Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1696/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Bakı Filialı cəlb edilməklə) “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı – ünvan 1 (abonent kodu: **********00000) ünvanı üzrə itirilmiş qaz sərfiyyatınm bərpa edilməsi məqsədi ilə 2019-cu ilin yanvar ayında tərtib olunmuş akta görə hesablanmış 810 manat, 2020-ci ilin yanvar ayında tərtib olunmuş akta görə hesablanmış 756,0 manat, 2020-ci ilin fevral ayında tərtib olunmuş akta görə hesablanmış 210 manat və 2023-cü ilin mart ayında tərtib olunmuş akta görə hesablanmış 6.220,80 manat olmaqla, ümumilikdə 7.996,80 manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə gəlmiş, güya iddiaçının təbii qazdan sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Buna görə də 2019-cu ilin yanvar ayında, 2020-ci ilin yanvar və fevral aylarında və 2023-cü ilin mart ayında akt tərtib olunmuş, itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 2019-cu ildə 810,0 manat, 2020-ci ildə 966,0 manat (yanvar ayında tərtib olunmuş akta görə 756,0 manat, fevral ayında tərtib olunmuş akta görə isə 210 manat), 2023-cü ilin mart ayında tərtib olunmuş akta görə isə 6.220,80 manat olmaqla ümumilikdə 7.996,80 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. İddiaçı sözügedən ünvanda fasilərlə yaşayır. Yaşadığı müddət ərzində təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini də ödəmişdir. Buna baxmayaraq Birliyin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan guya təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı akt tərtib etmiş, bununla da əsassız olaraq 7996,80 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnanədə) iddiaçıya məxsus ünvanda istifadədə olan qaz cihazlarının adı və onların saatlıq qaz sərfıyyatı qeyd olunsa da reallıqda həmin cihazların sözügedən ünvanda olması və qaz sərfiyyatının Birlik tərəfindən tərtib olunan sənədlərdə oldu kimi kimi olması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Eyni zamanda Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir dəlil də yoxdur. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 irəli sürülən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Bakı Filialının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2021X-cı il tarixli 01966988 nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş 01966988 saylı akta əsasən 8.100 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 7.560 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.100 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 51.840 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, abonentin 2019-cu ilin yanvar ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 810 manat borcu mövcud olmuşdur. 2020-ci ilin yanvar ayında bu göstərici 756 manat, 2020-ci ilin fevral ayında 210 manat olmuşdur. 2023-cü ilin mart ayında bu göstərici 6.220,80 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 16/2-3/305/2024 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nətiəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Afentliyinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-15-2-1/2-2575/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, “Azəriqaz İB tərəfindən iddiaçıya 2019-cu ildə tərtib edilmiş 1 akt üzrə 810 manat, 2020ci ildə tərtib edilmiş 2 aktla 966 manat, 2023-cü ildə tərtib edilmiş 1 aktla 6.220 manat olmaqla cəmi 7.996 manat (qanunsuz istifadə edilmiş qazın dəyəri) hesablanaraq onun abonent bazasına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X3"na (bundan sonra- Qaydalar) dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qaydalan”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan, Qaydaların tələblərinə əməl edilmədən Cavabdeh İB tərəfindən Qaydaların qüvvədə olduğu müddətdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla hesablanmış itirilmiş qazın 6.220 manat dəyəri abonentdən tələb edilə bilməz. 2019 və 2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış məbləğlər analogiya üzrə aşağıdakı kimi ola bilər. Daxil olan sənədlərdə abonent tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilir: 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 , 1 ədəd qənaətli su qızdırıcısı , maksimal qaz sərfiyyatı 1.5 m3 , 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “X3”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“X3”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir), analogiya üzrə oxşar yaşayış evlərində 1 ədəd qaz plitəsinin sutkada 3 saat , qənaətli su qızdırıcısının 4 saat, İran sobasının 12 saat işləməsi ehtimalını nəzərə almaqla, qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 +1.5 m3 +1.4 m3) x12 saat x 30 gün = 1.476 m3. Yay ayları üçün ayda (1.2 m3 +1.5 m3) x12 saat x 30 gün = 972 m3. İtirilmiş qazın həcmi: 2019-cu ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 1.476 m3 = 4.428 m3. 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə: 4 qış ayı x 1.476 m3 = 5.904 m3 . Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” həmin dövrdə qüvvədə Qərarına əsasən itirilmiş qazın dəyəri: 2019-cu il üzrə 2.200 m3 x 0.10 + 2.228 m3 x 0.20 = 665,60 manat, 2020ci il üzrə 2.200 m3 x 0.10 +3.704 m3 x 0.20 = 960,80 manat olmaqla cəmi 1.626,40 manat təşkil edər. Abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınarsa, qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 1.626,40 manat müəyyən edilə bilər. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya kənar xətdən istifadəyə görə 2019-cu ilin yanvar ayında 810 manat, 2020-ci ilin yanvar ayında - 756 manat, 2020-ci ilin fevral ayında - 210 manat borc hesablanmışdır. Bu dövrə aid borc hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə həmin dövrdə iddiaçının qazdan istifadəyə görə ödənişlər etməsi müəyyən edilmir. Həmin dövrdə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş prosedur qüvvədə olmamışdır (məsuliyyət tədbirlərinin görülməsi üçün qaz paylayıcısının akt tərtib etməsi və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim olunması), ekspert rəyi ilə də kənar xəttin izləri müəyyən edilməmişdir. Lakin, iddiaçı iddia ərizəsində daimi əsaslarla yaşayış evində qalmadığını qeyd etsə də, bu faktı təsdiq edəcək müqayisəli məlumatları (həmin dövrə aid elektrik enerjisi və sudan istifadənin göstəriciləri) təqdim etməmişdir. Bununla da, məhkəmə hesab edir ki, qazdan istifadəyə görə ödənişlərin aparılmadığı dövr üçün qaz həcminin hesablanması iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi üzrə aparılmalıdır. Həmin rəydən görünür ki, 2019 və 2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış məbləğlər analogiya üzrə aşağıdakı kimi ola bilər. 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 , 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3, 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m3 olmaqla, qış ayları üçün ayda (1.2 m3 +1.5 m3 +1.4 m3) x12 saat x 30 gün = 1.476 m3; yay ayları üçün ayda (1.2 m3 +1.5 m3) x12 saat x 30 gün = 972 m3 hesablanmalıdır. İtirilmiş qazın həcmi: 2019-cu ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 1.476 m3 = 4.428 m3. 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə: 4 qış ayı x 1.476 m3 = 5.904 m3. İtirilmiş qazın dəyəri: 2019-cu il üzrə 2.200 m3 x 0.10 + 2.228 m3 x 0.20 = 665,60 manat, 2020-ci il üzrə 2.200 m3 x 0.10 +3.704 m3 x 0.20 = 960,80 manat olmaqla cəmi 1.626,40 manat təşkil edər. Abonentə 2019-cu ildə (yanvar ayı) 810 manat borc hesablandığından, rəy üzrə həmin borcun 665,60 manat hissəsi saxlanılmaqla, 144,4 manat hissəsi silinməlidir. 2020-ci ilin yanvar və fevral ayları üçün hesablanmış cəmi 966 manat borcun 960,80 manat hissəsi saxlanılmaqla, 5,2 manat hissəsi silinməlidir. İddiaçıya 2023-cü ilin mart ayında hesablanmış 6.220,80 manat borcla bağlı məhkəmə qeyd edir ki, həmin dövrdə qazın talanması ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, cavabdeh təşkilat X3nın pozulması ilə bağlı borc hesablayarkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş sözügedən prosedura riayət etmədiyindən, iddiaçıya 2023-cü ilin mart ayında hesablanmış 6.220,80 manat borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 83,71 manat məbləğində dövlət rüsumu və 110 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı üzrə (abonent kodu: **********00000) İddiaçı 2019-cu il yanvar ayında X3nın pozulmasına görə hesablanmış 810 (səkkiz yüz on) manat borcdan 144,4 (bir yüz qırx dörd) manat; 2020-ci ilin yanvar və fevral aylarında X3nın pozulmasına görə cəmi hesablanmış 966 (doqquz yüz altmış altı) manat borcdan 5,2 (beş manat iyirmi qəpik) manat, 2023-cü ilin mart ayı üçün hesablanmış 6.220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat olmaqla, cəmi 6.370,40 (altı min üç yüz yetmiş manat qırx qəpik) manat borc məbləği abonentin hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. 83,71 (səksən üç manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu və 110 (bir yüz on) manat ekspertiza xərci Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva