfindən 2018-ci ildən 2025-ci ilədək təbii qaza görə cəmi 146 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 766,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 50,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 92,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 902,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat borcun silinməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaya xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1404,36 manat və xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 400,80 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, sözü gedən aktlar üzrə hesablanmış borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq aktlar tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində Cavabdeh İB tərəfindən yalnız xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə müvafiq tədbirlərin görüldüyü müəyyən edilmişdir. Digər sadalanan aktlar üzrə isə cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən hesablanmış və istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1404,36 manat, ümumilikdə 1870,92 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1404,36 manat məbləğində borcun silinməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaya xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 400,80 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada akt tərtib edilmiş, isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinə təqdim edilmişdir. Sonuncu tərəfindən araşdırma aparılmış, qazın talanması faktı təsdiqini tapdığından abonent İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət olunduğundan, habelə abonent İddiaçı təqsiri öz təsdiqini tapdığından xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borc əsaslıdır və Cavabdeh İB həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə əsassız hesab edilərə təmin edilməməlidir. Məhkəmə iddiaya qalan 368,72 manat borcun silinmısi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş abonent İddiaçı saldosundan və gasrepdən görünür ki, qeyd olunan borc məbləği 2018-ci ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək abonent tərəfindən istifadə edilən qazın dəyərinə görə hesablanmışdır və istehlakçı tərəfindən istehlak etdiyi qazın dəyəri tam ödənilməlidir. Odur ki, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 38,70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22A ünvanında yerləşən 22 saylı mənzil üzrə abonent İddiaçı (abonent kodu: **********10320) “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 (iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 (iki yüz otuz üç manat iyirmi səkkiz qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1404,36 (bir min dörd yüz dörd manat otuz altı qəpik) manat, ümumilikdə 1870,92 (bir min səkkiz yüz yetmiş manat doxsan iki qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 38,70 (otuz səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova