Məhkəmə qərarları › İş №2(011)-1677/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1677/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1677/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən Hoffmann Led markalı televizor və Surefix markalı asqı üçün 336 manat ödənilməmiş hissə, 104 manat dəbbə pulu borcu, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann Led markalı televizor və Sonorous Surefix markalı asqı üçün 496 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən HP markalı kompüter və İMEİ kod **********33808 Samsung Galaxy S9 markalı telefon üçün 4112 manat ödənilməmiş hissə, 825 manat dəbbə pulu olmaqla, ümumilikdə 6021 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6051 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx xxxxxxxx 2017-ci il, xx xxxx 2018-ci il vəxx xxxxxx 2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh 2 ədəd Hoffmann Led markalı televizor, Surefix markalı asqı, HP markalı kompüter, Samsung Galaxy S9 markalı telefon və Sonorous Surefix markalı asqıalmış və nəticədə 6021 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 733 manat olan Hoffmann Led markalı televizor və Surefix markalı asqı üçün ümumilikdə 440 manat olmaqla, 336 manat ödənilməmiş hissə, 104 manat cərimə pulu borcu, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 561 manat olan Hoffmann Led markalı televizor və Sonorous Surefix markalı asqı üçün ümumilikdə 644 manat olmaqla, 496 manat ödənilməmiş hissə, 148 manat cərimə pulu borcu və xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4.243 manat olan HP markalı kompüter və Samsung Galaxy S9 markalı telefon üçün ümumilikdə 4.937 manat olmaqla, 4.112 manat ödənilməmiş hissə, 825 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 593 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxxxx 2017-ci il, xx xxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqavilələri bağlanmış, cavabdeh 2 ədəd Hoffmann Led markalı televizor, Surefix markalı asqı, HP markalı kompüter, Samsung Galaxy S9 markalı telefon və Sonorous Surefix markalı asqı almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxxxx 2020-ci il tarixə xx xxxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 336 manat, dəbbə pulu 104 manat, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən 496 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu və xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 4.112 manat ödənilməmiş hissə, 825 manat dəbbə pulu olmaqla, cəmi 6.021 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəməiclasında müəyyən edildi ki, “xxxxxxxxxxx” X1 ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 104 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 148 manat dəbbə məbləği azaldılaraq 40 manat məbləğində və xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 825 manat dəbbə məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbiqismən təmin edilməli, xx xxxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 336 manat, dəbbə pulu 10 manat, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 496 manat, dəbbə pulu 40 manat və xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 4.112 manat əsas, 100 manat da dəbbə pulu olmaqla, ümumilikdə 5.094 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 336 (üç yüz otuz altı) manat, dəbbə pulu 10 (on) manat, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 496 (dörd yüz doxsan altı) manat, dəbbə pulu 40 (qırx) manat və xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 4112 (dörd min yüz on iki) manat əsas, 100 (bir yüz) manat da dəbbə pulu olmaqla, ümumilikdə 5.094 (beş min doxsan dörd) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar